Putindən postsovet ölkələrinə şok hədə - Rusiya imperiyasının ərazisi müvəqqəti kiçilib...

Putindən postsovet ölkələrinə şok hədə - Rusiya imperiyasının ərazisi müvəqqəti kiçilib..."Müasir Rusiya Federasiyasının ərazisi əbədiyyən kiçilməyib".

Sonxeber.az "Yeni Müsavat"a istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə sülh danışıqlarında nümayəndə heyətinin rəhbəri olmuş Vladimir Medinski I Pytorun 350 illiyinə həsr olunmuş "Gələcək üçün tarix" beynəlxalq forumunda çıxışı zamanı deyib. "Onlar (Rus çarları - red.) yaxın vaxtlara qədər planetin altıda birini təşkil edən bir ölkə qurdular. İndi bu bir qədər az ərazidir. Amma bu azalma əbədi deyil", - deyə Medinski vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin isə deyib ki, I Pyotr əraziləri qaytarır və möhkəmləndirirdi: "Bizim də qismətimizə bu düşüb".

Bütün bu açıqlamalar, əlbəttə ki, postsovet ölkələrinə növbəti, açıq hədə, təhdiddir, ərazi iddiasıdır. "Ukrayna işğalının mütləq davamı olacaq" ismarışıdır, "SSRİ-2" mesajıdır. Özü də Rusiya prezidentinin, onun köməkçisinin dilindən səslənən bir mesaj, hədə...

Rusiya lideri və nümayəndəsi növbəti dəfə ölkənin imperiya arzularını dilə gətirib. Bəs Rusiyanın hədələri gerçəkləşə, fərqli modeldə II SSRİ qurula bilərmi? Ukrayna müharibəsi Putinin SSRİ yaratmaq planlarını pozmaqdadırmı?

Arzuxan Əlizadə: "Putin ilk dəfə belə çıxış etmir, bundan əvvəl də..."

AMİP sədri Arzuxan Əlizadə "Yeni Müsavat"a bildirdi ki, Putin ilk dəfə belə iddia ilə çıxış etmir: "Bundan əvvəl də ermənilərə xitab edərək söyləmişdi ki, I Pyotr bizə ermənilərə qayğı ilə yanaşmağı tövsiyə etmişdi və bu xüsusi münasibəti sərgiləyirik. Ardınca SSRİ-nin dağılmasını faciə adlandırmışdı. Həmçinin Ukrayna müharibəsi ərəfəsində Rusiyanın təsir dairəsinin gücləndirilməsi haqda danışmışdı. Bütün bu söylədikləri Rusiya liderinin ərazi iddialarını ortaya qoyurdu. Bu gün Abxaziya, Cənubi Osetiya, Dnestryanı ərazi, Ukraynanın şərq hissəsi, Qarabağın dağlıq hissəsini öz təsir dairəsində saxlamaq istəyi rus imperiyasını yaşatmaq xülyasından irəli gəlir".

ALDP sədri Fuad Əliyev isə hesab edir ki, Rusiya bu mesajları təkcə postsovet məkanına deyil, dünyaya çatdırır. Partiya liderinin sözlərinə görə, Putin bu regionda Rusiyanın dominant olduğu, Qərb və NATO-ya onun orbitinə yaxınlaşmamaq haqda xəbərdarlıq edir.

F.Əliyevin fikrincə, bu açıqlamalar Rusiyanın Ukraynanın bir hissəsini öz ərazilərinə qatacağı iddiasından irəli gəlir: "Həm Putin, həm Medinski demək istəyirlər ki, Donbası götürəcəyik və Krıma quru yol açacağıq, ərazilərimizi genişləndirəcəyik. I Pyotrun tədbirində bu çıxışların olması təsadüfi deyil və imperiya istəklərini gizlətmirlər. Bu gün Rusiya regionda hakimi-mütləq olmaq üçün növbəti gücünü səfərbər etməkdədir. Ukrayna müharibəsi də bölgə uğrunda Qərb-Moskva qarşıdurmasıdır. Əgər ruslar məğlub olsalar, regionda Qərbin mövqeyi güclənəcək. Putin isə Ukraynada apardığı hərbi əməliyyatlarla indidən bunun qarşısını almağa çalışır. Ona görə biz 3-cü Dünya müharibəsinə bir başqa şəkildə tamaşa edirik. Buradan strateji olaraq kimin qalib çıxacağı sual doğurur".

Fuad Əliyev: "Bu açıqlamalar Ukraynanın bir hissəsini öz ərazilərinə qatacağı iddiasından irəli gəlir"

ReAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin sözlərinə görə, Putin özünü I Pyotrla müqayisə etdi: "Bu, tipik imperiya düşüncəsidir, belə yanaşma bütün postsovet məkanı üçün təhlükə olduğunu göstərir".

Onun fikrincə, hazırda Rusiyada böyük əksəriyyət, o cümlədən ziyalıların böyük hissəsi məhz Putin kimi düşünür: "Çünki elə "proqramlaşdırılıblar", böyük ölkə olmağın, "imperiya" modelinin iqtisadiyyat və əhalinin rifahı olmadığını qəbul etmək istəmirlər. Torpaqların artması heç də ölkənin rifahı, inkişafı demək deyil, müasir imperiya tipi, məsələn, Cənubi Koreyadır".

Ekspertin fikrincə, Rusiya, əslində bədbəxt ölkədir, bu qədər resurslara, əraziyə rəğmən böyük ölkə ola bilmir, imperiyanı ərazi ilə ölçür, normal sistemi olsaydı, Rusiya indi ABŞ-dan da 5 dəfə yaxşı yaşamalı, varlı və nüfuzlu ölkə olmalı idi: "Cənubi Koreyanın ərazisi Rusiyadan 170 dəfə, əhalisi 3 dəfə azdır, amma əsl müasir "imperiyadır", torpaqları yox, bazarları tutur, ərazini deyil, əhalinin qarajlarını, ciblərini, evlərini "işğal" edir. Nə qədər ki, orta statistik Rusiya vətəndaşı elə Putin kimi olacaq, nə qədər ki, İmperiya olmağın formulunu ərazi genişliyi ilə ölçəcək, bizə, qonşulara, postsovet ölkələrinə təhlükə həmişə qalacaq. Ona görə də Azərbaycan öz "de-jure" və "de-fakto" ittifaqlarını genişlədib möhkəmləndirməli, qardaş Türkiyə ilə inteqrasiya müqavilələri dərinləşdirilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1188   Tarix: 11 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Serbiya Maliyyə Nazirliyi: Rusiyanın NIS-dəki payı Macarıstanın MOL şirkətinə satılacaq

ABŞ sanksiyaları altında olan Rusiya-Serbiya şirkəti "Serbiya Neft Sənayesi"nin (NIS) səhmlərinin nəzarət zərfinin Macarıstanın neft-qaz şirkəti MOL-a satılması haqqında müqavilə imzalanıb. "Report" xəbər verir ki, bu barədə Serbiyanın Baş nazirinin birinci müavini və maliyyə nazir

21 oktyabr
.

Qadınların ən uzun yaşadığı ölkələr açıqlandı (SİYAHI)

Dünyada qadınların ən yüksək ömür uzunluğuna malik olduğu ölkələr açıqlanıb. Siyahının zirvəsindəki ölkə isə çoxlarının ilk ağlına gələn yerlərdən biri olmaya bilər. Qaynarinfo xəbər verir ki, Avropanın kiçik ölkələrindən Asiyanın inkişaf etmiş iqtisadiyyatlarına qədər uzanan bu sıralama qadınların ort

21 oktyabr
.

Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı

"Spotify" platforması aşağı keyfiyyətli məzmun və spam hesab etdiyi çox süni intellektlə yaradılmış 50 milyondan çox musiqini tövsiyə sistemindən çıxarıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu addımları həqiqi sənətçilərin əsərlərini ön plana çıxarmaq v

22 oktyabr
.

The Guardian: "Husilərin hücumları fonunda ABŞ diplomatlarına Səudiyyə Ərəbistanını tərk etmək göstərişi verilib"

Səudiyyə Ərəbistanında husilərin demək olar ki, hər gün həyata keçirdiyi hücumlar fonunda ABŞ Dövlət Departamenti bəzi diplomatlara və ABŞ hökuməti əməkdaşlarının ailə üzvlərinə ölkəni tərk etmək göstərişi verib. Qərar mülki hava limanlarına və digər mühüm infrastruktura edilən hücumlarla əlaqələndirilib

22 oktyabr
.

Kosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldı

Səhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasında

22 oktyabr
.

Türkiyədə mədəndə partlayış - ölən və yaralılar var

Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib. Bu barədə "Haber 7" məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib. Hadis

23 oktyabr
.

Kalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı

Rusiyanın Kalininqrad vilayətində "Su-30SM" tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb. Bizim.Media xəbər verir ki, qəza Kalininqrad vilayətinin Çernyaxovsk rayonunda baş verib. Hər iki pilot katapult etməyə imkan tapıb. Müxtəlif xəsarətlər alan pilotlar hərbi hospitala yerləşdirilib. Sosia

21 oktyabr
.

Türkiyə Səudiyyə Ərəbistanına hərbçilər göndərəcək

Türkiyə hakimiyyəti Səudiyyə Ərəbistanında hərbi kontingentin yerləşdirilməsinə icazə verən sənədi parlamentə təqdim etməyi planlaşdırır. xəbər verir ki, "Reuters" bu barədə hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan deputata istinadən məlumat yayıb. Deputatın sözlərinə görə, sənə

21 oktyabr
.

İran Fars körfəzində dörd gəmiyə hücum etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması Fars körfəzinin şimalında dörd gəmini vurduğunu bildirib. xəbər verir ki, məlumatda deyilir ki, "Fars körfəzinin şimalında dörd gəmi vurulub və yanğın baş verib". "İİKK Hərbi Dəniz Qüvvələri xəbərdarlıq edib ki, əgər Vaşinqto

22 oktyabr