İmran Xandan sensasion açıqlamalar: Bu ölkə istefam üçün 1 milyon ödəyib
ABŞ Pakistan parlamentindəki müxalifət deputatlarına rüşvət verib.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, bunu Pakistanın keçmiş Baş naziri İmran Xan deyib.
Onun sözlərinə görə, Vaşinqton siyasətçilərə etimadsızlıq səsverməsindən keçmək və bununla da onu hakimiyyətdən uzaqlaşdırmaq üçün 1 milyon dollar ödəyib.
Xanın nöqteyi-nəzərindən ABŞ bu addımı onun Rusiya Prezidenti Vladimir Putinlə fevralın 24-də Ukraynada müharibənin başladığı gün baş tutan görüşünə görə atıb. Siyasətçi qeyd edib ki, o, Moskvanın planları barədə heç nə bilmirdi və səfərin özü də dövlətin milli maraqları baxımından zəruri idi.
"Putinin öz qoşunlarını göndərəcəyindən xəbərim yox idi, bunu orada olanda bildik. Biz Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışdıq, illərdir orada bir dənə də olsun Pakistan dövlət başçısı olmayıb. Gedib, səfəri yarımçıq qoyub evə qayıtmalı idik? Bunun üçün müəyyən xal qazana bilərdim. Amma bizim Rusiya ilə onsuz da donmuş münasibətlərimiz bitəcəkdi. Sonda biz öz ölkəmizi və həssas vətəndaşlarımız üçün nəyə ehtiyacımız olduğunu düşündük", - Xan bildirib.
Eks-baş nazir vurğulayıb ki, hakimiyyətdən uzaqlaşdırılmasına baxmayaraq, Pakistan xalqı arasında ona kifayət qədər dəstək var, buna görə də o, yenidən hökumət başçısı postunu tutacağını gözləyir.
"Bu baş tutacaq, şübhəm yoxdur. Heç bir başqa partiya bu qədər ictimai dəstək görməyib. Bunu dayandıra bilməyəcəklər", - deyə Xan fikrini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1582 Tarix: 20 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər
Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb. "Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o
20 oktyabrYəməndə raket hücumu nəticəsində onlarla hərbiçi həlak olub
Yəmənin Şəbva vilayətində hökumət qüvvələrinin təlim düşərgəsinə raket hücumu nəticəsində azı 58 nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı bildirilir. Daha 14 nəfərin itkin düşdüyü qeyd olunur. Hücum ölkədə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları artırıb. Associated Press-ə istinadən xəbə
21 oktyabrAstronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy
19 oktyabrMonteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir
Monteneqro Rusiya vətəndaşları üçün noyabrın 1-dən viza rejiminin tətbiqi barədə Rusiyanı rəsmi şəkildə məlumatlandırıb. APA xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik bildirib. Diplomatın sözlərinə görə, Monteneqro tərəfi 2008-ci il sentyabrın 24-də iki ölkə arasınd
21 oktyabrQətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb
Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa və gəmilərin təhlükəsiz hərəkətini təmin etməyə çağırıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin (XİN) Media və kommunikasiyalar departamentinin direktoru İbrahim bin Sultan İbrahi
20 oktyabrMilanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib
İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri
20 oktyabr