Kafedra müdiri: "Universitetdə müəllimin tutuquşudan fərqi olmayacaq"
"Xarici ölkələrdə yüksək keyfiyyətli təhsil alan gənc müəllimlər ölkəmizdə fəaliyyət göstərmək üçün geri qayıdırlar. Biz onlara akademik karyera vəd edərək universitetə cəlb edirik. Lakin cəmi bir il işlədikdən sonra heç nəyin onların təhsil aldıqları ali məktəblərdəki kimi olmadığını görüb, uzaqlaşırlar".
Oxu.Az xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan "Çıxışa doğru" proqramında qonaq olarkən Bakı Mühəndislik Universitetinin kafedra müdiri Şəhriyar Muxtarov deyib.
Onun sözlərinə görə, 550 saat yüklənən gənc müəllim həftədə minimum üç-dörd fərqli dərsə girirsə, o özü də hazırlaşmalıdır:
"Gənc, magistraturanı bitirən müəllimdir. İllərin təcrübəsi olmadığından, o özü də hazırlaşmalıdır. Bu müəllim qalır çıxılmaz vəziyyətdə və öz üzərində işləməyə vaxt tapmır. Dərs yükünün altında əzilib qalır. Universitetdə xaricdə təhsil alan müəllimə 550 saat üçün təklif edilən maaş əmək bazarından üçqat aşağıdır. Təbii olaraq müəllim də zəruri olaraq dolanışığını təmin etmək üçün kənardan əlavə dərslər götürür. Belə olan halda da müəllimin illik dərs yükü gəlir çatır təxminən 1000 saata.
Bu insan bu qədər saat çalışsa, nə tədqiqat aparacaq, nə də özünə zaman ayıra biləcək. Müəllim öz sahəsi üzrə yenilikləri öyrənməlidir. Hər gün yeni informasiyalar çıxır. Müəllim bunu izləyə bilməyəcəksə, tələbəyə kitabda yazılanlardan kənar informasiya verə bilməyəcəksə, burada keyfiyyətli tədrisdən söhbət gedə bilməz. Üzr istəyirəm, amma belə olan halda müəllimin tutuquşudan fərqi olmayacaq".
Ş.Muxtarov onu da əlavə edib ki, dərs yükü necə bölüşdürülməlidir sualı 1994-cü ildə hazırlanan köhnə sənəd əsasında həll olunur:
"Bu sənəd o qədər köhnədir ki, tarix belə orada yoxdur. Bu sənəd hökmən yenilənməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1098 Tarix: 30 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrDentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
10 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrBulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabr