Azərbaycanda "doğulmayan" şəxsə sürücülük vəsiqəsi verildi - Polisdən REAKSİYA
Azərbaycanda daha bir şəxsə sürücülük vəsiqəsi verilərkən doğum tarixində kobud səhvə yol verilib.
Lent.az xəbər verir ki, bu barədə foto sosial şəbəkədə yayılıb.
Bu dəfəki səhvdə isə doğum tarixi keçmişə deyil, düz 6397 il gələcəyə gedib çıxır.
Belə ki, Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Musayev Abbas Həsən oğlunun doğum tarixi 8419-cu il olaraq göstərilib.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev məsələyə münasibət bildirirkən, həmin vəsiqədə göstərilən doğum tarixindəki səhvin düzəldildiyini qeyd edib:
"Həmin şəxsin müraciəti əsasında vəsiqədəki səhv dərhal aradan qaldırılıb. Belə ki, orada göstərilən 8419-cu il 1984-cü il ilə əvəz edilib. Hazırda sistemdə də 1984-cü il kimi qeyd olunub".
Mübariz Ağayev həmçinin ötən gün sosial şəbəkələrdə fotosu yayılan və hazırda sözügedən vəsiqələrin köhnə olduğunu bildirib:
"Doğum tarixi yanlış olan Niyaməddin Balayev və Abbas Musayevə məxsus hər iki vəsiqənin etibarlılıq müddəti 2016-cı il aprelin 4-də və 2018-ci ilin fevral ayında bitib. Abbas Musayev 2018-ci ilin aprelində vəsiqəsini yeniləsə də, N. Balayevin vəsiqəsi hələ də etibarsızdır. Hazırda Abbas Musayevin vəsiqəsində hər hansı problem yoxdur. Yəni, doğum tarixində yanlışlıq olan və sosial şəbəkələrdə paylaşılan hər iki vəsiqə köhnədir. Ola bilsin ki, doğum tarixində səhv olan vəsiqələr alınan kimi fotosu çəkilib. Onlar yenilənsələr də, sonradan naməlum səbəbdən paylaşılıb.
Vətəndaşlara müraciət edərək bildirirəm ki, əgər bu kimi texniki səhvlərlə rastlaşsalar Dövlət Yol Polisi İdarəsinin müvafiq şöbəsinə, yaxud "Asan Xidmət" mərkəzlərinə gedərək problemi aradan qaldırsınlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan nefti ucuzlaşıb
"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub
17 sentyabrİranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?
İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər
11 sentyabrÖtən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə
18 sentyabrBrent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü
Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla
17 sentyabrAzərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb
Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu
15 sentyabrAzərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb
Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus
16 sentyabrBrent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü
İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare
3 sentyabr