Kliniki Tibbi Mərkəzdə ən müasir tibbi standartlara cavab verən Təcili tibbi yardım şöbəsinin açılışı olub-FOTO
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzdə əvvəlki Qəbul şöbəsinin bazasında ən müasir tibbi standartlara cavab verən Təcili tibbi yardım şöbəsi yaradılıb. Şöbə tamamilə yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub.
1000 kvadrat metrdən çox əraziyə malik olan şöbə Türkiyə, o cümlədən Avropanın inkişaf etmiş ölkələrinin "emergency" şöbələrinin təcrübəsi əsasında formalaşdırılıb. Bu, Cənubi Qafqazda yaradılan ən böyük Təcili tibbi yardım şöbəsidir.
Açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanov iştirak edib.
Şöbə barədə məlumat verən Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov bildirib ki, yeni struktur təlimatlarına uyğun olaraq, Təcili tibbi yardım şöbəsi üç sahəyə bölünüb və hər biri xüsusi rənglərlə (yaşıl, sarı və qırmızı sahə) fərqləndirilib.
Ambulator olaraq müraciət edən, ümumi vəziyyəti stabil olan vətəndaşlara yaşıl sahədə xidmət göstəriləcək. Sarı sahədə bir qədər ağır, amma həyat üçün təhlükəli olmayan hallar üçün tibbi xidmət təmin ediləcək. Ehtiyac yaranarsa pasiyent sarı sahədən mərkəzin müvafiq şöbələrinə yönləndiriləcək və ya səhhəti imkan verərsə, bir neçə saatlıq tibbi müşahidə altında saxlanıldıqdan sonra ambulator müalicə üçün buraxılacaq. Kritik hallarda - həyat üçün təhlükəli ağır zədələnmələr zamanı pasiyent birbaşa olaraq qırmızı sahədə müalicəyə cəlb olunacaq. Bu sahə insan həyatını xilas edə biləcək bütün mümkün tibbi avadanlıqlarla təchiz olunub, xüsusi "canlandırma otaqları" (CPR - kardiopulmonar reanimasiya otaqları) hazırlanıb. Buranı ilkin reanimasiya zonası da hesab etmək olar.
Şöbənin özəlliklərindən biri də uşaq təcili tibbi yardım xidmətinin təşkil olunmasıdır. Belə ki, həm sarı, həm də qırmızı sahədə iki funksional çarpayı hazırlanıb ki, burada yenidoğulmuşlarla yanaşı, 18 yaşadək hər kəs xidmət ala biləcək. Həmçinin, sarı sahədə gineokoloji təcili tibbi yardım halları üçün nəzərdə tutulan ginekoloji müayinə və müdaxilə otağı da yaradılıb.
Şöbə iki canlandırma otağı (CPR), 8 çarpayılıq mini reanimasiya zalından, 36
yerlik müşahidə otağı, gips və müdaxilə otağı, o cümlədən ginekoloji otaq və uşaq zallarından ibarətdir.
Burada müşahidə çarpayılarının sayı ən son tibbi standartlara uyğun olaraq, xəstəxananın ümumi çarpayı fondunun 10-15 faizini təşkil edir. Eyni zamanda, burada çalışan tibb personalının sayı da xəstəxananın ümumi tibb personalının sayının 10-15 faizinə qədərdir.


AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı