Brilliant Dadaşovanın başına iş gəldi: "Bu işlə kimsə xüsusi məşğul olur, hamısını silir..."
Xalq artisti, sevilən müğənni Brilliant Dadaşovanın başına iş gəlib.
Sonxeber.az xəbər verir ki, Moderator.az-a açıqlama verən sənətkar bildirib ki, yutub sosial şəbəkəsindən mahnılarını siliblər.
"İndi yutuba baxsanız görəcəksiniz ki, mahnılarım 2-3 il bundan öncə yüklənilib. Çünki 20 il bundan əvvəl internetdə, yutubda olan mahnılarımın hamısını siliblər. Bu işlə kimsə xüsusi məşğul olur. Nə gözəl ki, məni qəlblərdən silə bilmirlər. O mümkün deyil! Tək məni yox, ümumiyyətlə qəlbdə olan insanları silmək mümkün deyil" deyə sənətkar bildirib.
Xalq artisti bildirib ki, bütün nəsillərin onu dinləməsi xoşuna gəlir.
"Çox xoşdur ki, məni yalnız "uşaq-muşaq" yox, ahıl, qocaman, musiqini bilən insanlar da dinləyirlər. Bu mənim üçün təsəlliverici bir haldır. Çünki mən də uşaq olanda bilmədiyim bəzi mahnılara qulaq asırdım. Biləndə isə deyirdim ki, "bunu nə pis oxuyublar?". İnsan dərk etdikcə bunu bilir, başa düşür. Görünür ki, o insanlar da mənim oxuduğum mahnıda, musiqidə dünyanı, həyatı daha çox dərk edirlər. Demək ki, bu məhəbbət hələ də davam edir. Mən belə fikirləşirəm ki, "kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Hər nə sənət sahibi olursa-olsun insan onun kamili olmalıdır" deyə xalq artisti bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır - Xalq artisti
"Biz Rasim Balayevlə birgə çox işləmişik. Cəfər Cabbarlının "Aydın" tamaşasında o, Dövlət bəyi, mən isə Gültəkin rolunu oynayırdım. Bu, universitetin Cəfər Cabbarlının yubileyinə hazırlanan bir tamaşası idi. Tamaşamız böyük səs-küy yaratmışdı. Rasim Dövlət bəyi çox gözəl oynamışdı. Bizi
1 aprel"Mona Liza" tibbin 346 il sonra təsvir etdiyi xəstəliyi gizlədirmiş
XVI əsrin əvvəllərində Leonardo da Vinçi tərəfindən yaradılmış məşhur "Mona Liza" əsəri tibbin yalnız XIX əsrdə rəsmi şəkildə təsvir etdiyi irsi xəstəliyin tarixdə ilk vizual təsviri ola bilər. Söhbət ailəvi hiperxolesterinemiyadan gedir. Bu genetik pozuntu nəticəsində orqanizm "pis"
11 mayRəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"
Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda
8 iyulQüdrətdən "Məhəllə" etirafı: "İndi baxanda kədərlənirəm" - VİDEO
Aktyor Rafael İsgəndərov Moskvadan etdiyi paylaşımı ilə diqqət çəkib. Ölkə.az xəbər verir ki, sənətçi "Məhəllə" filmindən kadrlar paylaşmaqla yanaşı, ekran işinin çəkildiyi məkanlara gedərək həmin yerlərdən görüntülər yayımlayıb. İsgəndərov paylaşımında bu sözləri yazıb: "Bu film komediy
23 aprel2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı
Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin
2 iyulAzərbaycan finala keçə bilmədi
Xəbər verdiyimiz kimi, "Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir. Axşam.az-ın məlumatına görə, gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib. Yarışmada ölkəmizi "Just go" mahnısı ilə təmsil edən Jiva finala çıxa bilməyib. Bolqarıstan, Ukrayna, Norveç
15 may"Qızımın səsi var, amma o siyasəti seçdi"
Xalq artisti Gülyanaq Məmmədova "Qonaqcanlı" verilişində qızı ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi övladı Sılanın musiqi istedadı olsa da, bu sahədə fəaliyyət göstərmədiyini bildirib:. "Qızım Sılanın səsi var, amma oxumur. Bakı Slavyan Universitetində təhsil alır
29 may