"TEKNOFEST"in Azərbaycanda keçirilməsi dünyaya hansı mesajı verdi? - Ekspertdən AÇIQLAMA
İki qardaş ölkə Azərbaycan və Türkiyənin növbəti dəfə həmrəklikləri ilə dünyanın marağına səbəb olublar. Bakıda ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı parlaq gələcəyimiz olan gənclərin bu birliyə necə töhfə verəcəklərini aydın nümayiş etdirib.
Mövzu ilə bağlı Sonxeber.az saytına hərbi ekspert Elxan Şıxəliyev fikirlərini bildirib:
Onun sözlərinə görə, "TEKNOFEST"in Azərbaycanda keçirilməsi Azərbayacana dost olan və olmayan ölkələrə mesaj verdi:
"Həmin mesaj ondan ibarətdir ki, Azərbaycan və Türkiyə bundan sonrakı mərhələlərdə də təhlükəsizliyi təmin etmək məqsədi ilə bir yerdə irəliləyəcəklər.
Digər mesaj isə Şuşa Bəyannaməsindən sonrakı mərhələdə Azərbaycan Respublikası Silahli Qüvvələri Türkiyənin Silahli Qüvvələrinin mini modelinə keçişini reallaşdırmağa başlayıb. Bu yol xəritəsinin icrasında bizim bütün strukturlar Türkiyə Silahlı Qüvvələri və Türkiyə hərbi sənayesi ilə eyniləşdiriləcək.
Gələcəkdə, çox güman ki, Azərbaycan Silahli Qüvvələrinin silahlanmasına Türkiyə Silahlı Qüvvələrində mövcud olan bütün silah-sursat və avandanlıqlar daxil ediləcək.
"TEKNOEST"in gedişatında 2 istiqamət nümayiş olunur: Silahlı Qüvvələrdə olan hərbi sənayenin inkişafı və hərbi sənaye məhsullarının hərbçilər tərəfindən praktiki istifadəsi. Xüsusən də pilotların şousu daha yaddaqalan hesab olunur.
"TEKNOFEST"dəki stendlərdə Türkiyə Müdafiə Sənayesində çalışan bütün şirkətlərin məhsulları nümayiş olunub. Azərbaycan stendlərində də Azərbaycan Silahlı Qüvvələrinin silahları sərgilənib.
Bakı Kristal Zalı daxilindəki yarışma çox böyük əhəmiyyət kəsb edib. Belə ki, komandalar beyin mərkəzləri olan "startup" yarışmalar həyata keçiriblər. "TEKNOFEST" bizim gəncliyimizə də elmi araşdırma yönümlü mesajlar verib. Bu festival bizə gələcəkdə beyin mərkəzlərimizi hərbi texnologiyanın icad olunmasına, istehsalına yönləndirmək mövzusunda düşünməyimiz üçün fürsət oldu.
Həmçinin, Türkiyə Cümhuriyyətinin Prezidentinin və hərbi heyətinin Azərbayacana səfərinin arxasında bəzi hərbi-siyası anlaşmalar həyata keçirildi".
Ekspert qeyd edib ki, artlq bizim Silahli Qüvvələrimizdə "Bayraktar TB2" pilotsuz uçuş aparatları mövcuddur:
"Çox güman ki, növbəti mərhələdə "Akıncı" pilotsuz uçuş aparatları da Azərbaycan Silahli Qüvvələrinin silahlanmasına daxil olunacaq. "Akıncı"lar "TEKNOFEST"dən sonra Azərbaycanda saxlanıldı, onların heyətləri də hazırlanıb.
"TEKNOFEST"in geosiyasi mesajı ondan ibarətdir ki, Azərbaycanın təhlükəsizliyi Türkiyənin, Türkiyənin təhlükəsizliyi isə bizim təhlükəsizliyimiz kimi qiymətləndirilməlidir. Bu yol xəritəsi bəllidir və qardaş ölkələr bu yolda birlikdə irəliləməlidir".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
Ukrayna Məsut Özili ittiham etdi