İranda növbəti müəmmalı insident: raket mühəndisi naməlum şəraitdə həlak olub...
İran mühəndisinin qətli İranın hərbi-sənaye kompleksi ilə bağlı olan üçüncü "müəmmalı" hadisədir
İranın tanınmış raket mühəndisi, doktor Əyyub Entezari naməlum şəraitdə həlak olub.
Bu barədə İran KİV-ləri məlumat yayıb.
Dərc edilən nekroloqa əsasən, həlak olan mühəndis İranın müdafiə nazirliyinə tabe olan Aerokosmik Sənayesi Təşkilatının (Aerospace Industries Orqanization) zavodu nəzdində Yezd şəhərində yerləşən elmi-tədqiqat institutunda işləyib.
Bu təşkilat İranın kosmik proqramında həlledici oyunçudur. Bundan başqa, onun İranın "Şahab" ballistik raketlərinin işlənib hazırlanması və istehsalına birbaşa aidiyyəti var.
Aerokosmik texnika sahəsində aparıcı mütəxəssislərdən olan Əyyub Entezari sağlığında döyüş PUA-ları, kiçik və orta mənzilli raketlərin işlənib hazırlanması ilə məşğul olub.
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) qüvvələri ilə əlaqəli olan "Telegram-kanal" məlumat verib ki, doktor Entezari "qida zəhərlənməsindən" vəfat edib.
İran KİV-lərinin bəzi məlumatlarında doktor Əyyub Entezarinin ölümü və mümkün qətlində İsrailin "Mossad" kəşfiyyatının adı hallanır.
Lakin İranın rəsmi şəxsləri tərəfindən İsrail alimin qətlində ittiham edilməyib.
İran mühəndisinin ölümü İranın hərbi-sənaye kompleksi ilə bağlı olan üçüncü "müəmmalı" hadisədir.
Əvvəllər məlumat verildiyi kimi, mayın 22-də Tehranda naməlum şəxslər İran İnqilabı Keşikçiləri Korpusunun polkovniki Səyyad Xodai yaxın məsafədən güllələnib. O, İnqilabi qvardiyanın 840-cı "Qüds" bölməsində xidmət edib, dünyanın müxtəlif yerlərində israillilərə zərbələr endirmək üçün mülki adamların seçilməsi və cəlb olunmasına, habelə bu agentlərlə təmaslara görə cavabdeh olub.
Daha sonra "New York Times" qəzeti yazıb ki, guya, İsrail Amerika Birləşmiş Ştatlarını öz xüsusi xidmət orqanlarının polkovnik Xodainin qətlində əli olması barədə məlumatlandırıb.
Bəzi məlumatlarda Xodainin qətlində İran KİV-ləri İsraili günahkar bilib, bunu da İran liderləri dəstəkləyib. İranda dərhal İsrail və onun vətəndaşlarının ünvanına təhdidlər artmağa başlayıb, həm də bu təhdidlər o qədər çox olub ki, İsrail XİN və DİN israilliləri Türkiyəyə səfərdən çəkinməyi tövsiyə edib.
Mayın 30-da bu qətldən bir həftə sonra Tehranın şimalında yerləşən Karacda 840-cı "Qüds" bölməsinin daha bir zabiti, Səyyad Xodainin yaxın dostu polkovnik Əli İsmayılzadə öz evinin damından (bəzi məlumata görə, balkonundan) yıxılıb.
İran rejiminə müxalif olan "Britaniya- İran" telekanalının məlumatına görə, polkovnik Səyyad Xodainin qətlindən sonra İslam İnqilabı Keşikçiləri Korpusu "Qüds" bölməsinin fəaliyyəti ilə əlaqədar məxfi məlumatların sızmasını araşdırıb.
Cacusluqda şübhəli bilinənlər arasında İsmayılzadə də oub, ona görə də İİKK intihar görüntüsü yaradaraq onu aradan götürməyə qərar verib (guya polkovnikin mənzilində ölümqabağı məktub aşkar edilib).
İsmayılzadənin ailəsinə izah edilib ki, o, həyat yoldaşı ilə ayrılandan sonra səhhətində yaranan psixoloji problemlər ucbatından intihar edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1061 Tarix: 04 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı
17 sentyabr 2021Yəməndə fövqəladə vəziyyət elan edildi
Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl
16 sentyabr 2021Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı
İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində
15 sentyabr 2021Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı
Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda
16 sentyabr 2021Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO
Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli
18 sentyabr 2021Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu
Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ
16 sentyabr 202118 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO
"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti
15 sentyabr 2021Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı
Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb
17 sentyabr 2021Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"
"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır
15 sentyabr 2021