Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1000-i keçdi, "taliblər" yardım istədilər – YENİLƏNİB + FOTO/VİDEO
Əfqanıstanda baş verən zəlzələdə ölənlərin sayı artıq 1000-ə çatıb. 1500-dən çox adam isə xəsarət alıb.
Bu barədə ABC News məlumat yayıb.
Ərazinin relyefi çətin olduğundan xilasetmə işlərində durğunluq yaranıb. Qeyd olunur ki, Taliban hökuməti beynəlxalq yardım istəyib.
"Ölkədə belə böyük fəlakət yaşandığı təqdirdə başqa dövlətlərin yardımına ehtiyac duyulur. Bu cür nəhəng faciənin qarşısını almaq bizim üçün çətindir", - Talibanın fəlakətlərin idarə edilməsi üzrə naziri Şarafuddin Muslim söyləyib.
13:30
Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 950 nəfəri ötüb, daha 620 nəfər yaralanıb.
Bu barədə "The Independent" məlumat verir.
11:34
Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 280 nəfəri ötüb, daha 595 nəfər yaralanıb.
Ölənlər əsasən Paktika vilayətinin Barmala, Ziruk, Naka və Qayyan rayonlarındandır.
Yerli hakimiyyət orqanları mərkəzi hökumətin təcili yardım göstərmədiyi təqdirdə ölənlərin sayının arta biləcəyini vurğulayıblar.
Qeyd edək ki, episentri Xost şəhəri yaxınlığında olan zəlzələ 200 km aralıda yerləşən Kabildə və Pakistanın paytaxtı İslamabadda da hiss olunub.
09:42
Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində baş verən zəlzələ nəticəsində ən azı 255 adam ölüb. Yeraltı təkanların gücünün 6,1 bal olduğu bildirilir.
"Al Jazeera" telekanalının hökumətdəki mənbəyə istinadən məlumatına görə, təbii fəlakət nəticəsində daha 150 nəfər xəsarət alıb.
Ancaq Qızıl Aypara cəmiyyətinin cənub-qərb zonasının rəhbəri Elias Naseri hazırda ancaq 120 nəfərin öldüyünü təsdiqləyib.
Sosial şəbəkələrdə yayılan kadrlardan aydın olur ki, yaralılar xəstəxanaya helikopterlərlə daşınırlar./Oxu.az







Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1912 Tarix: 22 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hindistanın ən böyük bankında 3 897 müştərinin məlumatları oğurlanıb
Hindistan Dövlət Bankı (SBI) kiberhücum nəticəsində 3 897 müştəriyə aid fərdi məlumatların qaranlıq internetdə (darknet) yayıldığını açıqlayıb. xəbər verir ki, "Reuters" agentliyinin oktyabrın 21-də yaydığı məlumata görə, ilkin araşdırma zamanı müştərilərin adlarının, mobil telefon nömrələrinin
21 oktyabrBu ölkədə iğtişaşların vurduğu ziyan 1 milyard avronu keçdi
Fransadakı kütləvi iğtişaşlar sığorta şirkətləri üçün etirazların yaratdığı ən bahalı hadisələrdən birinə çevrilə bilər. xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat verib. Morningstar DBRS analitiklərinin fikrincə, sığortaçıların məruz qaldığı itkilər 1,2 milyard avroya çata bilər. Əgə
21 oktyabrKalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı
Rusiyanın Kalininqrad vilayətində "Su-30SM" tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb. Bizim.Media xəbər verir ki, qəza Kalininqrad vilayətinin Çernyaxovsk rayonunda baş verib. Hər iki pilot katapult etməyə imkan tapıb. Müxtəlif xəsarətlər alan pilotlar hərbi hospitala yerləşdirilib. Sosia
21 oktyabrFransada baş verən iğtişaşlardan sonra 123 nəfər həbs edilib
Fransanın ədliyyə naziri Cerald Darmanin bildirib ki, etirazlar ölkə daxilində iğtişaşlara çevrildikdən sonra Fransa hakimiyyəti 123 nəfəri həbs edib. xəbər verir ki, nazir "Europe 1" radiostansiyasına və CNews telekanalına verdiyi müsahibədə bildirib ki, "hazırda 123 nəfər həbsdədir
20 oktyabrYəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb
Son 48 saat ərzində Yəməndəki husilərin Taiz əyalətinə hücumları nəticəsində səkkiz dinc sakin ölüb, daha 26 nəfər isə yaralanıb. "Report"un "Al Jazeera"ya istinadən xəbər verir ki, bu, Yəmən Hüquq və Azadlıqların Müdafiəsi Şəbəkəsinin hesabatında qeyd olunub. Təşkilatın məlumatın
21 oktyabrMilanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib
İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri
20 oktyabrVyetnam Ukraynaya 500.000 dollar humanitar yardım ayırıb
Vyetnam Ukraynaya 500.00 dollar dəyərində yeni humanitar yardım paketi təqdim edib. xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində bildirib. O, Vyetnam hökumətinə və xalqına dəstəyə görə təşəkkür edərək, bu addımın iki ölkə arasında uzunmüddətli dostluğu
20 oktyabr