Rusiya Ukrayna taxılının ixracı şərtlərini AÇIQLADI
Rusiyanın müstəqil Ukrayna ərazisinə tammiqyaslı hərbi müdaxiləsindən dörd ay sonra bu ölkə onun taxıl və dənli bitkilərin ixracına qoyulan sanksiyaların ləğvini tələb etdiyini bəyan edib. Rusiya sanksiyaların ləğvi müqabilində Ukrayna limanlarından taxıl ixracı üçün dəhlizlər açacağını vəd edir.
Bunu CNN Türk-ə müsahibəsində BMT-nin Türkiyədəki rezident əlaqələndiricisi Alvaro Rodriqes deyib.
"Bu, iki aspektdən vacibdir. Birincisi, Ukraynanın ixrac etdiyi taxıl ölkəni tərk edə bilər. Bu, vacibdir, çünki dünyanın bir çox ölkələri Ukrayna idxalından asılıdır...
Bu plan və ərzaq dəhlizi hətta müharibə dövründə də Ukrayna iqtisadiyyatı üçün vacibdir, lakin daha çox ərzaq təhlükəsizliyi və dünya ərzaq qiymətləri üçün vacibdir", - Rodriges bildirib.
Eyni zamanda o qeyd edib ki, ilk növbədə BMT Rusiyadan atəşkəs gözləyir.
"Əvvəlcə atəşkəs istəyirik. Konkret olaraq ərzaq departamentindən danışsaq, danışıqlar yüksək səviyyədə davam edir. Amma oradan taxıl daşıyan gəmiləri çıxarmaq düşündüyünüz qədər asan deyil. Rusiya donanması Qara dənizdədi, həmçinin onu da bilirik ki, Ukraynanın öz təhlükəsizliyi üçün sahillərində minalar var. Ona görə də çoxlu danışıqlara ehtiyac var ki, biz bu addımı necə atacağımızla bağlı razılığa gələ bilək", - Rodriges deyib.
O, həmçinin qeyd edib ki, Rusiya sanksiyaların ləğvində israrlıdır.
"Rusiya Ukraynaya kömək olunarsa, özünün taxıl və dənli bitkilərin ixracına qarşı sanksiyaların aradan qaldırılmasını istəyir.
Beləliklə, danışıqlar yüksək səviyyədə gedir və ümid edirik ki, biz bu problemi həll edə bilərik. Türkiyənin vasitəçilik səyləri BMT-nin baş katibi Antonio Quterreş tərəfindən yüksək qiymətləndirilir".
Eyni zamanda o vurğulayıb ki, Rusiyanı atəşi dayandırmağa məcbur etmək çox çətindir.
"Rusiya kimi bir ölkə BMT Təhlükəsizlik Şurasının üzvü olanda və başqa bir ölkəni işğal etdikdə, Təhlükəsizlik Şurasının xarakterinə görə o Təhlükəsizlik Şurasının sülhə doğru addım atması və ya atəşkəsi təmin etməsi problemə çevrilir"./Azvision
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1067 Tarix: 19 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan növbədənkənar seçkiləri istisna etmir
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etməyib. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında danışıb. Onun sözlərinə görə, yaxı
22 oktyabrNATO Ukraynaya daha sürətli və daha ucuz silahlar almağa imkan verəcək
NATO Ukraynaya mərkəzləşdirilmiş tədarük agentliyi vasitəsilə silah, sursat və hərbi texnika almağa icazə verəcək. xəbər verir ki, bu, Kiyevə müdafiə avadanlıqlarını daha sürətli və daha əlverişli şərtlərlə əldə etməyə imkan verəcək. Ukrayna NATO Təchizat və Satınalma Agentliyi (NSPA) ilə əməkdaşlığ
22 oktyabrPeskov: Bizə atəşkəs yox, sülh lazımdır
Rusiya Ukrayna münaqişəsi üzrə müvəqqəti atəşkəs deyil, sülhün son şəkildə əldə edilməsinin tərəfdarıdır. "Report" xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov "İnterfaks" agentliyinə açıqlama verib. "Heç nə dəyişməyib. Bizə atəşkəs deyil, sülh lazımdır"
21 oktyabrRusiya Kiyevə 21 ballistik raket atdı
Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, Rusiya qüvvələri Kiyevə üç dalğa ilə azı 21 ballistik raket atıb. Hücumlar nəticəsində paytaxtda yaşayış evləri və enerji infrastruktur
23 oktyabrHəmin ada 5 milyona satılır - Fotolar
Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"
21 oktyabrRusiya hərbi təyyarələri ard-arda qəzaya uğrayıb
Rusiyanın Kalininqrad vilayətində hərbi təlim uçuşu yerinə yetirən "Su-30" tipli çoxməqsədli qırıcı təyyarə qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, insident döyüş dəsti olmayan planlı uçuş zamanı baş verib. Hər iki pilot təyyarə düşməzdən əvvəl katapult edərək xila
22 oktyabrMonteneqro noyabrdan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir
Monteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir. xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik TASS-a müsahibəsində bildirib. "Monteneqro tərəfi noyabrın 1-dən Rusiya Federasiyası ilə Monteneqro hökuməti arasında ölkə vətəndaşlarının qarşılıql
21 oktyabr