"Almaniya Rusiyaya rəğbət bəsləməməli, Avropa bir olmalı"-"Putin, bizimlə zarafat etmə"

"Almaniya Rusiyaya rəğbət bəsləməməli, Avropa bir olmalı"-"Putin, bizimlə zarafat etmə""Rusiya təcavüzünü etibarlı şəkildə dayandırmaq üçün bizə həm vasitələr, həm də siyasi iradə lazımdır"

Bundesverdə sərt bəyanat verilib

Almaniya Hərbi-Hava Qüvvələrinin general-leytenantı İnqo Qerharts Kreml liderinə NATO-ya hücumları ilə bağlı xəbərdarlıq edib: "Putin, bizimlə zarafat etmə!".

Qerharts belə bəyanatla Kil şəhərində keçirilən Beynəlxalq simpoziumda çıxış edib.

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

"Qərb xeyli silahlanacaq. 2030-cu ildə avropalıların Baltik dənizində yerləşən 600 müasir qırıcıları olacaq. Sayına görə növbəti olaraq Amerika təyyarələri gəlir", - Herharts qeyd edib.

General vurğulayıb ki, NATO ölkələri Kremlin nüvə silahından istifadə etməyə qərar verəcəyi təqdirdə cavab zərbəsinə hazır olmalıdır.

"Rusiya təcavüzünü etibarlı şəkildə dayandırmaq, lazım gəldikdə nüvə çəkindirməsi üçün bizə həm vasitələr, həm də siyasi iradə lazımdır", - Qerharts bəyan edib.

Onun mövqeyini Almaniya parlamentinin üzvü İohann David Vadeful dəstəkləyərək, Avropa ölkələrini birliyə çağırıb.

"Bundesver Avropada ən güclü orduya çevrilməlidir. Lakin Rusiyaya münasibətdə alman siyasəti mövcud deyil, yalnız Avropa siyasəti var. Almaniyanın Rusiyaya xüsusi yanaşması olmamalıdır. Avropa bir olmalıdır", - Vadeful vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1275   Tarix: 20 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Polşada İkinci Dünya müharibəsi dövrünə aid bombaya görə 3 minə yaxın sakin təxliyə edilib

Polşanın Vrotslav şəhərinin təxminən 3 min sakini İkinci Dünya müharibəsi dövrünə aid 250 kiloqramlıq aviabombanın zərərsizləşdirilməsi əməliyyatı səbəbindən öz evlərini tərk etməli olub. xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb. "Bombanın zərərsizləşdirilməsi ilə bağlı potensial təhlük

20 oktyabr
.

Türkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 10-a çatıb

Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. xəbər verir ki, Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. İstanbulda palçıq sürüşməsində

20 oktyabr
.

Cennifer Lopezin həmkarı ilə yeni eşq yaşadığı iddia olunur

Amerikalı müğənni və aktrisa Cennifer Lopezin həmkarı ilə romantik münasibətə başladığı barədə xəbərlər yayılıb. İddialara görə, 57 yaşlı ulduz "Netflix" platforması üçün çəkilən "Ofis romanı" filmindəki tərəf-müqabili, 46 yaşlı aktyor Bret Qoldşteynlə görüşür. Qaynarinfo xəbər veri

20 oktyabr
.

Aİ Ukrayna müharibəsi başa çatana qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

Rusiyaya qarşı sanksiyalar Ukraynada münaqişə başa çatana qədər qüvvədə qalacaq. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentinin Strasburqda keçirilən iclasında bildirib. "Rusiya müharibəni dayandırmayana qədər heç bir sanksiyanı ləğv etməyəcəyik"

21 oktyabr
.

Səudiyyə Ərəbistanının paytaxtında təhlükə xəbərdarlığından sonra partlayışlar eşidilib

AFP jurnalistlərinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının paytaxtı iki partlayışdan sarsılıb. The Times of İsrael-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı hakimiyyət orqanları potensial təhlükə barədə xəbərdarlıq etdikdən sonra iki partlayış baş verib. Səudiyyə Ərəbistanını

20 oktyabr
.

Trampın reytinqi rekord həddə düşdü - Seçkidə uduza bilər

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənən amerikalıların göstəricisi 31 faizə düşüb. Avqust ayında bu göstərici 38 faiz təşkil edirdi. xəbər verir ki, bu barədə "Reuters" agentliyinin sifarişi ilə "Ipsos" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir. "Reuters"

20 oktyabr
.

Rusiya Ukraynaya kütləvi hücum etdi: ölənlər və yaralananlar var

Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla hücumları nəticəsində ölən və yaralananlar var. Kiyevdə yaşayış binalarına və nəqliyyat infrastrukturuna ziyan dəyib, Xarkov, Donetsk və Çerniqov vilayətlərində də mülki əhali arasında itkilər qeydə alınıb. "Associated Press"i

22 oktyabr
.

İran 75 min etirazçını öldürüb - Tramp

İslam respublikası 8 ay ərzində ölkədə 75 min etirazçını öldürüb. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bəzi insanlar iranlıların niyə etiraz etmədiyinə təəccüblənirlər. Küçənin başında pulemyotlar olanda və sizi güllələyəndə etiraz etmək bir az çətin olur", - o əlavə edib

20 oktyabr
.

Kallas: Rusiya ərzaqdan silah kimi istifadə edir

Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallas Rusiyanı Qara dənizdə gəmilərə hücumları artırmaqda və qlobal ərzaq təhlükəsizliyinə zərər vurmaqda ittiham edib. xəbər verir ki, Kallas bu barədə Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, son 1

20 oktyabr