"Putin intihar edəcək"

"Putin intihar edəcək""Rusiyalı işğalçıların törətdikləri hərbi cinayətlər kriminologiya elmində yoxdur"

Rusiya prezidenti Vladimir Putin baş verənlərə nəzarəti itirib və o, intihar edəcək.

Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin baş redaktoru Alesya Batsmana müsahibəsində ukraynalı deputat, istefada olan milis general- leytenantı Mixail Tsimbalyuk bəyan edib.

Mənə elə gəlir ki, Putin intihar edəcək, çünki o, baş verənlərə gercək nəzarəti itirib, onun Kiyevi bir anın içində zəbt etmək, "xüsusi əməliyyat"ı (əslində isə müharibə, bizim üçün Vətən müharibəsi olan) tez bir zamanda bitirmək kimi ideyaları- bütün bunların fərqində deyil. Ona görə də mən düşünürəm ki, bundan sonra onun yaşamaq perspektivi olsun", - o, belə deyib.

Xalq deputatı hesab edir ki, Putin üçün intiharın alternativi ordunu oğurlayan, ordudan qazanc əldə edən, "özlərinə yaxtalar alan və xaricdə yerləşdirən Rusiya hərbçiləri tərəfindən məhv edilməsi olacaq".

Daha sonra deputat rusiyalı işğalçıların törətdikləri cinayətlərdən danışıb.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin gedişində işğalçılar elə cinayətlər törədib ki, onlar kriminologiyada hələ yoxdur.

"Bunlar dəhşətli şeylərdir, kriminologiya dərsliklərinə, müharibənin aparılmasının izn verilməyən metodları haqqında dərsliklərə düşəcək və bu, birmənalıdır. Və dünya gələcəkdə buna necə yol verməməyi öyrənəcək. Üstəlik, elə nümunələr var ki, tarixdə olmayıb və kriminologiyada elmi onları necə təsnif etməyi hələ bilmir", - o, belə deyib.

Jurnalist müsahibindən konkret misallar çəkməsini xahiş edib.

"Məsələn, həddi- buluğa çatmayanların avtomatlar altında, özləri kimi raşist formasında olan çoxlu sayda eybəcər məxluqların iştirakı ilə zorlanması", - Tsımbalyuk cavab verib.

Belə hərbi cinayətlər arasında o, həmçinin işğalçıların dinc sakinlərin bombardmanlardan gizləndiyi sığınacaqlara qumbaralar atmasını qeyd edib.

"Belə bədheybətlərə ölüm hökmü kifayət etməz" - xalq deputatı belə hesab edir.

O, hərbi cinayətkarlar üçün Ukraynada ölüm hökmünün bərpası ideyasını səsləndirib.

"Məni bağışlayın, uşaqları məhv edən və zorlayan bu cındırları bütün bunlardan sonra vergiödəyicilərinin hesabına ömürlərinin sonunadək qidalandırmaq...mən bilmirəm cəmiyyətə münasibətdə bu, nə qədər humanist addım ola bilər", - Tsımbalyuk bəyan edib.

O, Ukraynada baş verənlərə görə təkcə Putini ittiham etməyin yanlış olduğunu deyib.

"Bütün baş verənlər təsadüfi deyil. Yalnız Putini ittiham etmək və onun ölümü ilə hər şeyin düzələcəyini düşünmək yanlışdır. Mən dəfələrlə demişəm, Putin gedəcək, Rasputin gələcək. Yəni, bu elə dəhşətli bir şeydir ki, rusiyalıların qanındadır", - o, belə deyib.

Deputat qeyd edib ki, o, rusiyalılara neqativ münasibət göstərənlərdən olmayıb, amma müharibə başqa mənzərəni göstərib.

"Baş verənlər onu deməyə əsas verir ki, bunlar əvvəlcədən proqramlaşdırılıb, qəsdən törədilib, göstəriş belə olub. Belə təəssürat yaranır ki, onlar haradasa təlim keçib, yoxsa dinc əhali ilə belə davranmaq, qadınları və uşaqları zorlamaq, qətlə yetirmək, alçaltmaq, içərisində mülki insanların olduğu maşınlara atəş açmaq- bunu ya narkotiklərin, ya da hansısa təbliğatın təsiri altında törətmək olar", - Tsimbalyuk sözlərinə yekun vurub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1308   Tarix: 21 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Ancelina Coli geni" və xərçəng riski: Hər 200 qadından birində müşahidə edilir

Məşhur aktrisada aşkar olunduqdan sonra qeyri-rəsmi olaraq "Ancelina Coli geni" adını almış BRCA1 geninin mutasiyası hər 200 qadından birində müşahidə edilir. xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə müsahibəsində biologiya elmləri doktoru, genetik və "100 00+Mən" Mill

24 oktyabr
.

Yer kürəsində temperatur kritik həddə yaxınlaşır: Tədbir görmək üçün vaxt azalır

Qlobal istiləşmənin nəticələri artıq dağıdıcı xarakter alıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau" nəşrinin məlumatına görə, dünya, demək olar ki, şübhəsiz, razılaşdırılmış 1,5C həddini aşacaq. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı (BMT) iqlim dəyişikliyi ilə mübarizədə müəyyən irəliləyişləri

22 oktyabr
.

Hərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir

Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların

23 oktyabr
.

Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı

"Spotify" platforması aşağı keyfiyyətli məzmun və spam hesab etdiyi çox süni intellektlə yaradılmış 50 milyondan çox musiqini tövsiyə sistemindən çıxarıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu addımları həqiqi sənətçilərin əsərlərini ön plana çıxarmaq v

22 oktyabr
.

Makron etirazlar fonunda ilk dəfə şagird və polislərlə görüşəcək

Fransa Prezidenti Emmanuel Makron etirazların yenidən başlaması ərəfəsində bu gün yuxarı sinif şagirdləri hərəkatının nümayəndələri və hüquq-mühafizə orqanları ilə görüşəcək. xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Bu, yuxarı sinif şagirdləri və tələbələrin artıq bir aydan çoxdur dava

23 oktyabr
.

Robert Köçəryanın oğlunun həbs müddəti uzadılıb

Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın böyük oğlu - Sedrakın həbs müddətini daha iki ay uzadıb. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Sedrak Köçəryan atası ilə birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət almad

23 oktyabr
.

Rusiya Kiyevə 21 ballistik raket atdı

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, Rusiya qüvvələri Kiyevə üç dalğa ilə azı 21 ballistik raket atıb. Hücumlar nəticəsində paytaxtda yaşayış evləri və enerji infrastruktur

23 oktyabr
.

Səudiyyə Ərəbistanı Yəməndən Ər-Riyada atılan ballistik raketi ələ keçirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Səudiyyə Ərəbistanının Mülki Müdafiəsinin Ər-Riyad, Nəcran və Vadi-ə-Dəvasir əyalətində mümkün təhlükə barədə xəbərdarlıqlarından sonra Yəməndə husilər tərəfindən Ər-Riyada atılan ballistik raketi ələ keçirdiyini və məhv etdiyini açıqlayıb

24 oktyabr
.

Hörmüz boğazında iki tanker minalara düşüb

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Hörmüz boğazının cənub marşrutundan keçməyə çalışan iki tanker dəniz minalarına məruz qalıb. xəbər verir ki, gəmi minalara tuş gəlib. İİKK gəmilərin müəyyən edilmiş qaydaları pozduğunu və icazəsiz marşrut üzrə hərəkə

24 oktyabr