Toya termosda konyak aparan, səhnədə güllələnən Xalq artisti

Toya termosda konyak aparan, səhnədə güllələnən Xalq artistiAvqustun 28-i muğam ustası, yanıqlı ifaları ilə yadda qalan, sovet dönəmində belə səsində Cənubi Azərbaycan həsrətini yaşadan Xalq artisti Rübabə Muradovanın anım günüdür.

Lent.az "Bir ulduz axdı" layihəsi çərçivəsində bu dəfə onun ömür yoluna nəzər salacaq.

O yanıqlı səsdə yarım qalmış sevgilərin harayı var idi. Rübabə oxumurdu, öz təzadlı taleyinə, axtarıb tapa bilmədiyi qadın səadətinə ağı deyirdi. Həm ağlayırdı, həm də ağladırdı. O, "içi özünü, çölü özgələrini" yandıran qadın idi.

Ömrü boyu haqqında minlərlə şaiyələr gəzdi, dolandı, əksəriyyəti də xoş deyildi. Adətən Sovet dönəmində məşhur simaların şəxsi həyatı qaranlıq qalardı, onun haqqında isə həddən çox danışılırdı. Onu yıxmaq, ayaqları altında quyu qazmaq istəyən yaxın ətrafının qısqanclığı, paxıllığı ilə yayılırdı bu söhbətlər. Amma o, yenə sevilirdi, yandıqca dirilirdi, Zümrüd quşu kimi.

Taleyində nənəsinin bir kəhanəti yaman bəd rol oynamışdı. 7-8 yaşları olanda ailəsi ilə birlikdə Ərdəbil dağlarında istirahət edərkən ilk dəfə gördüyü bir çiçəyi dərib saçlarına taxmışdı. Nənəsi qızın saçlarındakı çiçəyi görüb vaysınmışdı. İnanca görə, 25 ildə bir dəfə açan bu çiçəyi kim qoparsa, əlləri yara tökər, bəxti, taleyi kəm gələrmiş. Rübabənin o yay əlləri yara tökəndə gələcəyinə dair içini bir qorxu sarır. Təəssüf ki, 10 il sonra qorxuları çin olur.

Həyatında nələr olmadı, anadan olduğu Ərdəbili məcburi tərk etdi, ilk övladını əlindən aldılar, səhnədə olarkən əri tərəfindən atəşə məruz qaldı, ona görə baldızı döyüldü, özünü yandırdı, içkiyə və siqaretə qurşandı.

Rübabə İşraqi Muradova 1933-cü il martın 21-də Ərdəbildə molla ailəsində doğulmuşdu. 5 bacısı, iki qardaşı var idi. 1946-cı ildə atası siyasi mühacir kimi həbs olunur. Həbsdə olan atası zindan rəisi işləyən Xəlil Ağadan ailəsini İrandan çıxarmağı xahiş edir. Özü isə zindanda döyülərək öldürülür. Lakin Rübabə bunu çox sonralar öyrənəcəkdi.

Onlar əvvəlcə Astaraya sonra, Salyana yerləşirlər. Onunla bərabər Arazı keçən Xəlil Ağa 16 yaşına çatmış Rübabə ilə evlənir. Evlənəndən sonra Xəlil Ağa təhsil almaq üçün Gəncəyə gedir. Rübabə Muradova ondan icazəsiz həmkarı Qulu Əsgərovla səhnəyə çıxır və bu onun ailəsinin dağılmasına səbəb olur.

Müğənni seçim edir, azyaşlı qızını da götürüb ərindən ayrılaraq Bakıya köçür. Çünki bir müddət öncə tanınmış aktyor Ələsgər Ələkbərov onu təsadüfən Sabirabad teatrında görmüş və Bakıya Filarmoniyada işləməyə dəvət etmişdi.

Müğənni Bakıda çox tez şöhrət tapır. Səhnələrə çıxır. Keçmiş əri ondan əl çəkməyərək səhnədə ona atəş açır. Xoşbəxtlikdən Rübabə yaralanmır. Rübabə ərindən şikayət edir, Xəlil Ağa həbs olunur, Rübabə xanımın qızı Qəməri əlindən alıb Moskvaya beynəlxalq internata göndərirlər. Sonralar müğənni qızını internatdan geri ala bilir. Qəmər böyüyüncə anasının yox, babasının yolunu gedir, Bakı məclislərində mollalıq etməyə başlayır. Bu ailədə hamının yanğılı səsi var idi. Qəmər səsiylə yas məclislərindən qazanc götürürdü. Əsl adı Qəmərmülk olan bu xanım 2022-ci ilin mart ayında vəfat edib. Hadisələri qabaqlayaraq qeyd edim ki, Rübabə xanımın ikinci qızı da 2021-ci ildə həyatla vidalaşıb.

Rübabə xanım işləyə-işləyə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alır. Müəllimi Seyid Şuşinski və tarzən Əhsən Dadaşovla sevgi münasibətləri yaşaması barədə söz-söhbətlər bu dövrdə yayılır.

Rübabə Muradova İçəri şəhərdə kirayədə qalırdı. Bir gün qonşu qızı onunla birlikdə konsertə gedir. Konsertə getdiyinə görə, qonşu qız qardaşı tacir Tələt tərəfindən möhkəm döyülür. Qız acığa düşüb özünü yandırır. Tələt Rübabənin səsinə görə döyülməyi, yanmağı gözə almış bacısının hərəkətinə təəccüblənir və Rübabənin necə oxuduğunu görmək üçün özü də onun konsertinə gedir. Və Rübabəyə aşiq olur. Rübabə Muradova ikinci dəfə tacir Tələtlə ailə qurur, bu nikahdan Şahnaz dünyaya gəlir. Bu evliliyin də parçalanmasına sənəti səbəb olur. Çox qısqanc adam olan Tələt də Rübabədən sənətdən ayrılmasını tələb edir və müğənni yenə sənətini seçir. Rübabə xanım iki balasını da götürüb dövlət tərəfindən ona verilən evə köçür və bir daha evlənmir.

Ərdəbildə ilk məhəbbətini qoyub gəlmişdi. Deyilənə gör, ikinci ərindən ayrıldıqdan sonra 15 il ilk məhəbbəti olmuş həmin insanla birlikdə yaşayıb, amma münasibətlərini rəsmiləşdirməyiblər. Bunun nə dərəcədə yalan və ya gerçək olmasını kimsə dəqiq bilmir. Hər kəs Rübabənin gözlərindəki işığı görüb, onun ilk sevgisinə qovuşduğunu zənn edib. Bu sevgi əfsanəsinin gizli qəhrəmanı, bu hekayənin necə bitməsi barədə isə məlumat yoxdur.

Gözəl qadın idi, elə ona görə də adı çox tez- tez sevgi hekayələrinin içində hallanırdı. Adını yoldaş qoyan sənətçilərdən bəziləri utanmadan onun pozğun həyat tərzi keçirdiyini, hətta qumar məclislərində oturduğunu dilə gətirirdilər. Onun haqqında şaiyələri məhz sənətkar ola bilməyib kölgəsini qılınclayanlar yayırdılar. Rübabə isə cavab verməkdən çox uzaq idi.

Bir neçə il əvvəl Bakı küçələrində dilənən 55 yaşlı Nailə Muradova adlı qadın Rübabə Muradova və Süleyman Rüstəmin nikahdan kənar doğulan qızı olduğunu söyləməklə gündəmə bomba kimi düşmüşdü. Süleyman Rüstəm və Rübabə xanım sovet dövlətinin ən güclü vaxtlarında Cənubi Azərbaycan həsrətini açıq-açıq dilə gətirə bilən iki tanınmış sima idi. Yəqin elə buna görə adları qoşa çəkilmişdi. Rübabə xanımın ailəsi Nailə Muradovanın psixi xəstə olduğunu, yalan danışdığını deyərək xəbəri təkzib etmişdi.

Deyilənə görə o, Opera və Balet Teatrında "Leyli və Məcnun" operasında tərəf müqabili olmuş, Məcnun rolunu ifa edən Qulu Əsgərova da aşiq olubmuş. Hərçənd, səhnəmizin digər Məcnunu Canəli Əkbərov da Rübabəni Leyli obrazında sevmiş, vurğununa çevrilmişdi.

"Altı Leylim olub, amma nə gizlədim, Rübabənin həqiqi Məcnunu olmuşam. Rübabənin səsi məni öldürüb-dirildirdi", - deyə o, müsahibələrindən birində demişdi.

Rübabə xanımı toylara dəvət edərdilər, o da sevə- sevə gedərdi. Yüksək vəzifəli şəxslər onu məmnuniyyətlə dəvət edərdilər. Müğənni heç vaxt toy qiyməti danışmazmış. Verilən hədiyyələr danışdığı toy qiymətindən iki-üç dəfə çox olardı və o, qazancını öz kasıb sürücüsüylə də paylaşarmış.

Ona "xala", "bibi" kimi müraciət olunanda acığı gəlirmiş. Elə bir varı, dövləti yox idi. İçkiyə və siqaretə çox pul xərcləyərmiş. Deyilənə görə, özü ilə toylara termosda konyak apararmış. Elə bu da onda qara ciyər sirrozunun yaranmasına səbəb olub. Şəkər xəstəliyi də bir yandan onu şam kimi əritmişdi. Uzun müddətli xəstəlikdən sonra arıqlayıb, tanınmaz hala düşmüşdü.

Rübabə Muradovanın ölümündən 2 gün əvvəl qeydə alınan lent yazısı Qızıl Fondda saxlanılır. Onun barəsində həkimlərin ümidsiz danışdığını eşidən Əlibaba Məmmədov bu barədə televiziyada məlumat verir və Rübabə xanımın ifasında bir mahnı lentə alınır. Çox arıqlamış və əldən düşmüş müğənni mahnısını oturaraq ifa edir. Bu hadisədən 2 gün sonra o, həyatla vidalaşır. Rübabə xanım 1983-cü ilin avqustun 28-də 50 yaşında dünyasını dəyişir.

Onun vəfatına çox həmkarları sevinir, bir çoxu onun yas mərasiminə gəlmir. Niyə gələydilər ki, sağlığında işləri-gücləri onun haqqında yuxarılara "danos" yazmaq olmuşdu. Hətta bir dəfə yazmışdılar ki, o, Leyli obrazını oynayarkən səhnəyə sərxoş vəziyyətdə çıxıb, tamaşaçıları söyüb. Pərdə dərhal bağlanıb, tamaşa yarımçıq saxlanılıb.

1953-cü ildə Filarmoniyada ilk mahnısını oxuyan Rübabə, üç ildən sonra "Əməkdar artist", 18 il sonra (38 yaşında) "Xalq artisti" adını almışdı. Belə uğur hər kəsə müyəssər olmurdu. Ona görə paxıllığını çəkənlər çox idi.

Rübabə Muradova ömrünün sonuna qədər Opera və Balet Teatrında məşqçi-pedaqoq vəzifəsində çalışdı.

Şəhriyarın "Heydər Babaya salam" şeiri üstə yazılmış o məşhur mahnı Rübabənin avazında bir başqa cür gözəl idi. Nisgilini oxumuşdu. O mahnıya, mahnı da sənətkara ömür verdi.

Tək arzusu öləndə məzarının üstünə Ərdəbil torpağının tökülməsiydi. Sonralar yollar açılanda qızı Ərdəbildəki ata yurdundan onun məzarına torpaq gətirib tökmüşdü. Görəsən, yanan ürəyinin təşnəsi sönmüşdümü, dərdi özünü, sənəti özgələrini yandıran qadının?
Toya termosda konyak aparan, səhnədə güllələnən Xalq artistiToya termosda konyak aparan, səhnədə güllələnən Xalq artistiToya termosda konyak aparan, səhnədə güllələnən Xalq artistiToya termosda konyak aparan, səhnədə güllələnən Xalq artistiToya termosda konyak aparan, səhnədə güllələnən Xalq artistiToya termosda konyak aparan, səhnədə güllələnən Xalq artistiToya termosda konyak aparan, səhnədə güllələnən Xalq artistiToya termosda konyak aparan, səhnədə güllələnən Xalq artistiToya termosda konyak aparan, səhnədə güllələnən Xalq artisti


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3741   Tarix: 23 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ceki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını

17 avqust
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

11 avqust