"Müvafiq sahə üzrə təhsil almış bütün məzunların gələcəyin peşəkar mütəxəssisi olacaq deyə zəmanət yoxdur"-Rəşad Bayramov

"Müvafiq sahə üzrə təhsil almış bütün məzunların gələcəyin peşəkar mütəxəssisi olacaq deyə zəmanət yoxdur"-Rəşad Bayramov"Bir neçə gün öncə Bakıda yerləşən reabilitasiya mərkəzlərindən birində uşaqlara qarşı edilən işgəncə faktının üzə çıxması cəmiyyətdə bəzi məsələlərdə həm fikir ayrılıqlarına, həm də haqlı narazıqlara gətirib çıxardı. Bu hadisədən məlumatlı olan şəxslərin qeyri-ixtiyari olaraq digər müəssisələrdə də anoloji hadisələrin baş verdiyini düşünməmələri istisna deyil. Necə deyərlər qurunun oduna yaş da yanır".

Bu barədə Sonxeber.az-a olan açıqlamasında "Loqos" Psixoloji və Nitq Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Bayramov deyib.

O bildirib ki, son zamanlar bu sahədə fəaliyyət göstərən şirkət və müəssisələrin sayı durmadan artır, bazar tələbatına uyğun olaraq təkliflər də çoxalır. Amma ortaya belə bir sual çıxır.

Bütün müəssisələr keyfiyyətli xidmət təklif edə bilirlərmi?

"Bugün bir çox psixoloji müəssisələr başqalarına nisbətən daha aşağı qiymət təklif etməklə özlərinə yeni pasiyentlər cəlb edirlər. Təbii ki, maddi durumu yaxşı olmayan, lakin övladının sağlamlığını düşünən valideynlər məcburən keyfiyyətini nəzərə almadan məhz həmin mərkəzlərə müraciət edirlər. Bəlli bir zaman keçdikdən sonra özləri də heç bir effektiv almadıqlarını görür, həm vaxtlarının, həm də pullarının bugünə qədər hədər getdiyini qəbul edirlər.
Unutmaq olmaz ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra psixoloji və reabilitasiyaları mərkəzləri vardır ki, onlar cəmiyyətdə peşəkar xidmətləri ilə seçilir və sevilirlər. Bu zaman ortaya digər bir sual çıxır. Necə ola bilir ki, bu mərkəzlər uğurlu ola bilirlər? Bu sualın cavabı bir neçə məqamla əlaqədardır. Əvvəla həmin müəssisəyə rəhbərlik edən şəxsin peşəkar idarəçi, mütəxəssis olması. Təbii ki, peşəkar idarəçi olan rəhbər öz mərkəzində peşəkar, bilik və bacaraqlara malik olan mütəxəssislərlə çalışacaqdır. O zaman onlara müraciət edən vətəndaşlar da razı olacaqdır.
Bunu da unutmaq olmaz ki, müvafiq sahə üzrə təhsil almış bütün məzunların gələcəyin peşəkar mütəxəssisi olacaq deyə zəmanət yoxdur. Əlavə olaraq, qeyd olunan sahə xüsusi diqqət və həssas təbəqə olduğu üçün, həmin şəxslərlə çalışacaq mütəxəssislər seçilərkən təkcə biliklərinə deyil, onların psixoloji durumunun hansı vəziyyətdə olmasına, gərginliyə dözümlülüyünə də diqqət edilməlidir.
Yenidən qayıtsaq məlum məsələyə görərik ki, uşağa qarşı zorakılıq edən həmin mütəxəssis və digər əməkdaşlar psixoloji dözümsüzlük göstərib və onlardan biri bunu təsir vəziyyətində törətdiyini bildirib.
Məhz bu xoşagəlməz hadisələrin azalması və qarşısının alınması üçün vahid qərarlar və xüsusi nəzarət formasının işlədilməsi artıq vacib məqama çevrilib. Bugün bu tipli müəssisələrin durmadan artması bazar rəqabətinə uyğun olsa da, narazılıqların da artmasına gətirib çıxarır. Düşünürəm ki, qəbul ediləcək müvafiq qərarlar və fəaliyyət mexanizmləri cəmiyyətdə qarşılaşdığımız xoşagəlməz halların da azalmasına gətirib çıxaracaqdır".

AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1926   Tarix: 08 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr