NATO və Türkiyənin hərbi birləşmələrinə Ordumuzun nümayəndələri təyin olunacaq

NATO və Türkiyənin hərbi birləşmələrinə Ordumuzun nümayəndələri təyin olunacaqNATO-nun Niderland Krallığının Brunsum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Hərbi-mülki əlaqələr və hərbi tərəfdaşlıq idarəsinin Hərbi tərəfdaşlıq şöbəsində Regional əlaqələndirmə üzrə qərargah zabiti və Türkiyənin İzmir şəhərində Quru Qoşunları Komandanlığında Əməliyyat İmkanları Konsepsiyası üzrə qərargah zabiti vəzifələrinə Azərbaycan Ordusunun nümayəndələri təyin olunacaqlar.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a müsahibəsində deyib.

Nazir bildirib ki, Ordunun tələbatını nəzərə alaraq, Azərbaycan-NATO əlaqələrinə və ikitərəfli əməkdaşlığa əsasən, digər dövlətlərin hərbi təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə kifayət qədər gənclər təhsil alırlar:

"Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət Planına müvafiq olaraq, Azərbaycan Ordusunun tədris müəssisələrində "Müdafiə strategiyası və planlaşdırılması" adlı yeni fənn tədris proqramına əlavə edilib.

"Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası" çərçivəsində NATO qərargahlarında Azərbaycan Ordusunun təmsil olunmasını təmin etmək məqsədilə NATO-nun yuxarı səviyyəli qərargahlarında Azərbaycan Ordusu zabitlərinin xidmət keçməsinin hərbi sahədə qabaqcıl və beynəlxalq təcrübənin, eləcə də NATO və tərəfdaş dövlətlərin silahlı qüvvələri ilə qarşılıqlı əməliyyat uyarlılığının əldə olunmasında müstəsna rol oynadığı nəzərə alaraq, Ordumuz üçün daha çox fayda verə biləcək vəzifələr müəyyən edilib və Tərəfdaşlıq Qərargah Vəzifələrinin sayının yaxın vaxtlarda bir qədər də artırılması planlaşdırılır. Bu artım nəticəsində NATO-nun Niderland Krallığının Brunsum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Hərbi-mülki əlaqələr və hərbi tərəfdaşlıq idarəsinin Hərbi tərəfdaşlıq şöbəsində Regional əlaqələndirmə üzrə qərargah zabiti və Türkiyənin İzmir şəhərində Quru Qoşunları Komandanlığında Əməliyyat İmkanları Konsepsiyası üzrə qərargah zabiti vəzifələrinə Azərbaycan Ordusunun nümayəndələri təyin olunacaqlar".

İkitərəfli əməkdaşlıq proqramları və NATO "SNT" proqramı çərçivəsində minaların zərərsizləşdirilməsi, idarəetmə, hərbi tibb və s. sahələrdə təcrübələrinin öyrənilməsi məqsədilə xarici dövlətlərin müdafiə təsisatları ilə əlaqələr genişləndirilib və ekspert görüşlərinin sayı artırılıb: "Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi məqsədilə NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planı çərçivəsində yeni Tərəfdaşlıq məqsədi - "Strateji kommunikasiya" qəbul edilib. Şübhəsiz ki, bu, Azərbaycan Ordusunun strateji kommunikasiya sahəsində imkan və qabiliyyətlərinin artırılmasına töhfə verəcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1477   Tarix: 26 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr