Gürcüstan Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisi görüşündən gözləntilərini AÇIQLADI
Gürcüstan Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisi görüşündən gözləntilərini açıqlayıb.
Bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Birinci kanalın efirində yayımlanan "Aktual şənbə" proqramında bildirib.
"Bizim Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisidə keçirdikləri görüşdən gözləntilərimiz bundan ibarətdir – məqsədimiz ilk növbədə dost, qonşu ölkələrin konkret nəticələr əldə etməsidir. Digər tərəfdən məqsədimiz Cənubi Qafqaz bölgəsində üç ölkə arasında birgə koordinasiya yolu ilə sülh və sabitliyi möhkəmləndirməkdir", - nazir qeyd edib.
İlya Darçiaşvili dünyanın təhlükəsizlik arxitekturasında xüsusi çağırışların olduğu dövrdə regionda sülh və sabitliyin gücləndirilməsinin böyük önəm kəsb etdiyini bildirib.
XİN başçısı azərbaycanlı və erməni həmkarlarının görüşünün konkret nəzərəçarpacaq nəticə ilə başa çatıb-çatmadığı ilə bağlı suala cavabında deyib ki, beynəlxalq danışıqlar heç də həmişə nəticə ilə yekunlaşmır: "Bu gün danışıqların ilk mərhələsi baş tutdu və burada ən önəmli məsələ presedentin yaradılması və iki qonşu ölkə arasında birbaşa dialoqun başlamasıdır".
İ.Darçiaşvili Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün tərəflər arasında danışıqların davamı üçün çox möhkəm zəmin yaratdığına əminlik ifadə edib: "Tərəflər sıx koordinasiya, müxtəlif mərhələlərlə onlar üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin həlli üçün mövqelərini yaxınlaşdıra bilərlər".
Nazir qeyd edib ki, Tbilisi gələcəkdə iki qonşu ölkənin nümayəndələrini qəbul etməyə və onların gündəliyində duran konkret məsələlərin həllinə kömək etməyə hazır olacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR