Arvadını Afrikaya aparıb 5 milyon dollar almaq üçün öldürdü - FOTO
ABŞ-ın Pensilvaniya ştatında varlı diş həkimi Lourens Rudolf həyat yoldaşı Byanka Rudolfu Afrikaya gəzintiyə aparıb və 5 milyon dollarlıq sığortaya xatir orada qətlə yetirib.
Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, bu barədə "CBS News" yazır.
Hadisə 2016-cı ilin oktyabrında Zambiyayanın "Kafue" Milli Parkında baş verib. İkisi də ov həvəskarı olduqları və bəbir ovlamağı düşündükləri üçün Lourens xanımını Afrikaya aparıb.
Onun sözlərinə görə, qadın safarinin son günündə silahı yığarkən ehtiyatsızlıqdan özünü güllələyib. Həmin an kişi tutduqları evin hamam otağında olduğunu iddia edir.
İki günlük araşdırmadan sonra Zambiya hökuməti Byankanın ölümünün qəza olduğunu təsdiqləyib. ABŞ-a qayıtdıqdan sonra isə Rudolf beş milyon dollar miqdarında sığorta ödənişi alıb.
Lakin ABŞ hüquq-mühafizə orqanları bir məsələdən şübhələniblər: Lourens məhkəmə ekspertizasını gözləmədən, cəsədinin təcili kremasiyasını tələb edib. Bu səbəbdən dövlət hadisənin təfərrüatlarını yenidən araşdırmağa başlayıb. Hazırda məhkəmə prosesi davam edir.
Şahidlərin sözlərinə görə, 2020-ci ildə Lourens məşuqəsi Lori Milliron ilə restoranda şam yeməyi yeyərkən "Mən lənətə gəlmiş arvadımı sənə görə öldürmüşəm!" deyə qışqırıb.
Qeyd edək ki, Byanka və Lourens Pittsburq Universitetində tanış olub və 1982-ci ildə ailə qurublar. Onların 2 övladı dünyaya gəlib.
Qızı Anna ilə:
Lourens təcrübəçi stomatoloq kimi işə başlasa da, sonradan stomatoloji klinikalar üçün sakitləşdirici preparatlar satışıyla məşğul olan şirkət açıb. O, şəhərdə kifayət qədər tanınmış fiqurdur və əvvəllər tez-tez televiziyada şirkətini reklam edib. Cinayət baş verən dövrdə onun 15 milyon dollar sərvəti olub.




Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3090 Tarix: 18 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran 75 min etirazçını öldürüb - Tramp
İslam respublikası 8 ay ərzində ölkədə 75 min etirazçını öldürüb. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bəzi insanlar iranlıların niyə etiraz etmədiyinə təəccüblənirlər. Küçənin başında pulemyotlar olanda və sizi güllələyəndə etiraz etmək bir az çətin olur", - o əlavə edib
20 oktyabrİldə 7 milyon ton metan: Alimlər Antarktidada gözlənilməz mənbə tapdı
Antarktidadakı pinqvin koloniyaları planetin istiləşməsinə səbəb olan istixana qazlarından biri - metanın mənbəyidir. İspaniyalı alimlərin hesablamalarına görə, pinqvinlərin həyat fəaliyyəti nəticəsində ildə təxminən 490 min ton metan əmələ gəlir. Bu quşların yaşadığı Antarktidanın bütün əraziləri nəzər
20 oktyabrKallas: Rusiya ərzaqdan silah kimi istifadə edir
Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallas Rusiyanı Qara dənizdə gəmilərə hücumları artırmaqda və qlobal ərzaq təhlükəsizliyinə zərər vurmaqda ittiham edib. xəbər verir ki, Kallas bu barədə Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, son 1
20 oktyabrAstronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy
19 oktyabrRus ordusu Omelniki işğal etdi
Rusiya ordusu Zaporojye vilayətinin Omelnik yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
19 oktyabrLiviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Liviyanın Təhlükəsizlik Təhdidləri ilə Mübarizə Agentliyinin azı 9 əməkdaşı paytaxt Tripolidən qərbdə yerləşən Zaviyyə şəhərində təlimlər zamanı minaatandan atılan atəş nəticəsində ölüb, bir neçə nəfər yaralanıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə baza
19 oktyabrKim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər
Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb. "Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o
20 oktyabrYer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19 oktyabr