Rusiyalı siyasətçi Bakıda qəfildən öldü - Araşdırma başladıldı
Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsinin müttəfiqi, keçmiş dövlət katibi Gennadi Burbulisin Bakıda hansı hoteldə vəfat etməsi məlum olub.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində yerləşən "Four Seasons" hotelində baş verib. Belə ki, saat 17:00 radələrində hoteldə qonaq olan 1945-ci il təvəllüdlü Burbulis Gennadi Eduardoviçin halı qəfil pisləşib, dərhal təcili tibbi yardıma müraciət edilsə də, o, vəfat edib.
G.Burbulisin ölüm faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalara başlanılıb.
Qeyd edək ki, Burbulisin sözçüsü Andrey Markov "İnterfaks"a bildirib ki, RSFSR-in keçmiş dövlət katibi xəstə olmayıb: "Özünü yaxşı hiss edirdi və IX Qlobal Bakı Forumunda yenicə iştirak edib".
G.Burbulis Boris Yeltsinin Prezidentliyinin əvvəlində ən yaxın silahdaşlarından biri olub. 1991-1992-ci illərdə dövlət katibi və Rusiya Baş nazirinin birinci müavini vəzifələrində çalışıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"