41 yaşına qədər oteldə yaşadı, nazir xanım ona aşiq oldu, qızlar maşınını çiynində apardılar

41 yaşına qədər oteldə yaşadı, nazir xanım ona aşiq oldu, qızlar maşınını çiynində apardılarSonxeber.az Kulis.az-a istinadən Azərbaycan ifaçılıq sənətinin ən məşhur ulduzu Müslüm Maqomayev haqda on maraqlı faktı təqdim edir.

Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.

İkinci Dünya Müharibəsinin bitməsinə üç gün qalmış Müslüm atasını itirir. Ata oğluna göndərdiyi son məktubunda yazırdı:

"Bu gün mənim oğlumun ad günüdür. Ona nə arzulaya bilərəm. Əlbəttə xoşbəxt və sevincli günlər diləyirəm. Qoy bilsin k, atası onu sevir və son nəfəsinədək sevəcək".

Atasının ölümündən sonra Müslüm Bakıda rəhbər vəzifələrdən birini tutan əmisi Camalın himayəsində yaşamağa başlayır. Mülsüm, omrünün sonuna qədər əmisini hörmət və ehtiramla yad edir, onun xatirəsini əziz tutur.

O, atasız keçən uşaqlığını xatırlayanda deyirdi:

"Müharibə illərindən sonra anamın həyatı çətinləşdi və o, yenidən ailə qurdu. Mən onu heç nədə günahlandıra bilmərəm". Xatırladaq ki, onun anası aktrisa Ayşət Maqomayeva Əhmədovadır. Müslüm babası aktrisa Hökümə Qurbanovanın anası Malikat xanım doğmaca qardaşı olub.

Müslüm Bakı Musiqi məktəbində təhsil alarkən Ofeliya adlı qızı sevir və onunla evlənmək istəyir. Lakin nənəsi bu evliliyə qarşı çıxır və Müslümün pasportunu gizlədir. Müğənni başa düşür ki, pasportunu nənəsi gizləyib. Sonradan pasportu tapan Müslüm sevdiyi qızla evlənir. Bu evlilikdən onların bir qızı doğulur. Müslüm qızına Marina adını qoyur. Bu adı təsadüfən seçməmişdi. Müslüm özü etiraf edirdi ki, ilk sevgisi beş yaşında bağça yoldaşı Marina olub. Hətta sonralar yazdığı "Marina Marina" mahnısını məhz uşaqlıq illərindən yalnız gözəl xatirələri qalan o qıza həsr edib. 1970-ci illərdə bu kompozisiya hitə çevrilibmiş.

Ailə qurduqdan sonra xanımı həmişə Müslümün evdə olmasını istəyərdi. Həmçinin qohumların da ona qarşı təzyiqi olurdu. Qastrollar başlamışdı. Gənc sənətçi müxtəlif şəhərlərə gedir və o günləri belə xatırlayırdı:

"Mənə ansamblda o zaman üçün yaxşı pul ödənilirdi. Qastrolların çoxluğu məni ev qayğılarından uzaqlaşdırmışdı. Səfərlərdən evə qayıtmaq istəmirdim, xarakterim əxlaqlı evdar kişi rolunu oynamağa imkan vermirdi".

Bir gün Ofeliya ilə ayrılıq vaxtı yetişir və onlar ayrılır.

Bir dəfə isə Müslüm SSRİ Xalq artisti Edita Pyexaya eşq elan edir. Xanım müğənni isə bunu zarafat kimi qəbul edib gülür. Müslüm Editdən sonra da evli qadına vurulur. Bu qadın opera müğənnisi Tamara Sinyavskaya idi. Sənətkar inanırdı ki, bu sevgi ona uğur gətirəcək. Sona qədər Tamaranın sevgisini qazanmaq üçün çalışır və istəyinə çatır. Tamara ərindən boşanır və Müslümlə evlənir. Onların toyunu Heydər Əliyev edir. Tamara xanım sonralar bu haqda belə danışırdı:

"Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi. Azərbaycanlılar üçün bu, onların fəxrli oğullarının toyu idi. Əlbəttə, hamı mənə sınayıcı nəzərlərlə baxırdı. Mən də özümü ədəbli aparırdım, buna görə də tənbeh olunmadım və əvəzində "gəlin" adına layiq görüldüm. Müslüm mənə deyirdi: "Tamara, sən bütün Azərbaycanın gəlinisən".

Sovet qadınları, qızları onun fotolarından oboy düzəldirdilər. O, stadionlara helikopterlə enirdi. Onun avtomobilini qadınlar qaldırıb çiyinlərində daşıyırdılar. Ona hamı vurğun idi, onu hamı dəlicəsinə sevirdi, onun populyarlığına nəinki yüksəlmək mümkün deyildi, hətta Alla Puqaçova demişkən "Müslümə yaxın olmaq, ona toxunmaq üçün" adamlar vokal sənətini seçirdilər ki, bəlkə hardasa, kulisdə onu gördülər, toxundular.

***

Müslüm Maqomayevin yetişdiyi zirvəni təsəvvür etmək üçün, Andropovla Brejnevin konsertlərə sırf ona qulaq asmaq üçün getdiklərini bilmək yetərlidir. Baş katiblər, imperiyanın külli ixtiyar sahibləri ona tamaşa edəndə nəfəslərini tutur, "Malaya zemlya" mahnısını dinləyəndə isə hıçqıraraq ağlayırdılar. Seks simvol Maqomayev, SSRİ mədəniyyət naziri xanım Furtsevanın da başını xarab eləmişdi. Furtseva onu La Skalaya, təcrübə keçməyə göndərməkdən tutmuş, bütün "yağlı" səfər və konsertlərə adını yazdırmağa qədər Müslüm üçün mümkün olan və olmayan hər şeyi edirdi. Hətta Şostakoviçin özü də Maqomayevlə əməkdaşlıq etmək, hansısa əsərindəki partiyanı ona oxutdurmaq arzusunda idi, amma Müslümün tənbəlliyindən və ümumiyyətlə operaya artıq maraq duymamasından ötrü, bu əməkdaşlıq alınmamışdı.

O vaxtkı mədəniyyət naziri, vaxtı ilə yaxın dostu olan Polad Bülbüloğlu ilə aralarındakı konflikt hər kəsə məlum idi. Halbuki Müslümün özü heç bir zaman ona cavab vermədi, haqqında danışmadı, imkanı olduğu halda ifşa etmədi. Qısqanclıqdan yaranan bu çəkişmə ədavətə çevrilmişdi. O qədər ki, həyat yoldaşı Tamara xanım keçmiş naziri Müslümün dəfnində iştirak etməyə qoymadı. Ancaq kinorejissor Eldar Qliyevlə dostluğu da maraqlı bir cizgi ilə yadda qalıb. Müslim onun ad günündə dünyanın harasında olur-olsun Bakıya gəlirmiş.

Maqomayev yalnız 41 yaşında ev aldı. Buna qədər o, arvadı ilə "Rusiya" mehmanxanasının lüks nömrəsində yaşayırdı. Ailə mübahisələrindən birində Tamara başqa nömrəyə köçür. Maqomayev isə pəncərəyə dırmaşıb hündürlükdən Tamaranın pəncərəsinə yaxınlaşıb deyir: "Ku-ku!" Tamara xanım qorxudan az qala özündən gedir. Konflikt həmən unudulur.

66 yaşlı əfsanəvi Maqomayev 2008-ci il oktyabrın 25-də ürək tutmasından vəfat edir. O, Bakıda I Fəxri Xiyabanda dəfn edilib. "Azərbaycan" mahnısının sədaları altında keçirilən vida mərasimində pərəstişkarları Filarmoniyadan İstiqlaliyyət küçəsi boyunca çiçək dənizi yaratmışdılar.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3232   Tarix: 21 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021