Bakıda körpə yeddinci mərtəbədən YIXILDI: Hamilə anası özünü ardınca atdı - VİDEO
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 116 ünvanındakı yaşayış binalarının birində körpə 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılıb.
Bu zaman anası da özünü övladının ardınca atıb.
Oxu.Az xəbər verir ki, İctimai TV hadisənin təfərrüatını araşdırıb.
Belə ki, ananın körpənin ardından özünü atmasından sonra dərhal onu qucağına aldığı və sakitləşdirməyə çalışdığı sözügedən görüntülərdə əksini tapıb.
Çox keçmədən hadisə yerinə polis əməkdaşları gəlib. Qadını və körpəsini xilas edərək xəstəxanaya çatdırıblar. Qonşuların sözlərinə görə ana və azyaşlı övladı sözügedən ünvanda tək yaşayıb. Uşaq 7-ci mərtəbənin pəncərəsindən yıxılaraq 6-cı mərtəbənin eyvanına düşüb.
Yaşyarımlıq körpə və anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu ana ilə körpəsinin vəziyyəti barədə məlumat verib. Onun sözlərinə görə, onlara ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur:
"Mərkəzə gətirilərkən vəziyyətləri orta ağır olub. Müəyyən müayinələrdən keçirilib, məlum olub ki, körpədə bəzi sıyrıqlar və kiçik travmalar var. O cümlədən anasında da buna bənzər xırda travmalar və müəyyən sıyrıqlar müşahidə olunub. Hər ehtimala qarşı ikisi də ultrasəs müayinəsindən keçib. Onlarda daxili zədələrin müəyyən edilmədiyi məlum olub".
Qeyd edək ki, qadın 20 həftəlik hamilədir. O, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb, müalicəsi davam edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"