"Yanğınlar 9 kəndi qazsız qoyub" - Baş direktordan mühüm açıqlamalar

"Yanğınlar 9 kəndi qazsız qoyub" - Baş direktordan mühüm açıqlamalar"Şabran rayonunun 9 kəndində qaz təchizatı dayandırılıb. Hazırda 1000-ə yaxın abonent qazsızdır". Bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib. O bildirib ki, böyük ziyandan söz getmir: "Araşdırma aparılır, xətlər təftiş olunur. İlkin olaraq dəymiş ziyanın həcmi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", – deyə baş direktor əlavə edib.

Sonxeber.az xəbər verir ki, Ruslan Əliyev media nümayəndəsinin yeni qazlaşan ərazilərdə qaz sayğaclarının quraşdırılması zamanı sayğaca görə hansısa bir ödənişin olması ilə bağlı ünvanladığı suala da aydınlıq gətirib.

Birlik rəhbəri qeyd edib ki, son 3 il ərzində yeni qazlaşma işləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin daxili imkanları hesabına həyata keçirilir: "Qazlaşma işləri aparılarkən yalnız küçə xətləri çəkilir, bundan əlavə məişət tipli bütün sayğaclar vətəndaşlara ödənişsiz verilir".

Birlik rəhbəri işğaldan azad olunan ərazilərdə görülən işlər barədə də məlumat verib. Ruslan Əliyev vurğulayıb ki, bu günə qədər "Azəriqaz" İB-nin işğaldan azad olunmuş ərazilərdə gördüyü işlər ancaq layihələndirmədir. Baş direktor fiziki işin hələlik başlanılmadığını qeyd edib: "İlkin olaraq bu ərazilərdə yüksək təzyiqli daşıyıcı qaz kəmərləri çəkilməlidir. Bunu da SOCAR-ın "Qaz İxrac" İdarəsi həyata keçirir. Bundan sonra növbə "Azəriqaz" İstehsalat Birliyinə çatacaq. Ümumiyyətlə, bu işlər Prezident Administrasiyası yanında xüsusi işçi qrupları tərəfindən nəzarətdə saxlanılır. Bizə işə başlamaqla bağlı tapşırıq gəldikdə bunu icra edəcəyik".

Baş direktor cari ilin ilk 7 ayı ərzində təbii qaz itkiləri ilə bağlı məlumatı da diqqətə çatdırıb. Birlik rəhbəri bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 85 milyon kubmetr azalma var. "Biz hər ayın, hər rübün sonunda SOCAR "Azəriqaz" İstehsalat Birliyinin iqtisadi göstəricilərini ictimaiyyətə təqdim edirik. Bəzən dəqiqləşdirilməmiş, qarşı tərəfin fikrini öyrənmədən yayılan şayiə tipli xəbərlərin dövriyyəyə buraxılmasına təəssüf edirik", - deyə Ruslan Əliyev qeyd edib.

"Yanğınlar 9 kəndi qazsız qoyub" - Baş direktordan mühüm açıqlamalar"Yanğınlar 9 kəndi qazsız qoyub" - Baş direktordan mühüm açıqlamalar"Yanğınlar 9 kəndi qazsız qoyub" - Baş direktordan mühüm açıqlamalar"Yanğınlar 9 kəndi qazsız qoyub" - Baş direktordan mühüm açıqlamalar


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1476   Tarix: 19 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Yeni tədris ili ilə bağlı məktəbli ailələrinin orta hesabla hansı xərcləri yaranır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə məktəbli ailələrinin qarşısında ənənəvi olaraq əlavə xərclər yaranır. Məktəbli forması, çanta, dəftərxana ləvazimatları, ayaqqabı və digər zəruri ehtiyacların alınması ailə büdcəsinə ciddi yük yarada bilər. Bu il də müxtəlif məktəb ləvazimatlarının qiymətlərində əvvəlk

15 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr
.

İqlim dəyişikliyi kənd təsərrüfatı üçün ciddi risklərdən birinə çevrilir - AÇIQLAMA

İqlim dəyişikliyi Azərbaycanda kənd təsərrüfatı üçün temperaturun yüksəlməsi, su ehtiyatlarının azalması və quraqlıq, sel və digər ekstremal hava hadisələrinin artması kimi risklər yaradır. Bu amillər məhsuldarlığa və fermerlərin gəlirlərinə təsir etməklə yanaşı, ərzaq qiymətlərində də bahalaşma təzyiq

9 sentyabr
.

Brent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü

Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla

17 sentyabr
.

Azərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu

15 sentyabr
.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Brent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü

İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare

3 sentyabr