Kadırovun Türkiyəyə göndərdiyi killerlər necə yaxalandılar? - MİT-dən peşəkar əməliyyat

Kadırovun Türkiyəyə göndərdiyi killerlər necə yaxalandılar? - MİT-dən peşəkar əməliyyatTürkiyədə Rusiya kəşfiyyatına casusluq etməkdə və iki nəfəri öldürməyə cəhddə ittiham olunan 6 şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Türkiyədə son altı ayda Rusiya kəşfiyyat şəbəkəsi ardıcıl zərbələr alıb.

Türkiyədə daimi yaşamaq hüququ alan Rusiya vətəndaşlarının qətlini sifariş verən rus kəşfiyyatı daha öncəki illər "uğurlu" əməliyyatları icra edə biliblər.

Söhbət çeçen mücahidlərlərin qətli, rus iş adamlarının aradan götürülməsindən gedir.

Türkiyə MİT-i son illərə qədər Rusiya xüsusi xidmət orqanlarının türk torpağındakı fəaliyyətinə loyallıq nümayiş etdirib. Bunun nəticəsi olaraq Türkiyədə digər dövlətlərin kəşfiyyat xidmətləri, o cümlədən kriminal avtoritetlər "at oynadıblar". Hətta Rusiya kimi kriminal ünsürlərlə zəngin olan bir ölkənin mafiya babaları İstanbulda özlərinə yuva salmışdılar. Eləcə də İran və İsrail kəşfiyyat bu ölkədəki fəaliyyətlərini genişləndirmişdilər.

Türkiyədə rus casusların fəaliyyətindən ən çox əziyyət çəkən çeçen mücahidlər olub. Mücahidlərin saxlanılan qatillərinin etiraflarından bəlli olub ki, onlar Rusiya Dövlət Dumasının deputatı, Çeçenistan lideri Ramzan Kadırovun əmisi oğlu Adam Delimxanovun, eləcə də Kadırov administrasiyasında məmur rolunu oynayan, müxtəlif "incə tapşırıqlar" üzrə mütəxəssis Kazbek Dukuzovun şəxsi göstərişi ilə hərəkət ediblər.

Onların vəzifəsi "Abdulhakim" təxəllüsü ilə çeçen müxalifət liderini aradan götürmək olub. Saxlanılan şəxslərə 33 il həbs cəzası verilib.

Saxlanılan şəxslər həmçinin qeyd ediblər ki, onların hədəfləri Rusiya Müdafiə Nazirliyinin iki keçmiş məmuru olub və onlar vəzifədə olarkən Rusiya hərbi idarəsinə məxsus meşə sahələrini və hazır taxta-şalban materiallarını qanunsuz olaraq Çinə 65,3 milyon dollara satıblar və daha sonra pullarını Türkiyəyə yatırıblar.

Kəşfiyyat qrupunun vəzifəsi bu məbləğləri ələ keçirmək olub. Ya xoşluqla, ya da zorla.

Türkiyə MİT bu plandan xəbərdar olub və "qanqsterləri" İstanbuldakı "Fateh" otelində yaxalaya biliblər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1988   Tarix: 05 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı

17 sentyabr 2021
.

Yəməndə fövqəladə vəziyyət elan edildi

Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl

16 sentyabr 2021
.

Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı

İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində

15 sentyabr 2021
.

Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda

16 sentyabr 2021
.

Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO

Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli

18 sentyabr 2021
.

Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu

Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ

16 sentyabr 2021
.

18 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO

"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti

15 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır

15 sentyabr 2021