Dmitri Muratov Nobel medalını ukraynalı uşaqlara kömək üçün böyük məbləğə satdı
2021-ci il Nobel Sülh Mükafatı laureatı, "Novaya qazeta"nın baş redaktoru Dmitri Muratovun medalı hərracda 103,5 milyon dollara satılıb.
Hərrac Nyu-Yorkda keçirilib. Alıcının adı məlum deyil.
Mükafatın satışından əldə olunan bütün gəlirlər ukraynalı qaçqın uşaqlara və onların ailələrinə kömək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (UNICEF) göndəriləcək.
Bu, mükafat tarixində Nobel medalının ən yüksək qiyməti olub.
Dmitri Muratov Nobel Sülh Mükafatına layiq görülən ilk Rusiya vətəndaşı olub. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra "Novaya qazeta" Ukraynada müharibə bitənə qədər qəzetin öz internet səhifəsində, sosial şəbəkələrdə və kağız formada nəşrini dayandırdığını elan edib. Nəşr bu qərarı "Roskomnadzor"dan ikinci xəbərdarlığı alması ilə izah edib, buna əsasən, "qəzet fəaliyyətini davam etdirə bilməz".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 804 Tarix: 21 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşü keçirilib. "Qafqazinfo" "a istinadla xəbər verir ki, Ermənistanın Ağverən istirahət zonasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Ba
29 aprelNetanyahu genişmiqyaslı hücumlar həyata keçirilməsi üçün ƏMR VERDİ
İsrailin Baş naziri Benyamin Netanyahu orduya Livanda "Hizbullah" hərəkatının mövqelərinə güclü zərbələr endirməyi tapşırıb. xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb. Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələrinə "Hizbullah" hədəflərinə qarşı genişmiqyaslı hücumla
26 aprelTrampın tədbirində atəş açan şəxs məhkəmə qarşısına çıxarılacaq
ABŞ Prezidenti Donald Trampın qatıldığı Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açdıqdan sonra saxlanılan şəxs 27 aprel bazar ertəsi günü məhkəmə qarşısına çıxacaq. "Report" xəbər verir ki, bu barədə Vaşinqtonun federal prokuroru Janin Pirro sosial mediada məlumat verib. Onun sözlərin
26 aprelİran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin hərəkətləri ilə münaqişənin diplomatik yolla həlli axtarışı ilə bağlı açıqlamaları arasında uyğunsuzluq olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb. Onun sözlərinə görə, Vaşinqton danışıqlara hazır olduğun
26 aprelƏraqçi: ABŞ-nin diplomatiyaya ciddi yanaşıb-yanaşmadığı aydın deyil
ABŞ-nin diplomatiyaya ciddi yanaşıb-yanaşmadığı hələ aydın deyil. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan səfərindən sonra "X" sosial şəbəkə hesabında yazıb. Əraqçinin sözlərinə görə, İslamabadda Pakistanın Baş naziri Şahbaz Şəriflə İrana qarş
26 aprelDonald Trampın bu rəftarı geniş müzakirələrə səbəb oldu - VİDEO
ABŞ Prezidenti Donald Trampın rəsmi mərasim zamanı Böyük Britaniya Kraliçası Kamillanın önünə keçməsi beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. xəbər verir ki, yayılan görüntülər protokol qaydaları ilə bağlı mübahisələri yenidən gündəmə gətirib. Bəzi ekspertlər bu addımı "qeyri-adi davranış"
29 aprel