"Dünyada 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir" - ÜST həyəcan təbili çalır...
"İntiharların sayı hər 100 ölümdən birinə düşür, 58 faiz intiharlar 50 yaşınadək baş verir"
"Psixi pozuntular əlilliyin əsas səbəbi olaraq qalır"
İyunun 17-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əsrin əvvəlindən dünyada psixi sağlamlıq barəsində ən dolğun hesabat dərc edib. Sənəddə deyilir ki, dünyada 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir.
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşri məlumat yayıb.
"2019-cu ildə dünyada 1 milyard insan, o cümlədən 14 faiz yeniyetmə psixi pozuntulardan əziyyət çəkib.
İntiharların sayı hər 100 ölümdən birinə düşür, 58 faiz intiharlar 50 yaşınadək baş verib. Psixi pozuntular əlilliyin əsas səbəbi olaraq qalır", - ÜST- nin hesabatında deyilir.
Təşkilatın məlumatlarına görə, ağır psixi pozuntuları olan insanlar əsasən qarşısıalınmaz travmalar və patologiyalar səbəbindən həyatını itirən ümumi əhaliyə nisbətən 10-20 il erkən vəfat edir.
"Sosial və iqtisadi bərabərsizlik, ictimai səhiyyədə fövqəladə vəziyyətlər, müharibələr və iqlim böhranı psixi sağlamlıq üçün qlobal təhlükəyə daxildir.
Pandemiyanın təkcə ilk ilində depressiya və həyəcan 25 faizdən çox artıb", - ÜST iddia edir.
Təşkilat qeyd edir ki, pandemiyadan öncə də dünyada psixoz xəstəliyi olanların 71 faizi psixiatrik müalicə almayıb.
Ümumdünya Səhiyyə Təşkilatı psixi sağlamlığa dəyərini artırmaq, psixi sağlamlığa təsir edən ətraf mühiti dəyişmək, insanların psixi sağlamlığına qayğı göstərən sistemləri möhkəmləndirmək üçün birgə işləməyə" çağırış edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"