Azərbaycan, İran və Rusiya tranzit daşımaları barədə razılığa gəldilər - RƏSMİ

Azərbaycan, İran və Rusiya tranzit daşımaları barədə razılığa gəldilər - RƏSMİAzərbaycan, İran və Rusiya gömrük xidmətləri rəhbərlərinin üçtərəfli ilk görüşü keçirilib

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Avqustun 22-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun, İran İslam Respublikası Gömrük Administrasiyasının rəhbəri Əlireza Moqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov gömrük xidməti orqanlarının ilk üçtərəfli görüşünün əhəmiyyətini vurğulayıb və bildirib ki, bu formatda belə görüş ilk olaraq keçirilir. Görüşdə beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsinin önəmi qeyd edilib və hər üç ölkənin iştirakı ilə imzalanacaq tranzitin asanlaşırılması üzrə memorandumun beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasına, Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının genişlənməsinə, İran-Azərbaycan-Rusiya marşrutu üzrə sərhəd-keçid məntəqələrində gömrük tranziti əməliyyatlarının asanlaşdırılmasına, yeni çağırışlar əsasında gömrük nəzarətinin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq. Vurğulanıb ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni yaradılan infrastruktur, yollar, logistika mərkəzləri tranzit imkanlarının artırılmasına və genişlənməsinə xüsusi olaraq təkan verəcək.

Görüş zamanı bildirilib ki, məlumatların əvvəlcədən ötürülməsi və belə mexanizmin yubanmadan tətbiq edilməsi, o cümlədən, konkret icra işlərinin həyata keçirilməsi məsələləri həll olunmaqla dəmiryolu vasitəsilə daşınan yüklər də daxil, sərhəd buraxılış məntəqələrində yük daşımaları da ləngimələrə məruz qalmayacaq, nəqliyyat dəhlizlərinin cəlbediciliyi artacaq, əvvəlcədən aparılan ilkin məlumatların elektron mübadiləsi hesabına gömrük prosedurları asanlaşdırılacaq.

Yekunda "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, İran İslam Respublikası Gömrük Administrasiyası və Rusiya Federasiyasının Federal Gömrük Xidməti arasında Tranzitin Asanlaşdırılması üzrə Anlaşma Memorandumu" imzalanıb və bu işləri koordinasiya edəcək üç ölkənin gömrük orqanlarının yüksək səviyyəli nümayəndələrinin daxil olacağı komitənin yaradılması nəzərdə tutulub.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1812   Tarix: 22 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Yeni tədris ili ilə bağlı məktəbli ailələrinin orta hesabla hansı xərcləri yaranır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə məktəbli ailələrinin qarşısında ənənəvi olaraq əlavə xərclər yaranır. Məktəbli forması, çanta, dəftərxana ləvazimatları, ayaqqabı və digər zəruri ehtiyacların alınması ailə büdcəsinə ciddi yük yarada bilər. Bu il də müxtəlif məktəb ləvazimatlarının qiymətlərində əvvəlk

15 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr
.

İqlim dəyişikliyi kənd təsərrüfatı üçün ciddi risklərdən birinə çevrilir - AÇIQLAMA

İqlim dəyişikliyi Azərbaycanda kənd təsərrüfatı üçün temperaturun yüksəlməsi, su ehtiyatlarının azalması və quraqlıq, sel və digər ekstremal hava hadisələrinin artması kimi risklər yaradır. Bu amillər məhsuldarlığa və fermerlərin gəlirlərinə təsir etməklə yanaşı, ərzaq qiymətlərində də bahalaşma təzyiq

9 sentyabr
.

Brent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü

Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla

17 sentyabr
.

Azərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu

15 sentyabr
.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Brent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü

İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare

3 sentyabr