Kənd Təsərrüfatı Nazirliyi yem sənayesinə vergi güzəştlərinin ölkəyə təsirini açıqlayıb
Azərbaycanda yem sənayesi bütün dəyər zənciri boyunca əlavə dəyər vergisindən azad edilməsi ölkədə istehsal edilən yem məhsullarının maya dəyərinin azalmasına, daxili bazarda yem məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə səbəb olacaq.
"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldar Həsənov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyul tarixli fərmanına əsasən 60-dan çox məhsulun və xammalın ƏDV-dən azad edilməsi ilə bağlı siyahısı təsdiq edilib: "Həmin siyahıda 25-ə yaxın xammal məhz kənd təsərrüfatı sahəsini əhatə edir. Bu isə birbaşa heyvandarlıq sektoru ilə bağlıdır".
Nazirlik rəsmisi vurğulayıb ki, heyvandarlıq sektorunun inkişafında əsas seqmentlərdən biri yem və yem bazasının təşkil edir: "Genetik potensiallı heyvanların yetişdirilməsində düzgün yem rasionu istifadə edilmədiyi halda istənilən nəticəni və məhsuldarlığı almaq qeyri-mümkündür. Azərbaycanda soya, günəbaxan istehsal edilsə belə biz məhz idxaldan aslıyıq".
E.Həsənov bildirib ki, ölkənin 1,5 milyon ton qüvvəli yemə ehtiyacı var: "Azərbaycanda 4 milyon 272 mindən çox heyvan var. Bunların yemlənməsində qeyd edilən siyahı üzrə komponentlərin xüsusi əhəmiyyəti var. Aparılmış tədqiqatlar göstərir ki, ölkənin 200 min tona yaxın soyaya ehtiyacı vardır ki, onun da 150 min tonu quşçuluq sənayesinin payına düşür. Ölkəmiz üzrə həm iri südçülük təsərrüfatlarında, həm də quşçuluq təsərrüfatlarında dünya bazarında qeyd edilən məhsulların qiymətinin artması ilə bərabər daxili bazarda da 77 %-ə qədər müvafiq qiymətlərdə dəyişikliklər olub. Soyanın idxal dəyəri bazarda 3-4 dəfə, təqribən 300-400 manatdan 1 200 manata çatıb. Geosiyasi vəziyyətlə əlaqədar olaraq bir sıra yem məhsullarının idxalı ilə bağlı müəyyən çətinliklər yaranıb. Ümumiyyətlə, bu siyahı üzrə 18 % ƏDV-nin götürülməsi həm sənaye yönümlü emal müəssisələrində, həm də bəzi təsərrüfatlarının özlərinin daxilində balanslaşdırılmış yem istehsalında maya dəyərinin aşağı düşməsində və dəyər zəncirdə öz rolunu göstərəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sahil Babayevə müşavir təyin edildi
Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim
14 sentyabrBrent markalı neftin qiyməti 99 dollara yüksəldi
Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib
9 sentyabrQeyri-neft-qaz sektorunda ÜDM istehsalı artıb
Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 87 709,5 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlav
9 sentyabrAzərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb
Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu
15 sentyabrSOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros
4 sentyabrNaxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili
17 sentyabrNorveç şirkəti Azərbaycanın hidrogen strategiyası ilə bağlı tədqiqat aparır
Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının həyata keçirilməsi planının hazırlanması ilə məşğuldur. xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov "Azərbaycanda infrastrukturun inkişafı, elektromobilli
3 sentyabr