Meymun çiçəyi ilə bağlı QORXULU SSENARİ: Yeni pandemiya astanasındayıq?

Meymun çiçəyi ilə bağlı QORXULU SSENARİ: Yeni pandemiya astanasındayıq?Çox da uzaq olmayan keçmişdə meymun çiçəyinə yoluxma halları yalnız Afrika ölkələrində qeydə alınırdı və Qərbdə az sayda yoluxma hallar bu ölkələrə səfərlərlə əlaqələndirilirdi.

Sonxeber.az xarici mediaya istinadla bildirir ki, bu gün meymun çiçəyinə Afrikaya səfər etməmiş və ABŞ, Kanada, Böyük Britaniya və son aylarda xəstəliyin heç vaxt yayılmadığı bir sıra digər ölkələrdə yaşamış insanlar yoluxurlar.
Ümumiyyətlə, son 20 gün ərzində dünyada 300-dən çox meymun çiçəyinə yoluxma halları qeydə alınıb və onların əksəriyyətinin Afrikaya səfərlərlə heç bir əlaqəsi yoxdur. Bu məlumat təkcə səhiyyə sahəsində çalışan beynəlxalq təşkilatların mütəxəssislərini deyil, həm də sui-qəsd nəzəriyyələri həvəskarlarını təşvişə salıb.

Maraqlı bir fakt yanğının üstünə yanacaq əlavə edbi: 2021-ci ilin martında Münhen Təhlükəsizlik Konfransında maraqlı bir "məşq" keçiriblər, bu müddət ərzində ... bəli, meymun çiçəyi virusunun yaratdığı qlobal pandemiya ssenarisini nəzərdən keçiriblər.

Qorxulu ssenari

Əfsanəyə görə, meymun çiçəyi xəstəliyinin "qlobal pandemiyası" qondarma Brynia ölkəsində başlayır və 18 ay ərzində bütün dünyaya yayılır. Epidemiya laboratoriyada yaradılır və mövcud peyvəndlərə davamlı virusdan istifadə edilən "terror hücumu" nəticəsində yaranır. Təlimin sonuna qədər qondarma pandemiya dünya miqyasında üç milyarddan çox hadisə və 270 milyon insanın ölümünə səbəb olur.

Ssenariyə görə, xəstəliyin ilk halları 2022-ci ilin may və iyun aylarında uydurma Briniyada qeydə alınır: 1421 yoluxma və 4 ölüm. Briniya hökuməti epidemiyalarla bağlı beynəlxalq araşdırmaları alqışlayır və Ümumdünya Səhiyyə Təşkilatından tibbi dəstək istəyir.
Yoluxmuşlardan götürülmüş virus nümunələrinin genom ardıcıllığı virusun mövcud peyvəndlərə davamlı olmasını təmin edən mutasiyalara malik olduğunu göstərir.

2023-cü il yanvarın 10-na qədər, ssenariyə görə, 83 ölkədə 70 milyon hadisə və 1,3 milyon ölüm qeydə alınacaq.

2023-cü il mayın 10-na qədər modelləşdirmə 480 milyon hadisə və 27 milyon ölüm göstərir. 2023-cü il dekabrın 1-də isə artıq 3,2 milyard yoluxma və 271 milyon ölüm olmalıdır.

O qədər də təhlükəli virus deyil...

Bu gün, 2022-ci ilin may ayında bu ssenari həm real, həm də qorxulu görünür.

Bununla belə, epidemioloqlar iddia edirlər ki, meymun çiçəyi virusunun koronavirus kimi qlobal pandemiyaya səbəb olması ehtimalı azdır. Mütəxəssislərin fikrincə, meymun çiçəyi virusunu koronavirusla müqayisə etmək olmaz, çünki birincisi DNT virusu, ikincisi isə RNT virusudur. Birincisi ikincisi kimi sürətlə dəyişə bilməz və ikincidən fərqli olaraq qısa müddət ərzində yeni ştamlar əmələ gətirmir.

Meymun çiçəyi virusunun sürətlə yayılma riski də azdır, çünki koronavirusdan fərqli olaraq, o, hava damcıları ilə ötürülmür: yalnız xəstə şəxslə yaxın təmasda olsanız, yoluxa bilərsiniz. Üstəlik, mütəxəssislərin hazırkı məlumatlarına görə, bu xəstəliyi olan bir xəstə yalnız dəridə xora və səpgilər şəklində xəstəliyin əlamətləri olduqdan sonra yoluxucu olur.

Heyvanlardan yoluxma xəstə heyvanların qanı ilə, onların bioloji mayeləri ilə, həmçinin zədələnmiş dəri və ya selikli qişalarla birbaşa təmas nəticəsində baş verir. Xəstə heyvanın çiy ətindən istifadə edilməsi də ciddi risk faktorudur.

Bu gün Avropa və ABŞ-da yayılan virusun ştammını mütəxəssislər o qədər də təhlükəli hesab etmir. Bu günə qədər yuxarıda qeyd olunan ölkələrdə ölüm halı qeydə alınmayıb. Ümumilikdə xəstələrdə aşkar edilən virusun Qərbi Afrika ştammının öldürücülük dərəcəsi təxminən 1 faiz təşkil edir.

Mütəxəssislər qeyd edir ki, səhiyyə sistemi inkişaf etmiş ölkələrdə bu xəstəlikdən ölüm riski çox aşağıdır. Bununla belə, virus uşaqlar və immuniteti zəif olan insanlar üçün hələ də təhlükəlidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2648   Tarix: 30 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10 noyabr
.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr