"Azərbaycanda yumurtanın qiymətində hər hansı dəyişiklik olmayıb" - APEPEA sədri
Son günlər ölkədə yumurtanın qiymətinin artması ilə bağlı çoxsaylı məlumatlar yayılır. Bəzi mənbələr yumurtanın 22-23 qəpiyədək bahalaşdığını iddia edir.
Bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından (APEPEA) məlumat verilib.
Bildirilib ki, Assosiasiya üzvü olan yumurta istehsalçılarının heç birinin məhsulu yuxarıda qeyd olunan qiymətə satılmır.
APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli deyib:
"Fevral ayından son bir həftəyədək Azərbaycanda yumurtanın qiymətində hər hansı dəyişiklik olmayıb. Baxmayaraq ki, qlobal bazarda yumurta istehsalında əsas komponent olan yem və yem əlavələrinin qiyməti fevral ayından bəri orta hesabla 30-40 faiz bahalaşıb, 1 yumurtanın maya dəyəri 16-17 qəpiyə yüksəlib, Assosiasiyaya daxil olan yumurta istehsalçılarından heç biri qiyməti artırmayıb. Bunun da əsas səbəbi bu olub ki, ölkədə tələbatdan xeyli artıq yumurta istehsal edilir və qiymətləri bazar tənzimləyir. Son aylarda yumurta istehsalçıları, xüsusilə orta və kiçik istehsalçılar böyük zərərlə üzləşdilər. Əvvəlcədən yem ehtiyatlarını təmin edə bilən iri istehsalçılarda zərər daha az oldu, onlardan bəziləri xaricə ixracı da yoluna qoydular. Kiçik və orta müəssisələrin bir çoxu zərərdən yayınmaq üçün ana sürülərini sayını azaltdılar. Buna görə də istehsal azaldı və avqustun ortalarından tələbatın artması ilə qiymətlər topdandansatışda 14-15 qəpiyə yüksəldi. Yəni bu gün yumurtanın fabrikdən çıxış qiyməti 15 qəpikdən yuxarı deyil. Hazırda əksər ticarət şəbəkələrində pərakəndə satış qiymətləri 16 qəpikdir ki, bu də keçən ilin eyni dövründəki qiymətlərdən aşağıdır. Ötən il istehsalçılar qarğıdalını 44 qəpiyə, buğdanı 40 qəpiyə alırdı, yumurtanın bir qutusu(360 dənəsi) 58 manata satılırdı. İndi qarğıdalını 84-85 qəpiyə, buğdanı 65 qəpiyə, günəbaxan yağını 3,5 manata, dikalsinin birini əvvəl 1.2 manata, indi 3,5 manata alırlar. Bunun qarşılığında topdansatış qiyməti bir qutu üçün 54 manatdır. Yəni faktiki olaraq, hazırda yumurtanın qiyməti ötən ilkindən aşağıdır. Kimlərsə fürsətcillik edib, 14-15 qəpiyə aldığı yumurtanı 20-22 qəpiyə satırsa, burada istehsalçının heç bir günahı yoxdur".
APEPEA sədri bildirir ki, hazırda ölkədə yetərincə yumurta ehtiyatı var və yaxınmüddətli dövrdə yumurtanın mövcud qiymətlərdən yuxarı satışı gözlənilmir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan nefti ucuzlaşıb
"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub
17 sentyabrİranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?
İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər
11 sentyabrÖtən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə
18 sentyabrBrent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü
Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla
17 sentyabrAzərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb
Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu
15 sentyabrAzərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb
Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus
16 sentyabrBrent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü
İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare
3 sentyabr