"Qiymət artımı hər yerdə müşahidə olunur" - Emin Qəribli

"Qiymət artımı hər yerdə müşahidə olunur" - Emin QəribliDeputat Tahir Rzayev bildirib ki, hazırda ölkədə satılan kənd təsərrüfatı məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Mövsümi meyvələrin qiyməti isə ötən illə müqayisədə ikiqat bahadır. Məhsulun bol olduğu deyilsə də, qiymətlər od tutub yanır.

Mövzuyla bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı Emin Qəribli bildirib ki, bunun səbəbi qlobal inflyasiyadır:

"Bildiyimiz kimi, dünyada qlobal inflyasiya gedir. Buna təsir edən amillərdən biri təbii ki, pandemiyadır. Pandemiya dövründə müəyyən məhdudiyyətlər oldu və bu məhdudiyyətlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı azaldı.İkinci səbəb dünyaya kifayət qədər əlavə pullar imisiya olundu. Bu isə pul kütləsinin artımına gətirib çıxardı. Üçüncü səbəb isə enerji daşıyıcılarının qiymətinin artımıdır. Nəticədə təbii ki, kənd təsərrüfatı məhsullarının qiymətinin artması gözlənilirdi və Azərbaycan da istisna olmadı. Bunun müsbət tərəfi budur ki, yerli kənd təsərrüfatı artdı. Bu, yerli kənd təsərrüfatı istehsalçıları üçün stimul olacaq, daha çox məfəət əldə etmək imkanına sahib olacaqlar. Dövlət də qiymət artımının qarşısına almaq üçün müvafiq tədbirlər görür, maaşlar və sosial rifah artırılır. İnflyasiya hər yerdə müşahidə olunur, ona görə onu qlobal adlandırmaq olar. Azərbaycan da qlobal iqtisadiyyatın tərkib hissəsi olduğuna görə təbii ki, bizdə də qiymətlər artır.

Qiymət artımının strukturuna baxsaq, orda sünilik elementləri də var, amma tam süni demək düzgün deyil. Süni olsaydı, həmin proses digər ölkələrdə olmazdı. Bütün dünyada bu proses gedir. Sadəcə bazar iqtisadiyyatının elə elementləri var ki, ondan sui-istifadə edirlər. Amma dövlət qurumları monitorinq aparırlar və buna qarşı tədbirlər görülməlidi. Bu vəziyyətdən istifadə edən fiziki və hüquqi şəxslər cəzalandırılmalıdı. Müəyyən subyektlərin qiyməti artırdığını demək düzgün deyil. Bu günki dünya iqtisadiyyatını təhlil etmək kifayətdir. Qiymət artımı bir ölkədə az, digərində nisbətən çox ola bilər. Amerika və Avropa ölkələrində də qiymət günü-gündən artır və obyektiv səbəbləri var".
Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2554   Tarix: 17 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu günə olan qızıl və gümüş qiymətləri

Azərbaycanda 3 noyabr 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, qızılın və gümüşün qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 634.3605 manat, 1 qramı 213.30 manat təşkil edib. 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 213.30 manat, 750 əyyar İtalya

3 noyabr
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

15 noyabr
.

Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib

Türk İnvestisiya Fondu (TİF) kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta müəssisələrin maliyyə vəsaitlərinə çıxışını genişləndirmək, qadın sahibkarları dəstəkləmək, dayanıqlı kənd təsərrüfatını və yaşıl investisiyaları təşviq etmək məqsədilə Niderland İnkişaf Bankının (FMO) təşkil etdiy

12 noyabr
.

Bakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib

Son 1 ildə "Bakı Metropliteni" QSC-də NFC ilə 73 milyon 889 min 384 ödəniş həyata keçirilib. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu, ümumi ödənişli sərnişinlərin 63,8 %-ni təşkil edir. NFC-dən ən çox istifadə 8 milyon 57 min 376 ödənişlə 2026-cı ilin aprel ayınd

4 noyabr
.

Azərbaycan Mərkəzi Asiya ilə ödəniş sistemlərini birləşdirir - Sahibkarları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi və maliyyə əlaqələrinin genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Beş ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın milli ödəniş sistemlərinin inteqrasiyası nəzərdə tutulur. Bu təşəbbüsün reallaşması ilə sərhədləraras

3 noyabr
.

Azərbaycanda pul bazası 25 mlrd. manatı ötüb

Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb

3 noyabr
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

15 noyabr
.

Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər

Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1 % sadələşdirilmiş vergi tutulması təklif olunur. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Qüvvədə olan qanun

5 noyabr
.

Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanlar

16 noyabr