Firəngiz Rəhimbəyovanın son sözləri: "Azərbaycanda qalsaydım..."

Firəngiz Rəhimbəyovanın son sözləri: "Azərbaycanda qalsaydım...""Dedi-qodular, aravurmalar, bir-birinin ayağının altını qazma halları, bir sözlə çirkin münasibətlər həddindən artıq çoxalıb. Belə yaramaz..."

Bu sözləri bu yaxınlarda vəfat edən aktrisa-müğənni Firəngiz Rəhimbəyovaya mətbuata verdiyi sonuncu müsahibəsində söyləyib. O, öz həmkarlarını nəzərdə tutaraq əlavə edib:

"Bu, yalnız onu göstərir ki, həmin insanlar öz yaradıcılıqlarına, istedadlarının potensialına inamsızdırlar. Hansı zirvəyə çatırsan çat sən, ilk növbədə, insan olaraq qalmağı bacarmalısan. Əgər buna iqtidarın çatmırsa, davranışında həmkarlarına qarşı etikaya sığmayan hörmətsizliyə, etinasızlığa yol verirsənsə, deməli, sən bir sənətkar olaraq ayaq üstə möhkəm dayanmağı hələ bacarmırsan. Nə yaxşı ki, mən bütün bunlardan uzağam".

Son müsahibəsində Firəngiz Rəhimbəyova Amerikada yaşadığı günlərdən də söhbət açıb:

"Los-Ancelesdə "Rossiya" restoranında mütəmadi olaraq "Bakı axşamları" təşkil edirəm. Bu axşamlar təkcə Los-Ancelesdə kifayət qədər saya malik azərbaycanlıların, yaxud, ümumiyyətlə, keçmiş bakılıların və eks-sosialist insanlarının deyil, bütün digər millətlərin marağına səbəb olur. Hətta restoranın zalı çox zaman darlıq edir. Musiqimizi təbliğ etməklə yanaşı restoranın aşpazlarına milli mətbəximizin əvəzolunmaz təamlarını bişirməyi də öyrədirəm... Bakı axşamları çox maraqlı keçir - biz paytaxtımızın tarixinə aid faktları xatırlamaqdan yorulmuruq. Belə söhbətlər xatirələrimizi, təəssüratlarımızı təzələmək imkanı verir. Həmyerlilərimizin toy məclisləri mütləq azərbaycansayağı keçir".

Firəngiz Rəhimbəyovanın Bakını tərk etməyinin əsas səbəblərindən biri ailəsi ilə bağlı olub. Belə ki ailəsinin yeganə və həm də ən yaxın üzvləri olan dayısı ilə böyük bacısı uzun illər idi ki, okeanın o tayında yaşayırmışlar: "Və mən heç cürə onlardan ayrı yaşamaq istəmirdim. Daha bir səbəb isə qızımla əlaqəlidir. O mənada ki, mən həmişə istəmişəm ki, qızımı yaxşı bir gələcəklə təmin edim. Bu isə, ilk növbədə, mükəmməl təhsil almaq deməkdir. Mükəmməl təhsil, müvafiq iş və yaşayış mühiti insanın öz arzu və planlarını həyata keçirməsindən ötrü zəruri amillərdir.

Buna görə də mən öz karyeramı qurban verdim. Baxmayaraq ki o vaxt Bakıdakı yaradıcılığım çox gözəl tərzdə və intensiv şəkildə inkişaf edirdi. Güman edirəm ki, Azərbaycanda qalsaydım, belə də davam edəcəkdi. Amma indi hesab edirəm ki, özümü karyerama qurban vermiş adam kimi hiss etməməliyəm. Çünki hələ bundan sonra da bir sənətçi olaraq sözümü deyə bilərəm. Ona görə bu qənaətdəyəm ki, bir müğənni kimi formadayam, daim öz üzərimdə işləyirəm və ən vacibi vətənimdə unudulmadığımı bilirəm, dəfələrlə bunun şahidi olmuşam, bundan böyük, bundan güclü dayaq ola bilməz. Məni sevən, mənim sənətimə dəyər verən hər bir dinləyicimə sonsuz minnətdarlığımı bildirirəm". (kuls.az)


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2479   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ceki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını

17 avqust
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr
.

Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq

Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind

24 avqust
.

Əməkdar artist komaya düşüb

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır

7 sentyabr
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

Pikassonun tablosu 1,7 milyon dollara satıldı

İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo

26 iyun
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam

8 iyun
.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

2 iyul