17 mindən çox abituriyent tələbə ola bilməyəcək, keçid balları isə...

17 mindən çox abituriyent tələbə ola bilməyəcək, keçid balları isə...Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri bəllidir. İlk mərhələdə əldə edilən nəticələr bir çox abituriyentləri narazı salıb. İddia edilir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda test sualları əvvəlki illərlə müqayisədə çətin olub, bu səbəbdən əksər abituriyentlər arzuladıqları nəticəni əldə edə bilməyiblər. Nəticələrin aşağı olması ilə əlaqədar keçid ballarının azaldılması və müəyyən güzəştlərin edilməsi təklif olunur.

Bu il keçid ballarının aşağı salınması mümkündürmü?

Bu barədə Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, DİM tərəfindən formalaşdırılmış konkret müsabiqə şərtləri var. Müsabiqə şərtlərinə əsasən, bütün qruplar üzrə ümumi 200 bal tələb olunur:

"Bunun 100 balını abituriyent blok imtahanından əldə etməlidir. Əgər abituriyent 100 bal həddini toplayarsa, bu zaman o, dövlət sifarişli və ya ödənişli bütün ixtisasların müsabiqəsində iştirak etmək hüququ qazanır. Yox, əgər abituriyent blok imtahanında 50-100 bal nəticə göstərirsə, o zaman hər bir ixtisas üçün 150 ballıq yerlərin müsabiqəsində iştirak edə bilər. Bu yerlər Nazirlər Kabineti və DİM arasındakı razılaşma əsasında formalaşıb".

Ekspertin sözlərinə görə, istənilən halda DİM balları artırıb-azaltmır:

"Balların azalıb-artmasına məsul abituriyentlərdir. Məsələn, Bakı Ali Neft Məktəbi İnformasiya təhlükəsizliyi ixtisasına müvafiq olaraq 10 yer ayırıb. Ancaq buraya 200 nəfər müraciət edib. Bu zaman əgər 200 nəfərin içərisində 10 nəfərin balı 680-dirsə, demək, həmin ixtisasın balı 680 olacaq. Əgər 10-cu şəxsin balı 650 olacaqsa, onda ixtisasın balı da 650-yə düşəcək. Yenə deyirəm, bu vəziyyəti formalaşdıran şəxslər yalnız abituriyentlərdir. DİM bununla bağlı heç bir fəaliyyət həyata keçirmir".

Bundan əlavə, ekspert qəbuldan kənarda qala biləcək abituriyentlərin sayı ilə bağlı proqnozlarını açıqlayıb:

"Nəzərə alaq ki, bu il ümumi qruplar üzrə müsabiqədə iştirak edənlərin sayı həddindən artıq çoxdur. Bu il 17 mindən çox abituriyent planlaşdırılan yerlərdən kənarda qalacaq. Üçüncü qrup üzrə doqquz-on min, ikinci ixtisas qrupu üzrə səkkiz min, dördüncü ixtisas qrupunda isə 1 000 nəfərdən çox abituriyent kənarda qalacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2503   Tarix: 20 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr