Maşını polisin üzərinə sürən şəxs: "Vurdum və sürətlə uzaqlaşdım" - TƏFƏRRÜAT

Maşını polisin üzərinə sürən şəxs: "Vurdum və sürətlə uzaqlaşdım" - TƏFƏRRÜATBir neçə gün əvvəl Gəncədə yol polisinin keçirdiyi reyd zamanı avtoxuliqanlıq edən və avtomobili DYP əməkdaşının üstünə sürməkdə ittiham edilən şəxs həbs edilib.

"Qafqazinfo" xəbər verir ki, reyd zamanı avtoxuliqanlıq edən və şüşələri tünd plyonkalarla əhatələnmiş "Chevrolet Cruze" markalı avtomobil DYP əməkdaşlarının diqqətini cəlb edib.

Gəncə şəhəri, Heydər Əliyev prospektində "Gəncə Mall"un qarşısındakı işıqforda yol polisi avtomobili saxlamağa çalışarkən sürücü maşını DYP inspektorunun üzərinə sürərək onu vurub və sürətlə uzaqlaşıb.

Daha sonra həyata keçirilən əməliyyatla sürücü Rüfət Əliyev (şərti soyadlı) saxlanılıb. Məlum olub ki, onun sürücülük vəsiqəsi yoxdur və avtomobili Vətən müharibəsi qazisi olan dostundan alıb. Faktla bağlı cinayət işinin başlanması rədd edildiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib.

Saxlanılan şəxs daha sonra Nizami Rayon Məhkəməsinə göndərilib. O, ifadəsində törətdiyi əməli etiraf edib:

"Maşın etibarnamə ilə mənə məxsusdur, ancaq sürücülük vəsiqəm yoxdur. Maşını aldığım Elnur adlı şəxs Vətən müharibəsi qazisidir. Elnur mənə demişdi ki, mən avtomobili nömrəsiz və şüşələrini qaraldaraq sürə bilərəm, mənə heç bir hüquq-mühafizə orqanı əməkdaşı heç nə edə bilməz. Hadisə baş verərkən isə saat 23 radələrində avtomobilin üzərində qeydiyyatsız alman nömrəsi ilə, həmçinin ön şüşəsi 15 faizlik tutqun, yan və arxa şüşələri 100 faizlik tutqun plyonkalı olmaqla Gəncə şəhəri, Н. Əliyev prospekti ilə "Gəncə Mall" ticarət və istirahət mərkəzi istiqamətdə gedirdim.

Gəncə şəhəri H.Əliyev prospektində yerləşən "Gəncə Hotel"in qarşısına çatanda qırmızı işıqda dayandım. Bu zaman Gəncə şəhər BPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin Şahid adlı əməkdaşı maşının qarşı tərəfinə gəldi və dedi ki, avtomobildən düşüm. Avtomobilin şüşəsini aşağı endirərək içərisində ailəmin olduğunu bildirdim. Vüsal adlı polis əməkdaşı isə sözümə məhəl qoymayaraq, avtomobili saxlayıb yerə düşməyimi istədi.

Həmin vaxt orada videoçəkiliş aparılırdı. Vüsalın saxlama işarəsinə məhəl qoymayaraq avtomobili onun üzərinə sürdüm, Vüsal yenə geriyə çəkilmədi, avtomobili saxlamayaraq oradan getdim. Sonda qeyd edim ki, əməlimdən peşmanam, barəmdə yüngül cəza təyin edilməsini xahiş edirəm".

Vüsal adlı DYP əməkdaşı isə bildirib ki, avtomobilin sürücüsü hadisə vaxtı onu diz nahiyəsindən vuraraq maşınla uzaqlaşıb.

Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə sürücüyə 15 sutka həbs cəzası verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1716   Tarix: 20 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr