Anası döyə-döyə onu sənətə gətirdi, Məhəbbət Kazımov ondan incidi - Könül Kərimovanı toylarda oxumağa nə məcbur etdi?

Anası döyə-döyə onu sənətə gətirdi, Məhəbbət Kazımov ondan incidi - Könül Kərimovanı toylarda oxumağa nə məcbur etdi?Sonxeber.az Kulis.az-a istinadən müğənni, Əməkdar artist Könül Kərimova haqqında maraqlı faktları təqdim edir.

Könül Qəmbər qızı Kərimova 15 sentyabr, 1968-ci ildə Ağcabədidə anadan olub. Onun ailəsində hər kəs musiqiyə meylli olduğundan evlərində piano, qarmon, nağara kimi musiqi alətləri olub.

Könül Kərimovanın musiqiçi olmasına səbəb isə anası idi. O, qızını xanəndə kimi görmək istədiyindən orta məktəbi bitirəndən sonra onu Bakı şəhər, 8 №-li Musiqi təmayüllü gimnaziyasına, Əfsər Cavanşirovun yanına aparır. Müğənni həmin günləri xatırlayarkən deyir:

"Əfsər müəllimlə Oqtay Rəcəbov məni yoxladıqları vaxt birdən Əfsər müəllim Oqtay müəllimə baxıb dedi ki, bəlkə, burda bir xanəndəlik fakültəsi açasan? Burda istedadlı uşaqlar çoxdur. Bundan sonra onlar elə bizim yanımızda Həbib Bayramova, Tükəzban İsmayılovaya zəng vurdular. Beləcə, gözümün qarşısında gimnaziyada xanəndəlik kursu açıldı. Səhəri gün beş-altı uşaq da gəldi. Amma diqqət mənim üzərimdə idi. Tükəzban xanım idi müəllimim. İlk dərsdə mənə dedi ki, qızım, bir xalq mahnısı oxu görüm. "Bülbüllər" mahnısını oxudum. Sonra dedi, indi bir zəngulə vur görüm. Dedim, zəngulə nədir? Güldü, dedi, indi mən sənə bir "Qatar" öyrədəcəyəm ki, hamı məəttəl qalacaq. Sənin qəşəng səsin var. Başladı "Qatar" muğamından zəngulələr etməyə. Altı ayın içərisində məni öyrətdi".

Bir müddət sonra o, Bülbül adına gimnaziya üçün keçirilən müsabiqəyə qatılır. Üç turdan keçir. Sonuncu tur Filarmoniyada olur. Burada Şövkət Ələkbərovanın, Niyazinin, Süleyman Ələsgərovun, İslam Rzayevin, Arif Babayevin, Canəli Əkbərovun qarşısında çıxış etməli olur. Onunla birgə çıxış edənlərin arasında Elçin Cəlilov, Könül Xasıyeva, Nuriyə Əhmədova, Zakir Əliyev, Aybəniz Haşımova da vardı. Müsabiqə uğurla başa çatır. Könül Arif Babayevin sinfinə düşür. Bununla da, musiqi səhnəsinə qədəm qoyan Könülün həyatında yeni səhifələr açılır.

***

O, "Yar başına dönüm sənin", "Məni də apar", "Mənim tək sevənin olmayacaqdır", "Dünya", "Atıb getdin", "Gəl, möcüzəm", "İstəyirəm" kimi mahnıları ilə tamaşaçılar tərəfindən böyük məşhurluq qazanıb.

Ancaq anası tərəfindən ciddi nəzarətdə olan Könülün həyatdakı seçimləri heç də həmişə öz istədiyi kimi olmur. Səhnəyə çıxarkən geyinəcəyi paltardan tutmuş ifa edəcəyi mahnılara qədər hər birinin seçimində anasının ciddi rolu və nəzarəti olur. O, özü bu barədə müsahibələrinin birində deyir:

"Baxmayaraq ki, məni bu sənətə anam döyə-döyə gətirib, amma məni incidib də. Bir dəfə xor dərsinə getmədiyimə görə anam saçımdan tutub sürüdü. Yəni anam nə qədər mənə dəstək olsa da, o qədər də hökmlü idi. "Onu bağışlamaq olarmı" filmindəki ana obrazı eynilə mənim anamı xatırladır. Mən onu hər dəqiqə gülən görməmişəm. Çox çətin, zəhmli adam idi. Bununla yanaşı, məni sənətlə məşğul olmağa o məcbur edirdi. Mahnılarıma, geyimimə qədər qarışırdı. Kimin sözlərinə hansı bəstəkarın mahnısını oxuyuramsa, bunu anam mütləq bilməliydi. Rəhmətlik Məhəbbət Kazımovla işlədiyim vaxtlar mən də xırda bir əməliyyat keçirtmişdim. Mətanət İsgəndərli tort alıb bizə gəlmişdi. Çay içə-içə deyib-güldüyümüz vaxt anam zəng vurdu. Onda da təzə mahnı yazdırmışdım. Anam məndən həmin mahnının şairinin və bəstəkarının adını soruşdu. Bəstəkar tanınan adam deyildi. Anamın buna acığı tutdu. Sağollaşandan sonra gördüm, Mətanət mənə baxdı, gözü doldu, ağladı. Dedi, can ay Könül. Yəni o, mənim anamla danışarkən necə çəkindiyimi hiss edib məyus olmuşdu. Hələ mən konsert verəndə əgər paltarım, saçım, bəzəyim onun xoşuna gəlməsə, dünyanı dağıdardı. Mən qırx yaşıma qədər ondan çəkinmişəm. Anamın səsi gələndə nə hala düşdüyümü təsvir edə bilmərəm".

Bu cür mühitdə yaşamağa məcbur olan müğənni elə anasının seçimi ilə də 21 yaşında öz xalası oğlu ilə ailə həyatı qurur. Bu evlilikdən onun bir qızı, bir oğlu dünyaya gəlir. Ancaq bir müddət sonra Birinci Qarabağ müharibəsi başlanır. Müğənninin həyat yoldaşı müharibəyə yollanır. Maddi vəziyyəti pisləşdiyindən o, toylara getməyə, pul qazanmağa məcbur olur.

***

Oğluna həddindən artıq bağlı olan sənətçi onun dünyaya gəlişinin qəribə tarixçəsi olduğunu deyir:

"Oğlum 1992-ci ilin yanvar ayında anadan oldu. Çox dəhşətli, qanlı-qadalı günlər idi. İndi də "Fəryad" filminə baxanda mənə çox pis təsir edir. Oğlum həmin filmdəki doğum evində anadan olub. Onda yoldaşım Xocalıda vuruşurdu, müharibədə idi. Qəfildən vəziyyətim pisləşdi. Anamla taksi tutub xəstəxanaya getdik. Taksi yolun yarısına kimi gəldi. Dedi, mən burdan o yana gedə bilmərəm. Yollarda tanklar vardı, hər yer bağlı, qar da dizdən. Mən anamla o vəziyyətdə yolu sürünə-sürünə, işgəncə ilə getdim. Hələ bir dəfə büdrədim də. Xəstəxanaya çatanda həkimlər bizi qarşıladı. Ondan sonrası yadımda deyil".

Toylarla məşhurluq qazanan müğənninin sorağı qısa müddətdə hər yerə yayılır. Günlərin birində Aftandil İsrafilov Könülü özü ilə Ucar rayonuna toya dəvət edir. Burada Könül Məhəbbət Kazımovla tanış olur. Könülün səsindən xoşu gələn Məhəbbət Kazımov sonralar onu özü ilə toylara aparmağa başlayır. Müğənni həmin günləri belə xatırlayır:

"Həmin gün mən də çox həyəcanlı idim, əsim-əsim əsirdim. Qəşəng bir "Segah" oxudum. Başqa qızlar da vardı. Onlar oxuyanda mən onlara qısqanclıqla baxırdım. Hətta mənə elə gəldi ki, onlar məndən yaxşı oxudu. Mən oxuyandan sonra Məhəbbət mənə baxıb dedi, bəri bax, sən haralısan? Dedim, Ağcabədili. Dedi, hə, deyirəm axı, bu qəşəng səs hardandır. Sən nömrəni de, yazsınlar, biz, deyəsən, birlikdə işləyəcəyik. Dedim, Məhəbbət müəllim, mən yaxşı oxumadım, səsim yerində deyildi. Cavab verdi ki, mənim qulağım yaxşı eşidir. Elə toyun səhəri Məhəbbət müəllim zəng vurdu. Ondan sonra birgə işə başladıq. İlk duetimiz "Bənövşə bəndə düşə" mahnısını oldu. İki il onunla birgə işlədik. "Qız, Allahın bəlasıdır gözlərin", "Təkcə mənim olaydın", "Laçınım" mahnılarının musiqilərini yazdım. Məhəbbətə qədər isə mən "Yar başına dönüm sənin" mahnısını yazmışdım".

İki illik iş birliyindən sonra Könül Kərimova ilə Məhəbbət Kazımovun yolları ayrılır. Könül xanım solo karyeraya başlasa da, daha çox Cabbar Musayevlə birlikdə duetlər oxuyur, mahnılar yazdırır. Könül Kərimovanın gedişini qəbul etməyən Məhəbbət Kazımov ondan incik düşür, uzun müddət onunla danışmır, haqqında heç nə demir. Onlar bir də Məhəbbət Kazımov rəhmətə getməmişdən bir neçə il əvvəl barışırlar. İlk addım isə Könül xanım tərəfindən atılır. O, vaxtilə duet ortağı olmuş həmkarını kanalların birində apardığı verilişinə qonaq kimi dəvət edir.

***

Xanəndə hazırda Azərbaycan Dövlət Muğam Teatrının və Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir. 27 may, 2018-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2805   Tarix: 04 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

AMEA prezidenti: "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradıb"

"Nəriman Həsənzadə sovet ideologiyasının buxovlarını yumşaldaraq Azərbaycan ədəbiyyatını real həyata yaxınlaşdıran sənətkarlardan biri idi". xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib

2 avqust
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

2 oktyabr
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust