Qərb Gürcüstanı Ukraynadakı müharibəyə sürükləyir?

Qərb Gürcüstanı Ukraynadakı müharibəyə sürükləyir?Avropa Parlamentinin bir neçə deputatının gürcü xalqına məktubu gərginliyi artırıb. Məktubda deyilir ki, Gürcüstan illər uzunu Avropa İttifaqına inteqrasiyada avanqard olsa da, indi vəziyyət dəyişib. Hakimiyyət isə ittihamları qəbul etmir.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:

Avropa İttifaqı Gürcüstanı Ukrayna müharibəsində tutduğu mövqeyə görə ciddi şəkildə cəzalandırmaq qərarına gəlib. Dörd aydır ki, davam edən müharibədə rəsmi Tbilisinin tutduğu mövqe bəllidir - neytrallıq və Rusiya ilə münasibətləri korlamamaq. Halbuki, əksəriyyət hesab edirdi ki, Gürcüstan birmənalı şəkildə Kiyevi müdafiə edəcək. Lakin belə olmadı. Hətta rəsmi Tbilisi Ukraynaya döyüşməyə getmək niyyətində olanların qarşısını aldı, anti-Rusiya aksiyalarına qarşı çıxdı. Münasibətlər o həddə çatdı ki, Ukrayna bu ölkədəki səfirini belə geri çağırdı və hələ də ikitərəfli münasibətlər bərpa olunmayıb.

Moldova və Ukraynaya "hə", Gürcüstana isə...

Bəziləri bu fikirdə idi ki, rəsmi Tbilisi eks-prezident Mixail Saakaşviliyə dəstək verdiyi üçün Kiyevdən incik düşüb. Lakin bu versiya o qədər də inandırıcı görünmür. Səbəblər isə daha dərindir. 2008-ci il müharibəsi zamanı Rusiya qarşısında tək qalan Gürcüstan, görünür, həmin hadisələrdən ciddi nəticə çıxarıb. Gürcüstan ümid edirdi ki, Qərb onun qeyri-müəyyən siyasətinə göz yumacaq. Lakin proseslərin gedişi göstərir ki, belə deyil. Bəlli olduğu kimi, Avropa İttifaqı illər uzunudur ki, Gürcüstan, Ukrayna və Moldovanı öz tərkibinə daxil edəcəyini vəd edir, onlarla birlikdə proqramlar həyata keçirir. İndi isə Aİ gözlənilmədən Moldova və Ukraynaya qapılarını açır, Gürcüstana isə gözləməyi tövsiyə edir. Qurumun komitələri hər iki ölkəyə Aİ-yə üzvlük üçün namizəd statusu verib, Gürcüstan isə heç yada belə düşməyib. Və diqqət Aİ-nin iyunun sonlarında keçiriləcək sammitinə yönəlib.

Gürcü müxalifəti də səbirsizliklə gözləyir

Rəsmi Tbilisinin reaksiyası isə gözlənildiyi kimi sərt olub. Hakim "Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze Aİ-nin Gürcüstana deyil, Ukrayna və Moldovaya namizəd statusu verməsini ədalətsizlik adlandırıb. Kobaxidze qeyd edib ki, o, qərarı Aİ üzvlüyünə namizəd statusunun verilməsindən imtinaya işarə kimi qəbul edir. "Bu qərar, bir növ eyham kimi qəbul edilməlidir. Bu, tamamilə məntiqsiz bir addım olacaq. Gürcüstanda sülh, qanunun aliliyi və iqtisadiyyatın tərəqqisində maraqlı olan bütün insanların ədalətsiz qərara reaksiyası mənfi olacaq", - Kobaxidze bildirib. Onun sözlərinə görə, Aİ-nin 23-24 iyun tarixlərində keçirilən sammitində qəbul ediləcək qərardan sonra ictimaiyyətə kuluarlarda gedən müzakirələr barədə ətraflı məlumat veriləcək. Kobaxidze deyib ki, gürcü müxalifəti də status verilməməsini səbirsizliklə gözləyir. Müxalifət etiraz aksiyaları və ardınca da "çevriliş" təşkil etməyə hazırlaşır. Hədəf də Gürcüstanı müharibəyə çəkməkdir".

Rəsmi Tbilisini özündən çıxaran həm də odur ki...

"Transparency International Georgia" qeyri-hökumət təşkilatı isə Bidzina İvanişvilini yalan danışmaqda ittiham edib – "onun Rusiyada biznes maraqlarının olmaması ilə bağlı dedikləri həqiqətə uyğun deyil". Keçmiş ədliyyə naziri, hazırda mədəniyyətə cavabdeh olan baş nazirin müavini Tea Tsuluqiani deyib ki, Avropa Parlamenti Gürcüstanın xalq tərəfindən seçilmiş hökumətinə hücumda həddindən artıq irəli gedib. "Bu, ölkəmizin daxili işlərinə birbaşa və aqressiv müdaxilədir", - deyə Tsuluqiani bildirib. Yeri gəlmişkən, Gürcüstanı özündən çıxaran həm də Avropa Parlamentinin "Gürcüstanda media azadlığının və jurnalistlərin təhlükəsizliyinin pozulmasına dair" qətnaməsidir. Mətndə müxalifətdə olan "Mtavari" telekanalının baş direktoru Nika Qvaramiyanın azadlığa buraxılması, sabiq prezident Mixail Saakaşvilinin xaricə müalicəyə göndərilməsi və "Gürcü arzusu"nun yaradıcısı Bidzina İvanişviliyə qarşı şəxsi sanksiyaların tətbiqi tələb olunur.

Avroparlamentarilərin gürcü xalqına məktubu

Belə bir mürəkkəb vəziyyətdə isə Avropa Parlamentinin bir neçə deputatının gürcü xalqına məktubu gərginliyi daha da artırıb. Məktubda deyilir ki, Gürcüstan illər uzunu Avropa İttifaqına inteqrasiyada avanqard olsa da, indi vəziyyət dəyişib və kədərli hal alıb. "Çoxsaylı xəbərdarlıqlara baxmayaraq, hazırkı hökumət Gürcüstanı Aİ-yə inteqrasiyada ön sıralarda saxlamaq üçün kifayət qədər iş görməyib. Bu, Gürcüstanın dostları olan Qərb ölkələrinin Avropa İttifaqında, o cümlədən ABŞ-da işini xeyli çətinləşdirir", - deyə məktubda qeyd olunur. Məktubda ən böyük problemlərdən biri Gürcüstanda oliqarxlaşma və onu müşayiət edən sosial və siyasi qütbləşmənin davam etməsidir. Avroparlamentarilər Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həbsini da tənqid edir və bunu bir neçə il əvvəl Yuliya Timoşenkonun Ukraynada həbsi ilə müqayisə edirlər: "Keçmiş baş nazir Yuliya Timoşenkonun həbsinin Ukraynanın Avropa İttifaqı ilə münasibətlərinə necə təsir etdiyini hamı xatırlayır. Gürcüstan bundan nəticə çıxarmalıdır".

Məktubda həmçinin Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aylarla davam edən danışıqlardan sonra 2021-ci ilin aprelində müxalifətlə imzalanan siyasi razılaşmanın Gürcüstan hakimiyyətinin ləğv etdiyinə də toxunulur.

Hakim partiya iradlarla razılaşmır

"Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze deputatların məktubunu şərh edərkən deyib ki, bu, nə bizim, nə də Gürcüstan cəmiyyəti üçün heç bir əhəmiyyət kəsb etmir. Onun sözlərinə görə, məktubun müəllifləri Saakaşvilinin dostlarıdır və bu da hər şeyi izah edir. "Onlar iki kriminal siyasi birliyin – "Milli Hərəkat" və "Avropa Gürcüstanı"nın daxil olduğu Avropa Xalq Partiyasının üzvləridir. Ona görə də "Avropa Gürcüstanı"nın dedikləri, əslində, Gürcüstanın iki siyasi qüvvəsinin bəyanatıdır. "Milli Hərəkat"ın dostları və "Avropa Gürcüstanı" gürcü xalqının dostu ola bilməz", - deyə Kobaxidze hesab edir. Əlavə edib ki, Aİ-yə inteqrasiya prosesində Gürcüstan bütün parametrlər üzrə Moldova və Ukraynanı üstələyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1362   Tarix: 19 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Vuçiç: Serbiyada insanabənzər robotların istehsalı zavodunun açılışı avqustun 29-da keçiriləcək

Serbiya Prezidenti Aleksandar Vuçiç avqustun 29-da Şabats şəhərində insanabənzər robotların istehsalı zavodunun açılışının olacağını bildirib. "Report"un Balkan bürosunun məlumatına görə, A. Vuçiç bu barədə "Informer"ə açıqlamasında danışıb. "Səhv etmirəmsə, avqustun 29-da Şabatsd

19 iyul
.

Son 14 ilin ən güclü şaxtası qeydə alındı: -84,1 dərəcə

Antarktidadakı "Concordia" elmi-tədqiqat stansiyasında -84,1 dərəcə Selsi temperatur qeydə alınıb. Bu, 2012-ci ildən bəri Yer kürəsində ölçülmüş ən aşağı temperatur göstəricisidir və stansiyada indiyədək qeydə alınmış tarixi minimumdan cəmi 0,5 dərəcə yüksəkdir. Qaynarinfo xəbər verir ki, b

20 iyul
.

60 km-lik "ölüm yolu": Niyə hələ də turistləri cəlb edir?

Boliviyanın Yunqas yolu, daha çox "Ölüm yolu" kimi tanınan marşrut, onilliklərdir dünyanın ən təhlükəli avtomobil yollarından biri hesab olunur. Təxminən 37 mil (təxminən 60 kilometr) uzunluğunda olan bu yol dar dağ yamacları boyunca uzanır və sürücünün ən kiçik səhvi belə dərin uçuruma düşməkl

20 iyul
.

Macarıstan prezidenti vəzifədən uzaqlaşdırıldı: Yerinə kim gəldi?

Macarıstan Prezidenti Tamaş Şuyok vəzifəsindən uzaqlaşdırılıb. Onun səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Aqneş Forsthoffer icra edəcək. xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Madyar milli televiziya kanallarında videomüraciət yayıb. O bildirib ki, Tamaş Şuyok parlamentin qəbul etdiy

19 iyul
.

Dünya Bankı Ermənistan iqtisadiyyatı üçün risklər barədə xəbərdarlıq edib

Dünya Bankı (DB) xəbərdarlıq edib ki, Rusiyanın Ermənistanın kənd təsərrüfatı və ərzaq məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri davam etdirməsi və genişləndirməsi təkcə xarici ticarətə deyil, həm də Ermənistan iqtisadiyyatının artımına, inflyasiyaya və sosial vəziyyətə mənfi təsir göstər

18 iyul
.

Serbiya ABŞ ilə enerji infrastrukturu sahəsində anlaşma memorandumu imzalayıb

Serbiya ilə ABŞ arasında enerji infrastrukturu və regional enerji təhlükəsizliyi sahəsində anlaşma memorandumu imzalanıb. Bu barədə "Report"un Balkan bürosuna Serbiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, XİN rəhbəri Marko Curiç Belqradla Vaşinqton arasında ilk Stratej

19 iyul
.

Təkbaşına qəhvə içməyi sevən insanlara xas 9 xüsusiyyət

Məhsuldarlığın demək olar ki, həyat tərzinə çevrildiyi müasir dünyada bir fincan qəhvə ilə qısa fasilə vermək bəzən vaxt itkisi kimi görünə bilər. Lakin "Your Tango" nəşrinin yazdığına görə, psixoloqlar hesab edirlər ki, heç nə etmədən bir neçə dəqiqə dincəlmək psixi sağlamlığın qorunmasını

20 iyul
.

Ərə getdi və... bal ayından sağ qayıtmadı

30 yaşlı fitnes ulduzu Laura Viktoriya Hartiq İtaliyada bal ayında velosiped sürərkən ölümcül xəsarətlər alıb. -ın xarici mediaya istinadən xəbərinə görə, toyundan bir neçə gün sonra Hartiq dağlarda velosiped sürüb. Enərkən motosikletlə toqquşub. Zərbə o qədər güclü olub ki, motosiklet iki yerə bölünüb

19 iyul
.

Dünyanın ortasındakı nəhəng qoruyucu maneə: Ekvatorda fırtına niyə olmur?

Dünya xəritəsinə baxdıqda okean sahillərini dağıdan nəhəng qasırğaların, tayfunların və siklonların ekvator xəttinin yaxınlığından belə keçmədiyi görünür. Meteorologiyada ən güclü atmosfer hadisələri hesab olunan bu fırtınalar sanki planetin tam ortasında görünməz bir maneə ilə qarşılaşır. Qaynarinf

20 iyul