Pakistan Prezidenti İlham Əliyevi təbrik etdi
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sonxeber.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu il biz həm də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Son üç onillikdə Pakistan ilə Azərbaycan arasında qardaşlıq əlaqələri daha da möhkəmlənib.
Əminəm ki, siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əməkdaşlığımız Sizin müdrik rəhbərliyinizlə bundan sonra da dərinləşəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq diləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 656 Tarix: 28 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrail Livanda "Hizbullah"a qarşı əməliyyata başladı
İsrail ordusunun xüsusi təyinatlı dəstələri Livanın Nəbatiyyə şəhərinin ətrafında "Hizbullah" təşkilatının silahlı dəstələrinə qarşı əməliyyata başlayıb. "Al Hadath" telekanalına istinadən xəbər verir ki, paytaxt Beyrutdan 75 km məsafədə yerləşən şəhərin ətraf ərazilərinə hücum intensi
7 iyunTramp saatların çəkilməsinin ləğv olunmasını təklif edib
ABŞ Prezidenti Donald Tramp saatların ildə iki dəfə dəyişdirilməsi praktikasının ləğvini və yay vaxtının daimi saxlanılmasını təklif edib. xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tramp respublikaçı qanunvericilərə müraciət edərək saatları
7 iyunAlla Puqaçova məhkəmədə qalib gəldi
Rusiyada Moskvanın Presnensk rayon məhkəməsi Federal Korrupsiya ilə Mübarizə və Təhlükəsizlik Layihəsinin (FPBK) rəhbəri Vitali Borodinin müğənni Alla Puqaçovaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddiasını tam şəkildə rədd edib. -ın məlumatına görə, bu barədə müğənninin maraqların
7 iyunAlman avtomobil nəhəngləri böhran içində: Gəlirlər azalır
Alman avtomobil sənayesi 2026-cı ildə rəqibləri ilə müqayisədə ən zəif nəticələrini nümayiş etdirib. Buna səbəb kimi gömrük rüsumları və tariflər, beynəlxalq münaqişələr, eləcə də texnoloji problemlər göstərilir. xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Ernst & Young" (EY
7 iyun