Muharrem Usta: "Azərbaycanlı həmkarlarımızla birlikdə yeniliklərə imza atacağıq"
"Azərbaycanda bu cür təchizatlı xəstəxanaların olması səhiyyənin uğurudur".
Oxu.Az xəbər verir ki, bu fikirləri "LIV Medical Group" tibb şəbəkəsinin rəhbəri Muharrem Usta deyib.
O bildirib ki, Bakının sağlamlıq turizmi baxımından daha da irəli getməsi üçün çox çalışırıq:
"Bu gün "Bona Dea" Beynəlxalq Xəstəxanası ən mükəmməl müəssisələrdən biridir. Biz birlikdə səhiyyə sektorunda yenilik etməyə çalışırıq. Qısa zamanda xəstələrin aldığı müalicələrdən o qədər razı qalmalarına nail olacağıq ki, xəstəxana bütün dünya ölkələrində ilk sıralarda yer alacaq. Xəstəxanada çalışan bütün həkimlər, texniki işçilər, kollektiv, ümumiyyətlə Azərbaycan bizim üçün çox dəyərlidir. Biz Azərbaycanda bütün xəstəxanalarla əməkdaşlıq etməyə can atırıq. Bundan sonra çiyinlərimizdə daha da böyük məsuliyyət var. Biz bu gündən səhiyyədə yeni dövrə qədəm qoyuruq. Bu gündən "Bona Dea" Beynəlxalq Xəstəxanasının idarəçiliyini biz həyata keçirəcəyik. Azərbaycanlı həmkarlarımızla birlikdə yeniliklərə imza atacağıq".
"Bizim 30 xəstəxanamız var və 20 mindən çox həkimimiz var. 30 il əvvəl fəaliyyətə başlamışıq və bu gün Türkiyənin ən məşhur tibb şəbəkəsindən biriyik", - deyə Muharrem Usta qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 853 Tarix: 29 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Onlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabr20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabr