Şoyqu Qarabağdakı sülhməramlıların keçmiş komandirinə göstəriş verdi: Məhv edin!
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynadakı hərbi əməliyyatlara cəlb edilən "Vostok" hərbi kontinqentinə baş çəkib.
Sergey Şoyqunu komanda məntəqəsində "Vostok" qrupunun komandiri general-leytenant Rüstəm Muradov qarşılayıb.
R.Muradov Rusiyanın müdafiə nazirinə döyüş tapşırıqlarının yerinə yetirilməsinin gedişi barədə məruzə edib.
Müdafiə naziri Rüstəm Muradova Ukrayna ordusunun Donbas istiqamətində atışlar icra edən uzun mənzilli artilleriya və raket bölmələrini məhv etmək göstərişi verib.
Qeyd edək ki, "Vostok" hərbi birləşməsinə Rüstəm Muradovun rəhbərlik etməsi barədə əvvəllər məlumat verilməyib. Rüstəm Muradov 2019-cu ilin yanvar ayından Rusiya ordusunun Cənub Hərbi Dairəsi komandanının müavini vəzifəsində çalışır.
Xatırladaq ki, Rüstəm Muradov həm də 2020-ci ilin noyabrın 11-dən 2021-ci ilin sentyabrın 9-na qədər Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsində çalışıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1565 Tarix: 18 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr