Uşaqlar niyə dırnaq yeyirlər, bunu necə tərgitmək olar?
"Dırnaq yemə vərdişi, adətən 3-4 yaşlarında başlayır və uşaqların 40 faizində müşahidə olunur. Qız uşaqlarının dırnaq yeməsinə daha çox rast gəlmək olur. Bunun ən başlıca səbəbi ailədaxili problemlərdir".
Lent.az xəbər verir ki, bu barədə pediatr Elşən Tağıyev danışıb.
Onun sözlərinə görə, valideynlər arasında yaşanan problemlər , qısqanclıq, uşağın və ya valideynlərin onu daim danlaması, həddindən artıq narahat və qoruyucu olması, həm də ailədə dırnaq yemə vərdişinin olması buna səbəb kimi göstərilə bilər.
"Zamanında tədbir görülməzsə dırnaq yemək vərdişi erkən yeniyetməlik dövrünə qədər davam edə bilər. Valideynlər erkən dönəmlərdə bu vərdişə diqqət yetirməli və uşağa zaman ayırmalı, onlara dırnaq yeməyin xoş davranış olmadığını, dırnaq yedikdə əllərinin səliqəsiz göründüyünü, tənqidi mövqe sərgiləmədən bu vərdişdən əl çəkməli lazım olduğunu bildirməlidirlər" – Tağıyev deyib.
Onun fikrincə, uşağın diqqətini başqa şeyə cəlb etmək lazımdır:
"Uşağın dırnağa qulluğu öyrənməsi və sevməsi üçün həvəsləndirici üsullardan da istifadə etmək olar. Bunun üçün uşağın bəyənəcəyi dırnaq qulluğu dəsti almaq, dırnaqları kəsib krem sürtmək faydalı olacaq. Bir mütəxəssis olaraq dırnağa vurulan acı dırnaq boyasını məsləhət görmürəm".
Bundan başqa, həkim valideynlərə uşaqlara qarşı heç vaxt inadkar olmamağı tövsiyə edib: "İnadkar olmaq vərdişin kök salmasına səbəb olur və sizi qəzəbləndirmək, narahat etmək üçün bir vasitə kimi istifadə olunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1759 Tarix: 30 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrDentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
10 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrBulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabr