Azərbaycanda ana övladına ağır cəza istədi - "Tez çıxsa..."

Azərbaycanda ana övladına ağır cəza istədi - "Tez çıxsa..."Gəncə şəhərində 1975-ci il təvəllüdlü Məhərrəm 1935-ci il təvəllüdlü anası Gülənbərə xəsarət yetirib.

Sonxeber.az "teleqraf.com"-a istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərərvurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zaur Hünbətovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm özünü Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi üzrə yox, Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.

Məhərrəm qeyd edib ki, anası Gülənbər və qardaşı Zakirlə birlikdə yaşayıb: "Son zamanlar anam və qardaşım yaşadığımız evdən mənə düşən mülkiyyət payından onların xeyrinə imtina etməyimi tələb ediblər. Mən də onlarla razılaşmırdım. Bu səbəbdən bir neçə dəfə mübahisələrimiz oldu. Onlarla münasibətim baş tutmadığı üçün evin ikinci mərtəbəsində tək yaşamışam. Anam və qardaşım isə evin birinci mərtəbəsində yaşayıblar".

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü spirtli içki qəbul edib və yaşadığı evdə olub:

"Həmin vaxt anam Gülənbər qardaşımı bir neçə dəfə çağırdı. Qardaşım cavab vermədiyi üçün əsəbləşib birinci mərtəbəyə düşdüm, qardaşıma irad bildirdim. Bunun üstündə aramızda mübahisə oldu, dava elədik. Qardaşım yerdən daş götürərək evin həyətində başıma vurdu, alın nahiyəmdən xəsarət aldım. Zakirin məni döymək istədiyini gördüm. Onun üzərinə getdim, yumruqla vurmaq istədim. Anam bizi aralamaq istəyəndə yumruğum onun üz nahiyəsindən dəydi. Yaşlı qadın olduğu üçün o, özünü saxlaya bilmədi və pilləkəndən yerə yıxıldı".

Məhərrəm deyib ki, bundan sonra qardaşı Zakir evdən gedib: "Mən yerə yıxılmış yaşlı anamı qucağıma götürdüm və evdə çarpayısına uzatdım. Özüm isə sərxoş vəziyyətdə olduğum və özümü yaxşı hiss etmədiyim üçün otağıma getdim, yatdım.

Bir saat sonra qardaşım Zakir məndən şikayət etdiyi üçün polis əməkdaşları gəldi, məni polis idarəsinə dəvət etdilər. Onlarla Nizami rayon Polis İdarəsinə getdim".

Məhərrəm ifadəsinin sonunda məhkəmədən himayəsində azyaşlı iki əkiz və iki yetkinlik yaşına çatmayan uşaqları olmasının nəzərə alınmasını istəyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Gülənbərin ifadəsinə görə, oğlanları ilə yaşayır: "Kiçik oğlum Məhərrəm son zamanlar tez-tez içki içir, evdə mənimlə mübahisə yaradırdı. Ona görə də digər oğlum Zakirlə birlikdə evin birinci mərtəbəsində, Məhərrəm isə tək 2-ci mərtəbədə yaşayıb.

Hadisə günü saat 15 radələrində Məhərrəm evin ikinci mərtəbəsində içki içdi. Mən isə evin birinci mərtəbəsində yatdım. Həmin vaxt böyük oğlum Zakir evdə deyildi. Məhərrəm sərxoş vəziyyətdə evin birinci mərtəbəsinə gələrək mənimlə mübahisə etməyə başladı. Ona içki içməyi irad tutdum. Məhərrəm daha da əsəbləşərək üzərimə gəldi, sinəmin üstünə çıxaraq sifətimə və bədənimin müxtəlif nahiyələrinə dayanmadan yumruqla vuraraq məni döydü".

Zərərçəkmiş şəxs qeyd edib ki, bundan sonra oğlu Zakir yaşadığı evə gəlib: "Üzümdə və bədənimin müxtəlif nahiyələrindəki xəsarətləri gördü. Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə və Nizami rayon Polis İdarəsinə bu barədə məlumat verdi. Polis İdarəsində araşdırma aparıldı, oğlum Məhərrəm barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi Nizami rayon məhkəməsinə göndərildi.

Nizami rayon məhkəməsinin hökmü ilə Məhərrəm Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. Hökmdən narazı qaldığım üçün Gəncə Apellyasiya Məhkəməsinə vəsatət verdim. Məhərrəmə daha ciddi cəza verilməsini xahiş etdim. Çünki Məhərrəm azadlığa çıxdıqdan sonra yenə də məni döyüb, xəsarət yetirəcəyindən qorxdum".

Gülənbər bildirib ki, Məhərrəm 2019-cu ildə onu döyüb və xəsarət yetirməsi ilə əlaqədar məhkəmədə işlərinə baxılarkən onu bağışlayıb: "Buna baxmayaraq o, əməllərindən əl çəkmədi. Məhərrəmin hərəkətlərindən artıq bezmişəm. Ona ən ağır cəza verilməsini istəyirəm".

Məhərrəm 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1351   Tarix: 30 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10 noyabr
.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr