Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA

Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMAAzərbaycanda siqaretin qiymətinin yenidən artması ehtimalı gündəmdədir. Belə ki, 13 noyabr 2026-cı il tarixli qərarla idxal olunan siqaret, siqar və siqarillalara tətbiq edilən gömrük rüsumunun 2030-cu ilin sonunadək 15 faiz, lakin hər 1000 ədəd üçün 3 ABŞ dollarından az olmaması müəyyən edilib. Bundan əlavə, aksiz vergiləri, idxal və istehsal xərcləri də qiymətlərin formalaşmasına təsir göstərən amillərdir.

Bəs, Azərbaycanda siqaretin qiymətinin yenidən artacağı gözləntiləri hansı iqtisadi amillərlə bağlıdır? Aksiz vergilərinin artırılması, idxal xərcləri və istehsal maya dəyəri qiymətlərə nə dərəcədə təsir göstərir? Siqaretin davamlı bahalaşması istehlakçıların alış vərdişlərini dəyişə, qanunsuz və qaçaqmal məhsulların bazar payını artıra bilərmi? Eyni zamanda, qiymət artımının dövlət büdcəsinə və tütün bazarına təsiri necə olacaq?
Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, aksiz vergisi dolayı vergi növüdür və ƏDV-dən fərqli olaraq bütün məhsullara deyil, müəyyən istehlak mallarına tətbiq edilir.

"Məsələn, siqaret, tütün məmulatları, spirtli içkilər və benzin bu məhsullar sırasındadır. Eşitdiyimə görə, sərinləşdirici və şirəli içkilərə də ilk dəfə aksiz vergisinin tətbiqi nəzərdə tutulur. Aksiz vergisinin artırılmasının iki əsas məqsədi var. Birincisi, dövlət büdcəsinə əlavə vəsait toplamaqdır. Vergilərin, o cümlədən aksizlərin tətbiqində əsas məqsədlərdən biri büdcə gəlirlərini artırmaqdır. İkinci məqsəd isə istehlakını azaltmaq istədikləri məhsulların qiymətini yüksəltməklə onlara tələbatı aşağı salmaqdır. Çünki vergi və tariflərin artırılması məhsulun qiymətinə təsir göstərir. Aksiz vergisi hansı məhsula tətbiq ediləcəksə, həmin məhsulun qiymətində də artım gözlənilir. Bu, sərinləşdirici içkilərə, şirəli içkilərə, çipsilərə və digər məhsullara da aiddir.

Ümumiyyətlə, qiymət artdıqda istehlakın azalacağı gözlənilir. Lakin siqaret digər məhsullardan fərqlənir. Çünki siqaret nikotin səbəbindən asılılıq yaradır. Bu baxımdan siqaret, narkotik vasitələr, qumar və spirtli içkilər kimi asılılıq yaradan vərdişlər sırasında qiymət artımına qarşı istehlakçıların reaksiyası fərqli ola bilər. Məsələn, gül bahalaşdıqda insan onu almaqdan imtina edə bilər. Ancaq siqaret asılılıq yaratdığı üçün qiymətin artması istehlakın azalmasına eyni dərəcədə təsir göstərmir.

Digər tərəfdən, aksiz vergisinin hansı siqaret növlərinə tətbiq ediləcəyi dəqiqləşdirilməlidir. Çünki tütün məmulatlarının müxtəlif formaları var: adi siqaretlər, bükmə tütün, elektron siqaretlər və maye formasında olan məhsullar. Bu səbəbdən artımın konkret hansı məhsulları əhatə edəcəyinə dair rəsmi məlumatlara baxmaq lazımdır.

Ümumi yanaşma ondan ibarətdir ki, qiymət artımı istehlakı müəyyən qədər azalda bilər. Lakin bütün məhsulların qiyməti eyni vaxtda yüksəldikdə alıcılar yeni qiymətlərə uyğunlaşaraq alışlarını davam etdirə bilərlər. Siqaretə gəldikdə isə asılılıq amili qiymət artımının istehlaka təsirini daha da məhdudlaşdıra bilər. Nəticədə bu prosesdən əsas faydanı dövlət büdcəsi əldə edə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 432   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızıl bazarında son vəziyyət

5 noyabr 2026-cı il tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, hazırda qızılın 1 unsiyasının dəyəri 6 720.5420 manat, 1 qramının rəsmi qiyməti isə 216.07 manat təşkil edib. Müvafiq olaraq, 99 əyyarlı təmiz qızılın 1 qramı 216.07 manat, 750 əyyarlı İtalyan qızılını

5 noyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 95,52 dollara düşdü

Əvvəlki hərracların nəticələrində qeydə alınan əhəmiyyətli artımdan sonra cümə səhəri neft qiymətləri orta dərəcədə azalır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,30 dollar (0,31 faiz) az, 95,52 dollar/bare

13 noyabr
.

DVX: İxrac olunan təkrarsığorta xidmətlərinə 25 %-lik vergi güzəşti nəzərdə tutulur"

Azərbaycanda təkrarsığorta xidmətlərinin xaricə satışına vergi güzəştləri şamil ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasınd

6 noyabr
.

Azərbaycan Mərkəzi Asiya ilə ödəniş sistemlərini birləşdirir - Sahibkarları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi və maliyyə əlaqələrinin genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Beş ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın milli ödəniş sistemlərinin inteqrasiyası nəzərdə tutulur. Bu təşəbbüsün reallaşması ilə sərhədləraras

3 noyabr
.

Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK

"2027-ci il yanvarın 1-dən balıqçılıq və akvakultura sahəsinə də subsidiyaların və güzəştlərin verilməsinə başlanılacaq". -a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, akvakultura və balıqçılıqda istifadə oluna

5 noyabr
.

Azərbaycanda pul bazası 25 mlrd. manatı ötüb

Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb

3 noyabr
.

Azərbaycanda qızılın son qiymətləri

Azərbaycanda 2026-cı il 12 noyabr tarixinə olan qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 12 noyabr 2026-cı il tarixinə olan məlumata görə, ölkədə 1 unsiya qızılın qiyməti 6881.07 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 221.23 manat təşkil edir. Digər əyyarlar üzr

12 noyabr
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

15 noyabr
.

Qızılın son qiymətləri bəlli oldu

11 noyabr tarixinə olan rəsmi göstəricilərə əsasən, Azərbaycanda qiymətli metalların, xüsusilə qızılın qiymətlərində dinamika diqqət çəkir. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının rəsmi qiyməti 6 877,44 manat, 1 qramının dəyəri isə 221,11 manat təşkil edir. Pərakəndə zərgərlik bazarınd

11 noyabr