Bakıda fındığın ucuzlaşmasının səbəbi nədir? - AÇIQLAMA
Azərbaycana məxsus şirkətlərin bir qədər əvvəl İtaliyaya ixrac etdiyi fındıq geri qaytarılıb.
Bu barədə "Report"a "Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyindən bildirilib.
Məlumata görə, buna səbəb yerli fermerlərin həmin məhsulların saxlanma şəraitinə düzgün əməl etməməsi və son nəticədə fındığın tərkibində aflatoksin adlı maddənin çox olmasıdır.
Maraqlıdır ki, son günlər Bakıdakı marketlərdə satılan qabıqlı fındığın qiymətində kəskin azalma müşahidə olunur. Assosiasiyada ucuzlaşmanın Avropadan geri qaytarılmış məhsulların daxili bazara yönəldilməsi ilə bağlı olduğunu istisna etmirlər.
Qurumda həm də deyirlər ki, bu il Avropada, eləcə də ittifaq ölkələrinin fındıq idxal etdikləri əsas ölkə - Türkiyədə məhsul bolluğudur. Bundan başqa, Rusiya-Ukrayna müharibəsi logistika ilə bağlı problemlər yaradıb. Odur ki, Azərbaycan fındığını Avropa bazarına çıxarmaq, ona müştəri tapmaq çətinləşib. Bütün bunlar da ölkədə fındığı ucuzlaşdırır.
"Report" məsələ ilə bağlı bir sıra marketləri özündə birləşdirən şirkətlərdən birinə müraciət edib. Şirkətin mətbuat xidmətindən bildiriblər ki, mövsümün sonu ilə əlaqədar qabıqlı fındığın az çəkidə ehtiyatı qalıb: "Həmin məhsulun rəflərdə daha artıq müddətdə qalmaması və müştərilərimizin sərfəli qiymətə alış-verişi üçün məhsula maksimum (4 dəfə) endirim tətbiq etmişik".
Hazırda Azərbaycanda 80 min hektardan çox ərazidə fındıq əkilir, bunun isə 840 hektarı ötən il əkilib. İl ərzində fındıq bağlarından 67 min tondan çox məhsul yığılır və böyük hissəsi ixrac edilir.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricə 16,2milyon ABŞ dolları dəyərində 2 min 786 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) satıb, xaricdən 196 min ABŞ dolları dəyərində 29 ton meşə fındığı alıb. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 38% və 40% çoxdur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrin sığortalanmasına dair məlumat bazasının yaradılması istiqamətində işlərə başlanılıb". xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin sədri Ahmet Yaşar Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AII
25 iyunAzərbaycanda əhalinin gəlirləri nə qədər artıb?
Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 milyard 699.8 milyon manata çatıb. xəbər bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumatda qeyd olunub ki, əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz artıb
10 iyunAzərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb
Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,9 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,4 bənd çox, ötən ilin mayın 1-nə nisbətən 1,
30 mayQramı 290 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR
Qızıl bazarında son dövrlər nəzərəçarpacaq durğunluq yaranıb. Dünya bazarlarında qiymətli metalın bahalaşması yerli bazarda da özünü göstərir. Bu isə həm alıcı fəallığının azalmasına, həm də satışların əvvəlki dövrlərlə müqayisədə zəifləməsinə səbəb olub. -in məlumatına görə, qızıl mağazalarının sahiblər
3 iyunAzərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-dən çox artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 28,789 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur. Təkcə iyunda Türkiyə Azərbaycana 3,699 milyon ABŞ dolları dəyərind
11 iyulAzərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 25,2 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu il iyunun 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
27 iyunYenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq
Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans
3 iyulSahibkarlara ŞAD XƏBƏR: Bu xərclərdən azad olunacaqsınız
Qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması dövlətin iqtisadi siyasətində əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Bu çərçivədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərini
4 avqust