Ruslar geri ÇƏKİLDİLƏR – Türk ordusu hücum mövqeyində TOPLANDI

Ruslar geri ÇƏKİLDİLƏR – Türk ordusu hücum mövqeyində TOPLANDIABŞ Türkiyədən gələn yeni əməliyyat mesajından panikaya düşüb. Vaşinqtondan ard-arda açıqlamaların verilməsi fonunda ABŞ hərbi qüvvələri rusların çıxmağa başladığı PKK/YPG terror təşkilatının nəzarətindəki bazalarına geri dönməyə başlayıb.

Yeni əməliyyat mesajları Suriyada həm diplomatik, həm də hərbi meydanda fəallıq yaradıb.

Sonxeber.az teleqraf.com-a istinadən bildirir ki, baş verənlərə münasibət bildirən ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirəcəyindən narahat olduqlarını bildirib. Kirbi PKK-nın Suriya qolu YPG ilə əlaqə saxladıqlarını söyləyib. Buna oxşar açıqlama ABŞ Dövlət Departamentindən də gəlib.

Gəlişmələrə adekvat olaraq, ABŞ-ın Suriyadakı hərbi qüvvələri səfərbər olmağa başlayıb. İraq üzərindən PKK/YPG-nin nəzarəti altındakı bölgələrə silah və hərbi maşınların daşınması sürətlənib. Suriyaya daxil olan onlarla yük maşını terror təşkilatının işğalı altındakı Hasekeyə çatıb. Kolonda zirehli texnika, hərbi sursat və digər texnikaların olduğu bildirilib.

ABŞ-ın fəallığı bununla məhdudlaşmır. ABŞ hərbçiləri 2019-cu ildə Rusiyanın ixtiyarına buraxaraq geri çəkildiyi bazalara qayıtmağa başlayıb. Bu bazalardan biri də Türkiyənin mümkün hədəfləri arasında olan Ayn əl-Ərəbin (Kobani) cənubundakı Xarab Aşik bazasıdır. Bu bazaya logistika avadanlıqları və texniki işçilər göndərilib. 2019-cu ildə dağıdılandan sonra ruslara buraxılan bazanın əvvəlki vəziyyətinə qaytarılacağı qeyd edilib.

Rusiyanın Suriyadakı mövcudluğu ilə bağlı açıqlama verən Xarici işlər naziri Sergey Lavrov ABŞ qoşunlarının Fərat çayının şərq sahilinin böyük hissəsini işğal etdiyini deyib: "Onlar orada qondarma dövlət qurmağa çalışırlar, parçalanmanı dəstəkləyirlər. Təbii ki, Türkiyə bunlara biganə qala bilməz".

Məlumata görə, ABŞ və Rusiyanın üzərinə götürdüyü öhdəliklərə baxmayaraq Türkiyə sərhədindən geri çəkilməyən PKK terrorçuları Mənbiç və Ayn əl-Ərəbdə tutduqları ərazilərdə tunellər qazırlar. Müxtəlif bölgələrdəki yüzlərlə kilometr uzunluğunda olan tunellər hava hücumlarına qarşı betonla möhkəmləndirilib. PKK terrorçuları türk ordusunun hərbi əməliyyatlarına müqavimət məqsədilə sərhəd xəttinə yaxın ərazilərdə bu tunelləri qazdıqları bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2688   Tarix: 28 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldı

Səhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasında

22 oktyabr
.

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat və xüsusi avadanlıq təhvil verib. xəbər verir ki, bu barədə Ermənistan mediası ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb. Təhvil-təslim ABŞ Dövlət Departamentinin ixrac nəzarəti və sərhəd təhlükəsizliyi (EXBS

23 oktyabr
.

Robert Köçəryanın oğlunun həbs müddəti uzadılıb

Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın böyük oğlu - Sedrakın həbs müddətini daha iki ay uzadıb. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Sedrak Köçəryan atası ilə birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət almad

23 oktyabr
.

Tramp İrana qarşı yeni zərbələr anons etdi: Tehran ABŞ bazalarını vurmaqla hədələyir

ABŞ Prezidenti Donald Tramp İrana qarşı əlavə hərbi əməliyyatların yaxın zamanda həyata keçirilə biləcəyini bildirib. İranın İnqilab Keşikçiləri Korpusu isə ABŞ-ın regiondakı hərbi bazalarına zərbələr endirməklə hədələyib. Bu barədə Gulf News nəşri məlumat yayıb. Tramp Ağ Evdə jurnalistlərə açıqlamasınd

23 oktyabr
.

Serbiya Maliyyə Nazirliyi: Rusiyanın NIS-dəki payı Macarıstanın MOL şirkətinə satılacaq

ABŞ sanksiyaları altında olan Rusiya-Serbiya şirkəti "Serbiya Neft Sənayesi"nin (NIS) səhmlərinin nəzarət zərfinin Macarıstanın neft-qaz şirkəti MOL-a satılması haqqında müqavilə imzalanıb. "Report" xəbər verir ki, bu barədə Serbiyanın Baş nazirinin birinci müavini və maliyyə nazir

21 oktyabr
.

Le Monde: "Tramp BBC-yə qarşı məhkəmə işində and altında ifadə verməlidir"

ABŞ prezidenti Donald Trampın BBC-yə qarşı qaldırdığı böhtan iddiası üzrə məhkəmədə and altında ifadə verməsi tələb olunur. Mübahisə BBC-nin Trampın çıxışından hazırladığı video montajı ilə bağlıdır. Le Monde-a istinadən xəbər verir ki, Tramp Britaniyanın ictimai yayımçısını çıxışının montajı vasitəsil

23 oktyabr
.

Pentaqon "Global Thunder" strateji nüvə qüvvələri təlimlərinə başlayır

ABŞ Strateji Komandanlığının (USSTRATCOM) verdiyi məlumata görə, ABŞ-da illik "Global Thunder 27" strateji nüvə qüvvələri təlimi başlayıb. xəbər verir ki, USSTRATCOM-un bəyanatında deyilir: "Global Thunder 27 təlimləri strateji qüvvələrin müxtəlif nümayəndələrindən şəxsi heyəti əhatə edir

23 oktyabr
.

İran Kürdüstana ağır texnikalar yerləşdirir

Bu gün səhər saatlarından İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Kürdüstan əyalətinin bir neçə bölgəsinə çoxsaylı hərbçi və ağır hərbi texnika yerləşdirir. xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, qonşu əyalətlərdən Sənəndəc, Kamyaran, Sərvabad

22 oktyabr
.

The Guardian: "Husilərin hücumları fonunda ABŞ diplomatlarına Səudiyyə Ərəbistanını tərk etmək göstərişi verilib"

Səudiyyə Ərəbistanında husilərin demək olar ki, hər gün həyata keçirdiyi hücumlar fonunda ABŞ Dövlət Departamenti bəzi diplomatlara və ABŞ hökuməti əməkdaşlarının ailə üzvlərinə ölkəni tərk etmək göstərişi verib. Qərar mülki hava limanlarına və digər mühüm infrastruktura edilən hücumlarla əlaqələndirilib

22 oktyabr