Xəyanətə görə ailəsi dağıldı, ömrü boyu tək yaşadı – MARAQLI FAKTLAR
Bu gün aktyor Gündüz Abbasovun anım günüdür.
Sonxeber.az Kulis.az-a istinadla bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir
Anası Mələk xanım Cəfər Cabbarlının qardaşı qızı olub. Cəfər Cabbarlının iki yaşı olanda atası rəhmətə gedib. Onu Gündüz Abbasovun babası Qafar kişi böyüdüb.
İmkanlı ailədə böyüyüb. Gənc vaxtı çox yaraşıqlı olduğundan və zövqlə geyindiyindən, onu elə küçədə görüb filmə dəvət ediblər. Elə o vaxtdan ard-arda filmlərə çəkilməyə başlayıb.
***
Sonralar özündən doqquz yaş balaca olan gələcəyin aktrisası Ofeliya Məmmədzadə ilə tanış olur. Xanımın yaşı nikaha düşmədiyi üçün onun yaşını üç yaş böyük yazdırırlar. Bir müddət sonra Gündüz Abbasovun xəyanəti ucbatından ailə dağılır. Ofeliya Məmmədzadə oğlunu özü ilə aparsa da, qızları aktyorun anasının yanında qalır. Bir müddət sonra Ofeliya xanım da aktrisa kimi fəaliyyətə başlayır. Qızı Dildar xanımın sözlərinə görə, atası bundan acığa düşür və prokuror işləyən qardaşının köməyi ilə oğlunu da keçmiş xanımından geri alır.
Sonralar uşaqlarını keçmiş həyat yoldaşının tamaşalarına aparsa da, onunla görüşməyi hər iki tərəfə qadağan edir. Ofeliya xanım uşaqlarını görmək üçün ondan xəlvət bağçaya gəlirmiş. Uşaqlar yalnız böyüyəndən sonra hansı isə məclisdə təsadüfən analarını yaxından görə bilirlər.
***
Dildar xanım müsahibələrinin birində atasının dövrün məşhur aktrisalarından biri ilə münasibəti olduğunu qeyd edir: "Atamın o dövrün məşhur aktrisalarından biri ilə sevgi münasibətinin olmasını eşidən anam bunu qəbul etməyib atamdan ayrıldı. Atam həmin aktrisa ilə anamla ailəli ola-ola tanış olub, görüşüb. Onlar ayrılandan sonra belə atamın onunla münasibəti uzun illər davam edib. Hətta yadıma gəlir ki, biz də hərdən atamla o qadının evinə gedirdik. O, bizi çimizdirir, bizim üçün xörək hazırlayırdı".
***
Aktyor 1969-cu ildə ikinci dəfə ailə qurur. Bu evlilikdən isə onun bir oğlu, bir qızı olur. Ancaq 10 ildən sonra ikinci evlilik də ayrılıqla nəticələnir. Aktyor bir də heç vaxt evlənmir. Ömrünün son günlərinə qədər tək yaşayır.
Universitetdə oxuduğu zaman bir qızla tanış olur. Bir-birlərini çox sevirlər. Gündüzdən bir kurs yuxarı oxuyan sevgilisi onunla eyni kursda oxumaq üçün bir il kursda qalır. Lakin qızın valideynləri ayrıldığı üçün anası sevdiyi qızı ona almır. Onlar ayrılmalı olurlar. Sonralar öz taleyi gətirməyəndə aktyor anasını günahlandırıb deyirmiş: "Məni sən bədbəxt elədin".
Sonralar başqa adamla ailə quran qadın öz oğlununa Gündüzün ən məşhur obrazlarından birinin adını verir - Elşən. Amma sonralar Elşən cavan yaşda dünyasını dəyişir.
***
O qadınla Gündüz uzun illərdən sonra, ahıl yaşlarında cəmi bircə dəfə görüşürlər. Təsadüfən Gündüzün ata evinin yaxınlığından keçən qadın evin qapısını döyür. Kiminlə rastlaşacağını ağlına belə gətirməyən aktyor yazı masasından qalxıb qapını açanda ilk məhəbbəti ilə qarşılaşır.
***
Sağlamlığı barədə heç vaxt şikayəti olmasa da ölümündən iyirmi gün əvvəl ayaqları tutulur, yatağa düşür. İlkin həkim müayinəsindən sonra məlum olur ki, aktyor serrozdur. Vəziyyəti getdikcə daha da pisləşir, komaya düşür. Ölümünə bir neçə saat qalmış baxışlarını bir nöqtəyə zilləyib deyir: "Peşman olmuşam".
Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak edib. Aktyorun sonuncu filmi "Yuxu" olub. Sağlığında filmi görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı tamaşaçılar tərəfindən hər zaman xatırlanır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu