"40 yaş sindromu": Qadınlar və kişilər özlərini nələrə hazırlamalıdırlar?
Qadınlarda "Balzak yaşı", kişilərdə isə "40 yaş sindromu" adlanan bu yaş dövrü istər qadınlarda, istərsə də kişilərdə müəyyən mənada narahatlıq doğurmağa başlayır.
Qadınlar 40 yaşından sonra bəyənilməmə qorxusu yaşayırlar və ekspertlər 35-45 yaş aralığındakı zərif cinsin "40 yaş sindromu"na yaxalanmaları ehtimalını daha real hesab edirlər. Kişilər isə sözün həqiqi mənasında, özlərini buraxırlar, kökəlmə, bəzi mənəvi sapıntılar bu yaşdan sonra baş verir.
Bəs 40 yaşına çatan orqanizmi bu yaşdan sonra hansı xəstəliklər gözləyir?
Bəzən idarəsində çətinlik çəkdiyimiz bədən orqanları məhz 40 yaşdan sonra bizə hansı sürprizləri hazırlayır? Qidalanmamıza necə diqqət etməli və özümüzü nələrə hazırlamalıyıq?
Bizim.Media mövzu ilə bağlı yaranmış suallara aydınlıq gətirmək qərarına gəlib.
"40 yaşına qədər insan bədənində yaranan hüceyrələrin sayı ilə ölən hüceyrələrin sayı bərabər olur. 40 yaşından sonra isə ölən hüceyrələrin sayı çoxalmağa başlayır. Bu isə o deməkdir ki, insan orqanizmində enerji itkisi baş verməyə başlayır".
Bu sözləri Bizim.Media-ya açıqlamasında həkim-terapevt Rasif Bağırov söyləyib.
Ekspertin sözlərinə görə, məhz 40 yaşdan sonra maddələr mübadiləsi pozğunluqları başlayır ki, bu da asanlıqla onkoloji problemlərə çevrilə bilir.
"40 yaşdan sonra orqanizm asanlıqla minerallar və vitaminlər itirməyə başlayır ki, bunun nəticəsində də insanlarda ətraf mühitin təsirinə və stressə qarşı dözümlülük zəifləyir".
Ekspert 40 yaşdan sonra insanlarda ən çox rast gəlinən xəstəliklərin məhz ürək-damar xəstəlikləri olduğunu vurğulayıb.
"40 yaş sindromu"na gəlincə isə ekspert bunun bir çox səbəbləri olduğunu izah edib:
"Qadınların bu yaşdan sonra ana olmaq ehtimalı azalır. Bu öncə estrogen hormonunun 50 faizdən çox aşağı düşməsi ilə əlaqədardır. 40 yaşdan sonra qadın bədəni klimaks dövrünə hazırlaşır və klimaks dövründə qadınlar kifayət qədər həssas olmağa başlayırlar. Bu bir çox hallarda qadınlarda əksiklik hissinin artması, güvənsizlik və stress ilə müşayiət olunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1184 Tarix: 31 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrDentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
10 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrBulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabr