Bu qız TƏMİZLİK ŞAHZADƏSİDİR - Çirkli evləri PULSUZ təmizləyir - FOTO-VİDEO
Sosial şəbəkələrdə Auri Katarina kimi tanınan 29 yaşlı Finlandiya sakini Auri Kananen özünü dünyanın ən yaxşı təmizləyicisi, "Təmizlik şahzadəsi" adlandırır. Onun paylaşımlarını görənlər 14 yaşından təmizlik aşiqi olan Katarinanı bu titullara həqiqətən də layiq olduğunu anlayırlar.
BİG.AZ xəbər verir ki, çirkli evləri təmizləməkdən zövq alan Auri bunu tamamilə PULSUZ edir.
O, uşaqlarını tək böyüdən analara, tənha yaşayan yaşlı təqaüdçülərə, əlillərə, ağır depressiya keçirən insanlara yardım edir. Bir sözlə, fiziki və ya mənəvi problemlər səbəbindən evlərinə "əl gəzdirə" bilməyənlər bu "təmizlik mələyi"nə müraciət edirlər. O, həftədə bir evi dərindən təmizləyir.
4 il təmizlik üzrə təlim keçən Katarina videolarında faydalı məsləhətlər verir.
Məsələn, yanmış yağ ləkələrində "batan" qaz plitəsinin üzərinə yağçözücü dərman töküb, üstündən bir neçə saatlıq qida plyonkası çəkdikdə, daha rahat təmizlənir.
Gördüyü evlər barədə bir dəfə də "bu nə donuzxanadır", "fuu, iyrənc" tipli sözlər işlətməyən qızın ən uzun təmizlik işi 18 saat çəkib. Bunu pulsuz etdiyini desə də, bloqerin videoları milyondan çox izlənilir və hərəsi, çox güman ki, ona 1-2 min dollar qazandırır.
Katarinanın ən böyük arzusu bütün dünyanı gəzib təmizləməkdir.
Bir neçə gün öncə Auri "The Newcomer of the Year Award" mükafatına layiq görülüb.
Onun paylaşımlarına baxmaq insana mənəvi zövq verir və təmizkar olmağa daha da həvəsləndirir.
Sizə onun "YouTube" və "İnstagram" səhifəsindən bir neçə videosunu təqdim edirik.






Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1870 Tarix: 07 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtaliyada güclü zəlzələ baş verdi
İtaliyanın şərqində, Siciliya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 10 km dərinliyində baş verib
23 oktyabrMarko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi
24 oktyabrPentaqon "Global Thunder" strateji nüvə qüvvələri təlimlərinə başlayır
ABŞ Strateji Komandanlığının (USSTRATCOM) verdiyi məlumata görə, ABŞ-da illik "Global Thunder 27" strateji nüvə qüvvələri təlimi başlayıb. xəbər verir ki, USSTRATCOM-un bəyanatında deyilir: "Global Thunder 27 təlimləri strateji qüvvələrin müxtəlif nümayəndələrindən şəxsi heyəti əhatə edir
23 oktyabrFilippində təlim uçuşu zamanı 4 pilot ölüb
Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb
24 oktyabrÇində baş verən zəlzələ nəticəsində 16 nəfər ölüb
Çinin Tibet Muxtar Vilayətinin Bakken qraflığının Naqqu şəhərində baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində ən azı 16 nəfər ölüb, 32 nəfər yaralanıb. xəbər verir ki, zəlzələ nəticəsində 16 nəfər ölüb, 32 nəfər isə yaralanıb. Agentliyin cümə gecəsi olan məlumatlarına görə, yaralılardan 11-nin vəziyyət
23 oktyabrKosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldı
Səhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasında
22 oktyabr