Media Agentliyi Venesiya Komissiyasının "Media haqqında" Qanuna dair rəyinə münasibət bildirib

Media Agentliyi Venesiya Komissiyasının "Media haqqında" Qanuna dair rəyinə münasibət bildiribİyunun 20-də Avropa Şurasının Venesiya Komissiyası "Media haqqında" Azərbaycan Respublikası Qanununa dair rəyini öz rəsmi veb-saytında yerləşdirmişdir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən rəydə qeyd olunan məsələlərlə bağlı rəsmi mövqe yazılı şəkildə Venesiya Komissiyasına təqdim edilmiş və bu arqumentlərin bir qismi bu və ya digər formada yekun rəydə öz əksini tapmışdır.

Qanun layihəsi heç də rəydə qeyd olunduğu kimi "seçilmiş qruplarla" yox, cəmiyyətin müxtəlif seqmentlərindən olan media nümayəndələri və ekspertlərin iştirakı ilə dəfələrlə müzakirə olunmuşdur.

Keçmiş müvafiq qanundan fərqli olaraq "Media haqqında" Qanun "jurnalist" anlayışı ilə bağlı beynəlxalq təcrübəyə istinad edərək bu fəaliyyətə
daha geniş prizmadan yanaşmış, yalnız ölkə daxilində deyil, həm də ölkə xaricində Azərbaycan jurnalistlərinin peşəkar fəaliyyətinin məhdudiyyətlərdən qorunmasına yönəlmişdir. Qanun fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş media subyektlərinin müdafiə mexanizmlərindən istifadəsinə şərait yaradır, həmçinin fövqəladə vəziyyətlərdə jurnalistlərin təhlükəsiz şəraitdə peşə borclarını yerinə yetirməsini təmin edir.

Rəydə "zorakılıq" elementi olmadığı təqdirdə dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş çağırışların dəstəklənməsi tərəfimizdən heç bir halda qəbul edilə bilməz. Uzun illər işğalçı siyasətin və terrorun qurbanı olan, ərazi bütövlüyü pozulmuş bir ölkəyə qarşı belə yanaşma hüququn aliliyi, jurnalist peşəkarlığı və xalqımızın milli maraqları ilə bir araya sığmır.

Rəydə iddia edildiyi kimi Qanunun media subyektinə dair tələblərinin (Maddə 26) başa düşülməsində hər hansı çətinlik mövcud deyildir. 26-cı maddə hər hansı mədəniyyət abidəsinə zərər vurduğuna görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsləri deyil, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxsləri əhatə edir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu kateqoriya cinayətlər (cinsi zorakılıq, irqi ayrı-seçkilik, seksual xarakterli zorakılıq hərəkətləri və s.) konkret olaraq təsbit edilmişdir.

Qanunda media subyektlərinin xarici şəxslər tərəfindən təsis edilməsi və xaricdən maliyyələşdirilməsi qətiyyən istisna edilmir. Belə olan halda sadəcə nizamnamə kapitalında pay nisbəti müəyyənləşdirilir, çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün şəxsin Agentliyə məlumat verməsi icazə deyil, bəyanetmə xarakteri daşıyır ki, bunu lisenziya proseduru ilə eyniləşdirilmək əsassızdır.

Media Reyestrinə daxil edilmək üçün jurnalistlərə qoyulmuş tələblərin şərhi zamanı çox önəmli bir nüansın diqqətdən qaçırıldığı, reyestrin onlar üçün könüllü olduğu, reyestrə daxil edilməmiş jurnalistlərə münasibətdə hər hansı məhdudlaşdırmanın tətbiqinin müzakirə mövzusu olmadığı bildirilmişdir.

Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslərin dairəsi izah edildikdən sonra Venesiya Komissiyası bu məsələ ilə bağlı MEDİA Agentliyinin yanaşmasını qəbul etmişdir.

Qanunun 15.1.3-cü və 15.1.4-cü maddələrinin hər hansı cinayət hadisəsinə dair bütün məlumatları deyil, yalnız və yalnız ibtidai araşdırma məlumatlarını nəzərdə tutduğu ətraflı şəkildə izah olunmuş, nəticədə Venesiya Komissiyasının bu maddələrlə bağlı yanaşması daha adekvat şəkildə ifadə edilmişdir.

Təəssüflə vurğulayırıq ki, bəzi media subyektlərinin Komissiyanın rəyində əks olunmuş fikirləri kontekstdən çıxararaq təqdim etməsi ictimai fikirdə çaşqınlıq yaratmağa hesablanıb və Azərbaycanda həyata keçirilən media islahatlarına tendensiyalı münasibətin nəticəsidir. Venesiya Komissiyasının öz rəyində Qanunun bir çox maddələrini müzakirə predmetinə çevirməməsi, MEDİA Agentliyinin mövqeyi ilə uzlaşan yanaşma sərgiləməsi təqdirəlayiqdir və beynəlxalq təşkilatla səmərəli dialoqun göstəricisidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1004   Tarix: 20 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr