Əgər səyahətimi 6 ay əvvəl bronlaşdırsam, nə qədər qabağa düşərəm?

Əgər səyahətimi 6 ay əvvəl bronlaşdırsam, nə qədər qabağa düşərəm?Əksər səyahətçilər səyahətlərini çox öncədən, 3-6 ay əvvəldən planlamağa başlayırlar. Bunlar daha çox daimi və rejimli işi olan şəxslərdir. Bu şəxslər hələ yeni istehsalat ilinin əvvəlindən öz məzuniyyət tarixlərini bilirlər və ona uyğun olaraq səyahət planlarını qururlar. Gəlin klassik "hər şey daxildir" paketlərindən başlayaq. "Hər şey daxildir" paketlərində aviabilet, hotel, transfer, qidalanma və səfər sığortası qiymətə daxil olur.

Hər ilin əvvəlində, yanvar-fevral aylarında Türkiyə kurortlarına öncədən rezervasiyalar başlayır. Adətən bu rezervasiyalarda tur-paketin qiyməti 50%-ə kimi daha aşağı olur. Əlbəttə ki, bu, premium və yüksək sinif hotellərə yaxşı endirimlər deməkdir. Məsələn, iki nəfər üçün yay vaxtı 7 gecəsi 8000 manat olan hotelı qışda bronlaşdırsanız 4000 manata kimi endirim qazana bilərsiniz.

Amma bu endirimdən yararlanmayanlar da üzülməsin, çünki iyun-avqust aylarında qaynar tur-paketlər olur. Bu paketlər adətən konkret tarixlərə aşağı qiymətə, səfərin tarixinə az qalmış təklif olunur. Sərbəst qrafikli işləyən və istədiyi zaman xarici səfər edə bilənlər üçün yaxşı fürsətdir. Bu tip paketlər adətən tur firmalarda satılır. Belə endirimdə olma səbəbi isə həmin tarixə boş hotel otağının olmağıdır. Çünki tur-operatorlar hotel otaqlarını mövsümün əvvəlindən alırlar və çalışırlar ki, bütün otaqları doldursunlar.

Bəzən öz qiymətindən də ucuz olur. Misal üçün agentə məvsümün əvvəlində göndərilən qiymət listində gecəsi 100 dollara olan otaq qaynar təklifdə 60-70 dollara kimi enə bilər.

Fərdi hazırlanan səyahət planında isə qaydalar fərqlidir.
Aviabiletlər adətən öncədən alınanda daha sərfəli qiymətə olur. Hələ uçuş tarixiniz yayda olsa, lap öncədən almalısınız biletləri. Sizə yaxşı bir məsləhət verək, heç də ayın bütün günlərində biletlər eyni qiymətə olmur. Misal üçün, məzuniyyətiniz avqust ayındadırsa xüsusi saytlarda gedəcəyiniz şəhərə avqust ayında olan qiymətləri təqvim şəklində görə və uyğun günü seçə bilərsiniz. Misal üçün eyni istiqamətə bir tarixə 120 dollara olan bilet başqa tarixə 300 dollara ola bilər. Bu tipli saytlara skyscannet.net, kiwi.com kimi bilet axtarışı saytları daxildir.

Hotellərə gəldikdə isə məsələ bir az fərqlidir. Böyük hotellərin mövsüm və qeyri-mövsüm, həftəarası və həftəsonu üçün xüsusi qiymət cədvəli olur. Belə hotellerdə otaq rezerv etməyinizin öncədən olub-olmamağı fərq etmir. Amma hansısa brendə, şəbəkəyə məxsus hotellərdə xüsusi endirim paketləri təşkil edilir.

Məsələn, 6 gecə rezerv edənə bir gecə hədiyyə. Adi hotellər də isə öncədən rezervasiya edəndə daha aşağı qiymət təklifi ala bilərsiniz. Daha bir məsələ isə normal hotellərdə otaq tapmaqdır. Pik mövsümdə yaxşı hoteldə yaxşı otaq tapmam müşkülə çevrilir. Odur ki, hotelinizi öncədən rezerv edin.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1099   Tarix: 24 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr

7 sentyabr
.

Avtomobil bazarında qiymətlər artacaq? - AÇIQLAMA

Avtomobil bazarında son dövrdə canlanma və tələbin artması qiymətlərin gələcək dinamikası ilə bağlı suallar yaradır. Eyni zamanda, avtomobil idxalının həcmi, yeni modellərin bazara daxil olması və valyuta məzənnəsi qiymətlərə təsir edən əsas amillər sırasındadır. 2025-ci ildə Azərbaycana minik avtomobil

10 sentyabr
.

Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb

İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye

18 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 97,91 dollar/barel təşkil edib

Neft qiymətləri Yaxın Şərqdəki uzunmüddətli münaqişə ilə bağlı artan narahatlıqlar fonunda yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,91 dollar (0,94%) çox, 97,91 dollar/barel təşki

8 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr