Amerikalı senator ştatda narkotikin benzindən daha sərfəli olduğunu dedi - VİDEO
Luizianadan olan respublikaçı senator Con Kennedi bildirib ki, onun ştatında benzin o qədər bahadır ki, kokain almaq daha sərfəlidir. O, Prezident Co Baydenin yanacağın bahalaşmasının öhdəsindən gələ bilmədiyini qeyd edib.
"Benzinin qiyməti o qədər yüksəkdir ki, kokain almaq və sadəcə qaçmaq daha ucuz başa gəlir", - deyə o bildirib.
Hazırda Luizianada benzinin orta pərakəndə satış qiyməti qallon üçün (3,785 litr) 4,495 dollardır (7,64 manat). Eyni zamanda, yanacağın ölkə üzrə orta qiyməti qallon üçün təxminən 4,955 dollardır (8,42 manat).
ABŞ Avtomobil Assosiasiyasının hesablamalarına görə, Prezident Co Baydenin andiçmə mərasimindən bəri ABŞ-da yanacaqdoldurma məntəqələrində benzin iki dəfə bahalaşıb. Təşkilatın məlumatına görə, adi markalı benzinin orta qiyməti tarixi maksimumunu yeniləyib. 2021-ci ilin yanvarında Bayden vəzifəyə gələndə bu rəqəm bir qallon üçün 2,38 dollar (4,04 manat idi) idi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 832 Tarix: 09 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alla Puqaçova məhkəmədə qalib gəldi
Rusiyada Moskvanın Presnensk rayon məhkəməsi Federal Korrupsiya ilə Mübarizə və Təhlükəsizlik Layihəsinin (FPBK) rəhbəri Vitali Borodinin müğənni Alla Puqaçovaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddiasını tam şəkildə rədd edib. -ın məlumatına görə, bu barədə müğənninin maraqların
7 iyunJak Şirakın həyat yoldaşı 93 yaşında vəfat etdi
Fransanın keçmiş prezidenti Jak Şirakın dul arvadı Bernadett Şirak 93 yaşında vəfat edib. xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Bernadett Şirak Fransa tarixində seçkili siyasi vəzifə tutan ilk və yeganə birinci xanım olub. O, 1971-ci ildə Korrez departamentində Sarran bələdiyyə şurasın
7 iyunABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib
Kubanın keçmiş lideri Raul Kastro Havanada Daxili İşlər Nazirliyinin keçirdiyi mərasimdə iştirak edib. "Report" xəbər verir ki, bu barədə Kuba dövlət televiziyası məlumat yayıb. Bu, 95 yaşlı siyasətçinin ABŞ administrasiyasının onu 1996-cı il hadisələrinə görə ötən ay ittiham etməsindən bər
7 iyunBraziliya Avropa İttifaqının ət idxalı qadağasına cavab hazırlayır
Braziliya hökuməti Avropa İttifaqının (Aİ) Braziliyadan ət məhsullarının idxalını məhdudlaşdırmaq qərarına cavab tədbirlərinin görülməsi imkanlarını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzetinə müsahibəsində Braziliya Kənd Təsərrüfatı Nazirliyinin ticarət və beynəlxal
7 iyunABŞ Prezidenti Ukrayna müharibəsindən danışıb: Razılaşmaya yaxınlaşırıq
Amerika administrasiyasının bütün əsas nümayəndələri Ukraynadakı münaqişənin həlli prosesində iştirak edəcəklər. "Report"un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Vaşinqtondan Viskonsinə gedərkən təyyarəsində jurnalistlərlə söhbətində bildirib. ABŞ Prezidenti həmçinin sülh razılaşmasını
7 iyun