Özəl baytarlıq xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilir
Əlavə dəyər vergisi ödəməkdən (ƏDV) azad edilənlərin əhatə dairəsi genişləndirilir.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.
Layihəyə əsasən, özəl baytarlıq xidmətlərinin göstərilməsi əlavə dəyər vergisindən azad ediləcək.
Eyni zamanda, layihəyə əsasən, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi 20 manat məbləğində müəyyən ediləcək.
Qeyd edilib ki, qanun layihəsi özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin vergitutma məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanıb.
Belə ki, qanun layihəsinə əsasən, özəl baytarlıq xidmətlərinin ƏDV-dən azad edilməsi, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə cəlb edilməsi təklif olunur.
Bununla da fərdi baytarlıq xidmətinin vergiyə cəlbi sahəsində inzibatçılıq azaldılacaq və bu şəxslərə yalnız "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" tətbiq ediləcək./Oxu
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nuranə Babayeva vəzifəsindən ayrıldı
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuranə Babayeva vəzifəsindən ayrılıb. Qaynarinfo xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. N.Babayeva bildirib ki, çalışdığı müddətdə Kəlbəcərdə həyata keçirilən bir sıra layihələrin, əlamətda
2 iyunAzərbaycan ABŞ-yə ixracını 15 %-dən çox artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 338 milyon 608 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 % azdır. Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracını
7 iyunNaxçıvan iqtisadiyyatına kredit qoyuluşu 14 %-dən çox artıb
Bu il aprelin 1-nə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına kredit qoyuluşu 493 milyon 673 min manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,3 % çoxdur. Kredit qoyuluşunun 326 milyo
9 mayAzərbaycanda şəkər istehsalı 44 %-ə qədər artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,6 min ton şəkər istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 43,7 % çoxdur. Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatları istehsalı ötən ilin eyni dövrü ilə müqayisəd
20 iyunAzərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib
Bu gün Azərbaycandan Ermənistana göndərilən 2 475 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola salınıb. "Report"a istinadən xəbər verir ki, 42 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb. Yük Gürcüstan ərazisindən tranzi
4 iyunAzərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci təqribən 10 % artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 764,275 milyon ABŞ dolları dəyərində mal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur. Dörd ayda Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının
10 mayAzərbaycanda nağdsız ödənişlər il ərzində 46 % artıb
Bu ilin mart ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 46 % artaraq 9 milyard 560 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8,291 milyard manatı (86,7 %-i) elektron ticarətin payına düşüb. Ödənişləri
3 may