"Ermənistan üçün qərar anı – regionun bir parçası olmaq və ya təcriddə qalmaq" - Nurit Qrincer

"Ermənistan üçün qərar anı – regionun bir parçası olmaq və ya təcriddə qalmaq" - Nurit Qrincer"Azərbaycan xalqının işğaldan azad edilmiş ərazilərə, bütün regiona və onun hüdudlarından kənara olan sevgisi azad edilmiş ərazilərin yenidən həyata qayıtmasına və heç vaxt olmadığı qədər çiçəklənməsinə səbəb olacaq".
"Report" xəbər verir ki, bu barədə jurnalist, fəal və "İsraildə Qərb sivilizasiyasının irsi" (Western Civilization Heritage Israel Program - CHIP) proqramının yaradıcısı Nurit Qrincer Şuşaya səfərindən və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ilə görüşündən sonra yazdığı məqaləsində bildirib.

"İrəli doğru yeganə addım birgə yaşayışdan keçir. Azərbaycan Ermənistana əməkdaşlıq, dinc və qarşılıqlı hörmətə əsaslanan birgə yaşayış təklif edir. İndi Ermənistan üçün qərar anıdır – o, ya regionun bir parçası olmalı, mehriban qonşuluq münasibətlərin qazandırdığı üstünlüklərdən faydalanmalı və inkişaf etməli, ya da geriləyən iqtisadiyyat və artan yoxsulluq fonunda təcrid şəraitində qalmaqda davam etməlidir", - məqalədə deyilir.

Jurnalistin sözlərinə görə, Ermənistan beynəlxalq ictimaiyyətin məsul üzvü olmağa iddia edir, lakin Azərbaycan ərazilərini işğal altında saxladığı 30 il ərzində burada nə daşı-daş üstə qoyub, nə də bir ağac əkib.

"Ermənistan əsas "nailiyyəti" – Azərbaycanın 7 şəhərini və 900 kəndini yer üzündən silməsi olub. Los-Ancelesin ərazisindən 4-5 dəfə böyük, təxminən 10 000 kvadrat kilometrlik ərazidə ermənilər evləri sökərək daşlarını tikinti materialları qismində Ermənistana və İrana satıblar".

Onun sözlərinə görə, işğal dövründə ermənilər Şuşa şəhərində qarət və yanğınlar törədib, məscidləri, müqəddəs yerləri və digər mədəni irs obyektlərini təhqir və məhv ediblər. Ermənilər 3 azərbaycanlı musiqiçi və şairin şərəfinə ucaldılmış bürünc heykəlləri sökərək satıb, şəhərin kənarında yerləşən azərbaycanlılara məxsus qəbristanlıqda qəbirdaşlarını söküb təhqir ediblər", - o yazır. Nurit Qrincer vurğulayır ki, Azərbaycan bu əraziləri işğaldan azad etdikdən dərhal sonra bərpa və yenidənqurma işlərinə başlayıb və artıq bu işə milyardlarla vəsait xərcləyib.

Məqalədə bildirilir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanı qınayan və Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməyə, ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa və Rusiya) fəaliyyətinə baxmayaraq, 30 il ərzində Azərbaycan əraziləri erməni işğalı altında qalıb. Beynəlxalq ictimaiyyət bu işdə Azərbaycana heç bir kömək etməyib. Amansız və qanunsuz işğala son qoymaq üçün Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1983   Tarix: 01 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr